Direktorun el kitabi A5 21 04 2021. indd


II. TƏDRİS-PEDAQOJİ SƏNƏDLƏR



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   10   11   12   13   14   15   16   17   ...   66
Direktorun el kitabi A5 21 04 2021

 II. TƏDRİS-PEDAQOJİ SƏNƏDLƏR
Məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işin-
dən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jur-
nalından, günüuzadılmış qrupun jurnalından, orta təhsil 
haqqında attestat blanklarının uçotu və verilməsi kitabın-
dan, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu 
və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin 
uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu 
kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvə-
zedilən dərslərin uçotu kitabından ibarətdir.


46
Yuxarıda göstərilən bütün sənədlər, şagirdin şəxsi işi, si-
nif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüu-
zadılmış qrupun jurnalı, buraxılan və əvəzedilən dərslərin 
uçotu kitabı istisna olmaqla, məktəbin direktoru dəyişdi-
rilən zaman mütləq aktla təhvil verilir. Akt sabiq və yeni 
təyin olunan direktor və təhvil-təslim zamanı iştirak edən, 
TŞ müdiri və ya inspektoru tərəfindən imzalanır.
Məktəbin işlərində inspektor aktları, məruzə qeydləri və 
ya arayışlar saxlanmalıdır.
Məktəblərdə, habelə yoxlayan şəxslərin qeyd və təklifləri 
kitabı aparılır.
Buraxılış və sinifdən-sinfə keçirmə imtahanları haqqın-
da sənədlər (imtahan protokolları, illik, imtahan və yekun 
qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mət-
nləri) məktəbdə 5 il saxlanılır.
 1. ŞAGİRDİN ŞƏXSİ İŞİ
Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktə-
bə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) 
aparılır.
Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
– Şagird haqqında ümumi məlumat;
– Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil 
haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta mək-
təbi bitirdikdə ona verilir.
Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparı-


47
lan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi 
arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri
V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən 
valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bi-
tirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində 
saxlanılır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin