Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Ernest Heminquey. Qısa hekayə. 
Tərcümə etdi: Tamella Abdıyeva


44
MƏKTƏB SƏNƏDLƏRİNİN APARILMASI 
VƏ SAXLANMASI HAQQINDA TƏLİMAT
Azərbaycan Respublikası Təhsil Nazirliyi-
nin 25 mart 1994-cü il tarixli 187 nömrəli 
əmri ilə təsdiq edilmişdir.
I. ÜMUMİ QAYDALAR
Ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yük-
səldilməsi məktəb sənədlərinin düzgün aparılmasından, 
ilkin məlumatın vaxtında işlənilməsindən, uçotun sadələş-
dirilməsindən, uçot məlumatlarının aydınlıq və müqayisə 
prinsiplərinə riayət edilməsindən asılıdır. Məktəb sənədlə-
ri ümumtəhsil məktəbində həyata keçirilən təlim-tərbiyə 
işinin vəziyyətinin və maliyyə-təsərrüfat əməliyyatlarının 
kəmiyyət və keyfiyyətcə xarakteristikasıdır.
Məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilmə-
si və onun fə aliyyətinin nəticələri təlim-tərbiyə işinin plan-
laşdırılması və təsərrüfat vəzifələrinin həyata keçirilməsi
tədris-pedaqoji uçotun aparılması, mək təb kargüzarlığının 
təşkili, ilkin mühasibat uçotunun təmin edilməsi, statistik 
hesabatların tərtibi ilə əlaqədar xüsusi sənədlərdə əks olunur.
Həmin təlimat məktəb sənədlərinə vahid tələbləri
tədris-pedaqoji sənədlərin tərtibi və rəsmiləşdirilməsi, il-


45
kin maliyyə və təsərrüfat uçotunun aparılması qaydasını 
müəyyən edir.
Ümumtəhsil məktəblərində statistik hesabatlar onlarda 
aparılan ilkin uçot əsasında tərtib olunur.
Məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, mə-
lumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qarala-
ma olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı 
makinasında aparılır. Sənədin mətnində və ya rəqəmlərində 
buraxılmış səhv aşağıdakı qaydada düzəldilir: səhv söz və ya 
rəqəmin üstündən xətt elə çəkilir ki, onu oxumaq mümkün 
olsun, onun yanından isə düzgünü yazılır. Bütün düzəlişlər 
izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalan-
malı və məktəbin möhürü ilə təsdiq edilməlidir. Sənədlərdə 
olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi 
üçün sənədə imza etmiş vəzifəli şəxs məsuliyyət daşıyır.
Saxlanma müddəti qurtarmış məktəb sənədləri aktlaş-
dırılır və məhv edilir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin