48
3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8
səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jur-
nalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir.
Jurnalın cari səhifəsində dərsdə öyrədilən
mövzunu və ev
tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyən-
ləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və möv-
zusu ayrılıqda qeyd olunur. Yazı işlərinin qiyməti həmin
işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış
praktik
və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama
yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf
olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa
bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarı-
mildə) həmin fənn üzrə sonuncu
dərsin tarixindən sonra
qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymtə si-
nif rəhbəri tərəfindən “şagirdlərin müvəffəqiyyəti haqqında
yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən bu-
raxılmış dərs və günlərin miqdarı haqqında məlumat” böl-
məsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı
yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan
gün və
dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün
yekunlaşdırlır.
Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə
(sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər ba-
rədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərə-
49
findən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa
əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının göstə-
riciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma
haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərə-
findən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi
təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direk-
toru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər
məktəbi
bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin mü-
vəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və
daimi saxlanılmaq üçün arxivə verlir.
Dostları ilə paylaş: