15
və “ünsiyyət” kimi terminlər yer almağa başladı (Harkin
və Elliot, 1972).
Tarixi inkişaf yolunda elmləşmə prosesini davam etdirən
təhsilin idarə olunmasının müasir dövrdə dörd əsas özünə
xas sahəsi vardır. Bunlar siyasət, tədqiqat, tətbiqetmə (prak-
tika) və nəzəriyyədir. Bir elm sahəsinin əsas vəzifəsi bu sahə-
dəki hadisələri izah etməyə xidmət edəcək nəzəriyyələr or-
taya qoymaqdır. Nəzəriyyəsiz elm ola bilməz.
Nəzəriyyələr
təsadüfi ümumiləşdirmələr deyil, məntiqi cəhətdən tutarlı,
səbəb-nəticə əlaqələrini təfərrüatı ilə müəyyən edən və əqli
proseslər tərəfindən təsdiqlənə bilən ümumiləşdirmələrdir.
Eyni zamanda, nəzəriyyələr hadisələrin zahiri görünüşünü
və asılılığını aydınlaşdırmaqla yanaşı, hələ məlum olmayan
gələcək hadisələrin elmi proqnozlarını verməyə də imkan
yaradır (İslamoğlu, 2009). Digər vacib bir konsepsiya olan
tədqiqat müəyyən bir problemə etibarlı həll yolları axtarmaq
üçün məlumatların planlı və sistemli şəkildə toplanması,
təhlili, təfsiri və hesabatıdır (Karasar, 2009).
Təhsilin idarə
olunmasının digər vacib tərəfi olan tətbiqetmə hər hansı bir
sahədə nəzəri bilik, prinsip və ya ideyaların həyata keçiril-
məsidir. Beləliklə, təhsildə
nəzəri bilikləri formalaşdıraraq,
bu nəzəri biliklər əsasında
tədqiqat apararaq, əldə edilən nə-
ticələri
tətbiq edərək təhsil siyasəti müəyyənləşdirilir.
Hər bir tətbiqi sahədə olduğu kimi təhsilin idarə olun-
masında da etik və əxlaqi mövzular vacibdir. Burada nəzər-
dən keçirilməli olan ən vacib
məqam etik nəzəriyyə qurmaq
deyil, nəzəriyyəçilər tərəfindən çoxölçülü strukturlarda in-
kişaf etdirilmiş etik kodları praktikada rəhbərlərin işlərini
16
və iş mühitlərini etik baxımdan yerinə yetirmələrinə kömək
edəcək şəkildə vurğulamaqdır. Bu nöqtədə bir-biri ilə sıx
əlaqədə olan və məktəblərdə etik və əxlaqi dəyərlər çərçi-
vəsində əlaqələri qurmaq üçün vacib bir standartı təqdim
edən üç anlayışa yer verilmişdir:
TƏNQİDİ ETİKA
Cəmiyyətdəki müxtəlif fərdlərin və qrupların ehtiyacları
ziddiyyət təşkil etdiyindən tənqidi etika yanaşması sosial
həyata yönəlib. Tənqidi etika yanaşmasına təhsil tərəfindən
baxanda məktəblər etik olmayan nəticələrin mənbəyidir.
Təhsil idarəçiləri məktəblərdə bərabərsizliklə qarşılaşdıq-
da etik sərhədləri/maneələri tanımalıdırlar.
Çünki var olan
sərhədlər haqsızlıqları üzə çıxarır və bəzi qruplara daha çox
üstünlük verir.
ƏDALƏT ETİKASI
Məktəblərin həm ictimai rifaha, həm də məktəb daxilin-
dəki şəxslərin hüquqlarına xidmət etməsinin lazım olduğu-
nu vurğulayır. Həm fərdin, həm də cəmiyyətin üstünlük-
lərini anlamaq praktikada ədalətin
bütün aspektlərini başa
düşmək üçün vacibdir.
ƏHƏMİYYƏT ETİKASI
Bu etik yanaşma insanlara sadiq olmağı tələb edir.
Bu, hüquqlarını qəbul etməyi, onlara hər cəhətdən açıq
olmağı, hörmət etməyi və təsirli ünsiyyət sayəsində qarşı
tərəfi şəxsiy yətyönlü fərqliliklərini rahat şəkildə göstərməyə
təşviq etməyi əhatə edir.
17
İfadə edilən etik yanaşmalar, təhsilin idarə olunması-
nın effektivliyi, davamlılığı və keyfiyyətliliyi üçün vacib-
dir. Belə ki, insanın fiziki və zehni formalaşmasının əsası
məktəblərdə reallaşdırılır. Bu etik çərçivələr əsasında onlara
qarşı olan yanaşma cəmiyyətin iqtisadi və sosial inkişafında
davamlılığa müsbət töhfə verir (Starratt, 1991).
Muasir dövrdə təhsilin idarə olunması sahəsində əsas və-
zifə məktəb direktor larının öz məsuliyyətlərini bilməsidir.
Bu məsuliyyətləri icra etmək üçün məktəb direktorlarına
lazım olan məlumat və bacarıqlar yeddi başlıq altında
verilə
bilər:
1. Təhsilə sosial və mədəni təsirləri analiz etmək və bil-
mək bacarığı;
2. Müəllim profili və təlim prosesini bilmək;
3. Təşkilati işlər;
4. Liderlik və idarəetmə prosesləri;
5. Təhsil siyasəti;
6. Təhsilin
hüquqi və etik tərəfləri;
7. Təhsilin iqtisadi və maliyyə tərəfləri (Hoy, 1994).
Məktəb kontekstində təhsil idarəçilərinə yüklənmiş mə-
suliyyətlər ölkələrə və məktəblərin səviyyələrinə görə də-
yişir. Azərbaycan Respublikasında xüsusilə təhsil siyasəti
və təhsilin iqtisadi tərəfləri mərkəzləşmiş qərarvermə əsaslı
olduğundan məktəb kontekstində təhsilin idarə olunması
daha çox təşkilati işlər, məktəbin maraqlı tərəfdaşları ilə
əlaqələr, etik tərəflər və təhsilalanların bilik və bacarıqla-
18
rına təsir edən amillərə mikro səviyyəyə uyğun liderlik və
idarəetmə prosesləridir.
Dostları ilə paylaş: