Direktorun el kitabi A5 21 04 2021. indd


 ƏSAS TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ BLANK-



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə17/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Direktorun el kitabi A5 21 04 2021

6. ƏSAS TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ BLANK-
LARININ UÇOTU VƏ VERİLMƏSİ KİTABI
Hər bir əsas və orta məktəbdə aparılır. Kitabın birinci 
hissəsində alınmış və verilmiş əsas təhsil haqqında adi və 
fərqlənmə şəhadətnamə blanklarının nömrələri göstəril-
məklə miqdarı qeyd olunur. Təmiz şəhadətnamə blankla-
rının qalıqları, habelə xarab olmuş blanklar, onların nöm-
rələri göstərilməklə rayon (şəhər) TŞ-yə təhvil verilir.
Doldurulmuş və hər hansı bir səbəbə görə məzunlara 
verilməmiş orta təhsil haqqında şəhadətnamə blankları yeni 
dərs ilinin əvvəlinə qədər məktəbdə saxlanılır və sonra ra-
yon (şəhər) TŞ-yə qaytarılır. Məktəb tərəfindən blankların 
təhvil verilməsi haqqında kitabda müvafiq qeyd edilir və 
rayon (şəhər) TŞ müdiri və ya məktəb tərəfindən qol çəkilir.


52
Ekstren yolu ilə imtahan vermiş və ya dublikat almış 
məzunların əsas təhsil haqqında şəhadətnamə blanklarının 
sağ küncündə “Ekstern” və ya “Dublikat” sözləri yazılır.
Əsas təhsil haqqında şəhadətnaməları vermək üçün əsas 
pedaqoji şuranın qərarıdır. Protokolun tarixi və nömrəsi 
kitaba yazılır. Attestat sahibi onu alması barədə kitaba qol 
çəkir. Fərqlənmə şəhadətnaməı barədə müvafiq qrafada 
qeydiyyat aparılır.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu 
və verilməsi kitabına yazılan şəxslərin siyahısının sonunda 
məktəb direktoru, direktorun təlim-tərbiyə işi üzrə müavi-
ni və verilmiş attestatlara qol çəkimiş azı üç nəfər müəllim 
imza edirlər.
Əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və 
verilməsi kitabında heç bir pozub-yazmaya və səliqəsizliyə 
yol verilimir. Zəruri düzəlişlər yuxarıda qeyd olunan şəxs-
lərin imzası və məktəbin möhürü ilə təsdiq edilir.
Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, rayon (şəhər) 
TŞ-nin müdiri tərəfindən imzalanır, şöbənin möhürü ilə 
möhürlənir. Saxlanma müddəti daimidir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin