Fuad Məmmədov
İdarəetmə mədəniyyəti. Bakı, 2013.
30
GİRİŞ
Ümumiyyətlə sistem anlayışı, ilk dəfə elmi şəkildə avst-
raliyalı bioloq Bertalanffy tərəfindən tədqiq olunmuşdur.
Sistemlər açıq və qapalı olmaq üzrə iki qrupda təsnif olu-
nur. Bertalanffy yaşayan orqanizmləri xüsusiyyət olaraq
açıq sistemlər şəklində ifadə etmişdir. Əgər sistemlərə
maddə girişi və çıxışı yoxdursa, o sistemlər qapalı sistemlər
olaraq qeyd edilir. Sistemə giriş və çıxış varsa, həmçinin
bir dəyişmə müşahidə olunursa, bu sistemlər açıq sistem-
lər olaraq qiymətləndirilir. Bu baxımdan yaşayan sistem-
lər açıq sistemlər olaraq qəbul edilir (Bertalanffy, 1971).
Sistem anlayışı bir-birinə müntəzəm şəkildə təsir edən və
bir-birinə əsaslanan elementlərdən ibarət bir bütöv şəklində
izah edilir. Təşkilat baxımından sistem anlayışı isə ətraf mü-
hitdəki sistemlərdən girişlər alan və onlara çıxışlar verərək
xidmət edən, bir-birindən asılı olan daha kiçik alt sistem-
lərdən formalaşan bir bütün olaraq ifadə edilir (Başaran,
1982). Təhsil təşkilatları olaraq məktəblər, iki və ya daha
çox şəxsin ortaq hədəflərə nail olmaq üçün koordinasiyalı
şəkildə birlikdə çalışdıqları sosial sistemlər şəklində ifadə
edilir (Norlin, 2009). Açıq sistem düşüncəsinə əsasən mək-
təblərin mütəmadi olaraq ətraf mühit ilə qarşılıqlı əlaqədə
olduğu qeyd edilə bilər.
31
Açıq sistemlər bir neçə ünsürü əhatə edir (Scott, 2008).
Bunlar aşağıdakılardır: girişlər, transformasiya prosesi, çı-
xış və ya nəticə, əks əlaqə və ətraf mühit.
Məktəb açıq bir sistem kimi çevrəsindən girişlər alır və
bunların üzətrində işləyərək çevrəyə geri verir. Məktəb kimi
sistemlər ətraf mühitdən 4 formada giriş və ya resurs alırlar.
Bunlar
insan resursları, maliyyə resursları, fiziki resurslar və
məlumat resurslarıdır. İnsan resursları təşkilatın daxilindəki
idarəçilərin və personalın qabiliyyətlərini, iş qabiliyyəti və
bənzər faktorları əhatə edir. Maliyyə resursları məktəbin və
ya məktəb bölgəsinin həm davam edən, həm də uzunmüd-
dətli əməliyyatlarını maliyyələşdirmək üçün istifadə etdi-
yi sərmayədir. Fiziki resurslar isə təchizatları, materialları,
xidmətlər kimi müxtəlif vasitələri əhatə edir. Son olaraq,
informasiya və ya məlumat resursları kimi təsnif edilən ka-
teqoriyaya isə məktəb/məktəb bölgəsi tərəfindən istifadə
edilən informasiyaları və kurikulum kimi digər məlumatları
əhatə edir (Lunenburg, 2010).
Açıq sistemləri digərlərindən fərqləndirən təməl xüsu-
siyyət transformasiya prosesidir. Transformasiya prosesi
“xam maddələrin”, yəni girişlərin “məhsullara”, yəni çıxış-
lara çevrilməsi prosesidir. Təhsil anlayışı çərçivəsində, daha
spesifik olaraq məktəbdə giriş şagirdlər olaraq qiymətlən-
dirilir. Sistem resursları mütəmadi olaraq çevrədən alır və
daha sonra onları çevrənin ehtiyaclarına uyğun bir şəkildə
transformasiya edir. Rəy bildirmə və ya əks əlaqə olaraq bi-
linən bu prosesin keyfiyyəti haqqındakı məlumat, sistemin
özünü düzəltməsinə və təkmilləşdirməsinə şərait yaradır
32
(Bozkuş, 2014). Transformasiya prosesinin əsas element-
ləri insanlar (müəllim, digər personal, direktor müavinləri,
direktorlar və s.), struktur (sinif səviyyələri, bölmələr, təşki-
lati iyerarxiya və s.), idarəçilik (idarəçilik vəzifələri, proses-
lər, əməliyyatlar və s.), təlim-tədris prosesi, fiziki struktur
və texnologiya (binalar, siniflər, laboratoriyalar, emalatxa-
nalar, idman zalları, kitabxanalar, kompüterlər və s.) olaraq
qeyd edilir.
Çıxış isə təhsilini bitirmiş məzunları ifadə edir. Açıq
sistem olaraq məktəb giriş-transformasiya-çıxış xəttindən
sonra çıxışlar və ya nəticələr üçün informasiyaya ehtiyac
duyur. Bunu isə əks əlaqə yolu ilə alır. Əks əlaqə ilə məktəb
bir çox informasiyaları ala bilir. Bunlara nümunə olaraq,
məzunların məşğulluq vəziyyəti, iş tapıb-tapmadığı, işə-
götürənin məzundan nə qədər razı qalmasını ifadə edən
dərəcə, məzunun təhsilini artırmaq üçün bir üst müəssisəyə
gedib-getməməsi, əmək bazarında hansı keyfiyyətdə və
sayda insana ehtiyac duyulduğu və s. göstərilə bilər (Yal-
çınkaya, 2002).
Qeyd olunanlardan göründüyü kimi, məktəb açıq bir
sistem olaraq qəbul edilir. Xüsusilə, qloballaşma ilə bəra-
bər yaşanan dəyişikliklər və inkişaf sistemlərin açıq olma
zərurətini meydana gətirmişdir. XXI əsrin ilk 25 ilinin ya-
şandığı indiki zamanda məktəblərin açıq bir sistem olaraq
fəaliyyət göstərməsi zəruridir. Məktəblər, fəaliyyət göstərdi-
yi mühitdə baş verən dəyişikliklərdən xəbərdar olmalı, baş
verən dəyişikliklərin məktəbə hansı müsbət və ya mənfi tə-
sirinin olacağını təhlil etməli, çevrənin tələb etdiyi dəyişik-
33
liklərlə ayaqlaşmalıdırlar. Əks halda, dövrün tələbi ilə uz-
laşa bilməyən məktəblərin fəaliyyətlərində neqativ halların
ortaya çıxma ehtimalı yüksəkdir. Məktəb direktorları qeyd
olunan məsələlərin həllində məsul olan şəxslərdir. Rəhbərlik
etdikləri təhsil müəssisələrində açıq sistem yanaşmasını mə-
nimsəyən məktəb direktorları əvvlcə məktəb-çevrə əlaqə-
sini anlamalı və qəbul etməlidirlər. Bunun reallaşdığı təq-
dirdə həm məktəbin fəaliyyət göstərdiyi çevrədəki statusu
haqqında müsbət rəyin formalaşacağı, həm də məqsədlərə
nail olma ehtimallarının yüksələcəyi təxmin edilir.
Dostları ilə paylaş: |