MİSSİYA - BAXIŞ
Baxış
Missiya
Sabahı göstərir
Bu günü əks etdirir
İlham verəndir
Hədəf kütləni müəyyən edir
218
Məktəbin getmək istədiyi
istiqaməti müəyyən edir
Əsasa prosesləri müəyyən
etməyə yarayır
Strateji qərar meyarlarını
müəyyən etməyə yarayır
Uğur meyarlarını müəyyən
etməyə yarayır
Nümunəvi baxış:
• Təhsildə lider mövqeyə gələrək dünyanın ən keyfiy-
yətli müə ssisələri arasında yer almaq
• Özünəməxsus fəaliyyətləri ilə nümunə göstərilən bir
müəssisə olmaq
• Elm və texnologiyanın işığında gələcəyə istiqamət
vermək
• Yaxın coğrafiyanın elm, mədəniyyət və incəsənət mərkə-
zi olmaq
Müəssisədə missiya və baxışın bünövrəsində mütləq də-
yərlər və prinsiplər olmalıdır. Bunlara iş fəlsəfəsi, fəaliy-
yət lərin bünövrəsindəki dəyərlər, standartlar və ideallar,
işçilərin dəyərləri və inancları nümunə göstərilə bilər.
Dəyərlər üç sahə ilə əlaqədar ola bilər:
• Fərdlər: Müəssisə daxili və xarici insanlar
• Proseslər: Müəssisənin idarə etmə, qərar alma və xid-
mət istehsalı prosesi
• Göstəricilər: Qurumun ortaya qoyduğu xidmət və
məhsullardan keyfiyyət gözləntisi
Nümunəvi dəyərlər:
Məktəb tərəfdaşları ilə onların arzu və gözləntilərinə
219
uyğun olaraq açıq ünsiyyət və empatiya qurur, bütün pro-
seslərə məktəb icmasının üzvlərinin hamısını dəvət edir, on-
ların da proseslərdə iştirakını təmin edir, məktəbdə güvən,
etibar və əməkdaşlığı təmin edir, davamlı inkişafı təşkil
edir, şagird mərkəzçi təhsil, məktəb mərkəzçi idarəetmə
anlayışını mənimsəyərək şagirdin uğurunu əsas götürür və
məktəbin keyfiyyətindən əsla güzəştə getmir.
• Qərar almada iştirakçılıq, şəffaflıq və bərabərlik prin-
siplərinə əməl edirik.
• İnanırıq ki, bütün şagirdlər zəkalıdır, vacib olan bu
zəkanı işə salmaqdır.
• Bilirik ki, dövr bilikləri əzbərlətmə dövrü deyil, biliyin
necə tapıla biləcəyini öyrətmə dövrüdür.
• Keyfiyyət: Varlıq səbəbimiz şagirdlərimizdir, keyfiyyət
işimiz, şagird, valideyn və cəmiyyətin gözləntilərinə cavab
vermək vəzifəmizdir. Məsuliyyət: İnsanlar məsuliyyətlərini
başa düşürlər, bu şüurla hərəkət edirlər, birgə işlərin məsu-
liyyətini hamı qəbul edir.
• Qarşılıqlı mənafe: Qarşılıqlı fayda, şəxsi mənafe, ic-
timai mənafe balansı qorunur.
• Məhsuldarlıq: Resursları maksimum dərəcədə
səmərəli istifadə edir, israf etmirik və işi ən yaxşı səviyyədə
görürük.
Əsas məsələlərdən biri də fəaliyyət istiqamətlərinin, baş-
lıqların strateji planda yer almasıdır. Bu başlıqlar mümkün
qədər qısa və konkret olmalıdır. Məsələn, təlim-tədris, tər-
biyə, təlimə dəstək və s.
220
Bu əsas başlıqlara uyğun olaraq aşağıdakı kimi alt baş-
lıqlar verilə bilər:
• Tərəfdaş münasibətləri
• İnsan resursları
• Sektoral əməkdaşlıq
• Fiziki vəziyyət
• Nizam-intizam
• Maliyyə mənbələri
• Məktəbin akademik uğuru
Strateji planlaşdırmada məqsədlərin müəyyən olunma-
sı da qarşıda dayanan əsas məsələlərdən biridir. Strateji
məqsədlərin nəticəyönlü, əsaslı, konseptual, istiqamətlən-
miş olmağı vacibdir. Strateji məqsədlər əksəriyyət tərəfin-
dən mənimsənməli və qəbul edilməlidir. Məqsədlər ruhlan-
dırıcı olmalı və bir-biri ilə ahəngdar olmalıdır. Məqsədlər
missiya və baxış ilə təzad təşkil etməməli, missiyanı yerinə
yetirməyə kömək olmalıdır. Qeyd olunan məqsədlərin daha
sonrakı strateji plan fəaliyyətlərinə çərçivə əmələ gətirməsi
əsasdır. Məqsədlər müəssisənin prioritetlərini və mövcud
vəziyyətini nəzərə almalıdır. Bu məqsədlər çox vacib xarici
faktor olmadığı müddətcə dəyişdirilməməlidir. Məqsədlər
feilin məsdər formasında yazılmalı və konkretlik daşımalı-
dır. Məsələn, təlimi təşkil etmək bir vəzifədir, ancaq dövrün
tələblərinə uyğun təlimi təşkil etmək bir strateji məqsəddir.
Strateji planlaşdırmada məqsəd və hədəf anlayışları
fərqlənir. Belə demək olar ki, hədəf məqsədə aparır. Bir
221
məqsəd üçün 3-4 hədəf yazıla bilər. Hədəflər məqsədə çat-
maq üçün qarşıda duran dayanacaqlardır. Hədəflər daha
qısamüddətli, detallı, ölçülə bilən kəmiyyət və ya görülən
keyfiyyət ifadələridir. Hədəflər zamanla məhduddur və
nəticəyə yönəlir. Strateji məqsəd üçün 5 illik, 1-4 hədəf
müəyyən oluna bilər. Hədəflərlə görüləcək işlər qarışdırıl-
mamalıdır.
Nümunə: Peşə məktəblərinin ümumi şagird potensia-
lını 2025-ci ilə qədər 35% artırmaq.
Hədəflərin ardından müəssisə üçün KPİ (Key perfor-
mance indicator), yəni əsas göstərici indikatorları yazılma-
lıdır. Şagirdlərin sayındakı artım, ali məktəbə daxil olma
faizi, iş tapma faizi kimi göstəricilər əsas sayıla bilər. Hə-
dəflərin ölçülə bilən və gerçəkləşdsirilə bilən, yəni real ol-
mağı əsasdır. Bundan əlavə, hədəflərin hüdudları olmalı və
müəssisənin tərəfdaşları tərəfindən qəbul edilməlidir.
Məqsəd və hədəf strateji planlaşdırma edənləri fəaliyyət
planı hazırlamağa vadar edəcək və fəaliyyətlər sıra ilə zehin-
lərdə canlanmağa başlayacaqdır. Bir nümunə ilə məqsəd,
hədəf və fəaliyyət münasibətini izah edək:
Məqsəd: Məktəblərdə əqli sağlamlığı inkişaf etdirmək
və bu yolla zorakılıq hallarını azaltmaq.
Hədəf: Məktəblərdə zorakılıq hallarını 2022-ci ilə qədər
30%, 2025-ci ilə qədər 60% azaltmaq.
Fəaliyyət: 2021-2025-ci illər arasında ümumtəhsil
müəssisələrində əqli sağlamlıqla bağlı seminar və vebinar-
ların aparılması, psixoloqların təkmilləşdirilməsi.
|