28
NÜMUNƏ HADİSƏ
Lusi Anney Seneka deyirdi: “Öz üzərindəki
hakimiyyət – ən ali hakimiyyətdir”. Həyatda qo-
yulmuş məqsədlərə çatmaq,
həmçinin başqala-
rını uğurla idarə etmək üçün insan özünü idarə
etməyi bacarmalıdır. Bu, kifayət qədər çətin, la-
kin yerinə yetirilə bilən tapşırıqdır və müəyyən
biliklər və praktik məharət, məqsədyönlülük,
mütəşəkkillik, iradə, etika və vicdanlı
əmək tələb
edir. Özünə tabe ola bilmək bacarığı olmayan
insanın başqalarının tabe olmasına nail ola bil-
məsi də çətindir. Özünüidarə mədəniyyətinin
formalaşdırılmasına universal kulturoloji bilik-
lər imkan yaradır. Onlar bizə həyatımızı
düzgün
qurmağa, mənəvi və fiziki sağlamlığımızı qoru-
mağa, həyatda uğurlara və xoşbəxtliyə nail ol-
mağa yardım edir. Biz tez-tez özümüzə insanın
təyinatı, həyatın mənası, mövcudluğumuzun
məqsədi haqqında, çətinliklərin və böhranların
səbəbləri haqqında, həyatımıza nəzarət etmə-
yin zəruriliyi haqqında, düzgün qərarların vax-
tında qəbul edilməsi haqqında suallar veririk.
Bu və digər həyati vacib suallara düzgün cavab
almağa, çətinlikləri
dəf etməyə və harmonik
inkişafa nail olmağa “kulturologiya piramidası-
nın” pillələri üzrə şüurumuzun məntiqi ardıcıllığı
kömək edir. Mahiyyətin, xüsusiyyətlərin, tarixin
və nailiyyətlərin ardıcıl surətdə dərk edilməsi tə-
29
biətin və cəmiyyətin inkişaf qanunlarını, həmçi-
nin həyatı yaxşılaşdırmağın və daha yaxşı gələ-
cəyi qurmağın kreativ imkanlarını
açan həyat
fəaliyyəti texnologiyalarını başa düşməyə aparır.
Bu formul yalnız milli və qlobal səviyyəli idarəet-
mə qərarları üçün deyil, şəxsiyyətin özünüidarə
sisteminin təkmilləşdirilməsi üçün də ədalət-
lidir. Bu universal
kulturoloji metodun praktik
əhəmiyyəti onunla şərtlənir ki, o, konkret situ-
asiyanı düzgün planlaşdırmaq və qiymətləndir-
mək, idarəetmə sisteminin hərəkət vektorunu
korrektə etmək, gözlənilən nəticələrə nəzarət
etmək və insanın baza tələbatlarına
və dəyişən
maraqlarına cavab verən şüurlu modellər yarat-
mağa imkan verir.
Dostları ilə paylaş: