1
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
M
əktəbəqədər Təhsil Kurikulumun təkmilləşdirilmiş layihəsi
əsasında hazırlanmışdır
Bakı
2017
2
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Giriş
M
əktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən
intellektual, fiziki v
ə psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və
qabiliyy
ətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və
insanlara h
əssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi
s
ərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil
müəssisələrində qoyulur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasında qeyd edilir: “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə
edildiyin
ə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu
s
əbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.”
Az
ərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli
Q
ərarı məktəbəhazırlıq təhsilinin (1il) icbariliyinin təmin olunmasına istiqamətlənir. Qərara
əsasən, dövlət ümumtəhsil müəssisələrində 2016-2017-ci dərs ilindən başlayaraq dövlət
büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılmışdır. Azərbaycan
Respublikasının təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinə əsasən,
h
əmin qruplarda işə cəlb olunacaq müəllimlərin səriştələrinin artırılması məqsədilə
öyrədici təlimlər keçirilir.
V
əsait 36 akademik saatlıq təlimin məzmununu əhatə edir. Buraya təlim zamanı
istifad
ə olunacaq sənəd və materiallar salınıb. Təlimlərdə əsas diqqət inkşaf sahələrinin
əhəmiyyətinə, standartların şərhinə, həmin standartları reallaşdırmaq üçün müvafiq
f
əaliyyətlər hazırlamağa, öyrənmənin oyun üzərində qurulmasını təbliğ etməyə, məktəbə
hazırlıq məsələlərində kök salmış stereotipləri sındırmağa yönələcəkdir. Fiziki, sosial-
emosional, estetik v
ə yaradıcı inkişaf sahələrinin əhəmiyyəti və mahiyyəti xüsusi
vurğulanır. Vəsaitdə YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə ərsəyə gəlmiş
“Beşyaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram”dan
istifad
ə edilmişdir.
V
əsaitdə tezaurus (terminoloji lüğət) və istifadə edilmiş ədəbiyyat siyahısı da
var
dır. Daha çox və dərindən öyrənmək istəyənlər həmin mənbələrdən əlavə məlumat
ala bil
ər.
“Məktəbəhazırlığın təşkili Qaydaları” 8 yanvar 2010-cu ildən qüvvəyə minmişdir.Bu
Qaydalar "T
əhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb və
m
əktəbəhazırlığın təşkili məsələlərini tənzimləyir. Beş yaşlı uşaqlar üçün
m
əktəbəhazırlıq zəruridir (“Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət
Strategiy
ası”na əsasən 2020-ci ilədək mərhələli şəkildə 5 yaşlı uşaqların məktəbəhazırlıq
t
əhsilinə cəlb edilməsi 90 faizə çatdırılmalıdır). 16 iyun 2017-ci ildə Məktəbəqədər təhsil
haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.
M
əktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə
deyil, z
ənginləşdirilməsinə istiqamətləndirilməlidir.
Beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikasında məktəbəqədər
t
əhsilin proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilir. (Sənəd təhsil
nazirinin 10 iyul 2012-
ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq edilib.) 2017-ci ildə
M
əktəbəqədər Təhsil Kurikulumunun təkmilləşdirilmiş variantı Təhsil Nazirliyinə təqdim
3
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
edilmişdir. Beşyaşlıların məktəbəhazırlığı məktəbəqədər təhsil müəssisələrində (uşaq
bağçalarında), məktəblərdə, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər.
M
əktəbəhazırlığın məqsəd və vəzifələri
M
əktəbəhazırlığın əsas məqsədibeşyaşlı uşaqların tələb və imkanlarını nəzərə
almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil
etm
əkdir. Məktəbə hazırlığın vəzifələri:
uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin
inkişaf etdirilməsi və möhkəmləndirilməsi,
uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial
xüsusiyyətlərin formalaşdırılmasıdır.
F
iziki hazırlıq:
uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi
(yəni bədən hissələrinin öz funksiyasını yerinə yetirmək qabiliyyəti);
hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın (xırda motorika əllər və barmaqların
dəqiq və xırda hərəkətlər toplusudur; sinir, əzələ, dayaq-hərəkət və görmə
sistemlərinin birgə fəaliyyəti nəticəsində yaranır) koordinasiyasının inkişafı;
fiziki qabiliyy
ətlərin inkişafı.
Şəxsiyyətyönümlü hazırlıq:
müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq;
başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;
müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;
ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması.
İntellektual hazırlıq:
obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;
idrakı
fəaliyyət
vasitələrinə
(müqayisə
etmə,
analiz,
klassifikasiya,
ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər
spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm,
yapma və müxtəlif oyunlara) yiyələnmək;
prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq,
əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.
S
osial hazırlıq:
yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik,
digər millətlərə hörmət) inkişafı;
4
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış
qaydalarının mənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.
Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim
m
əşğələlərində didaktik (öyrədici) oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın
oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir.
Didaktik oyunlar t
əlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə
imkan verir, bu zaman t
əlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.
M
əktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı aşağıdakı cədvələ əsasən
12 olmalıdır.
O cümlədən:
№
Dərs məşğələləri
Həftəlik məşğələ
saatlarının miqdarı
1
Ətraf aləmlə tanışlıq
1
2
Savad təliminə hazırlıq və nitq inkişafı
2
3
Bədii təfəkkürün inkişafı
1
4
Məntiqi və riyazi təfəkkürün inkişafı
2
5
Təsviri fəaliyyət (Rəsm/Yapma, Kəsib-
yapışdırma/Quraşdırma) - həftəaşırı
2
6 Musiqi
2
7
Fiziki mədəniyyət
2
Cəmi:
12
H
ər məşğələnin müddəti 30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir.
Zehni g
ərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən sonra idman məşğələsi keçirilir.
H
əftədə 4 gün olmaqla gündə 3 məşğələ planlaşdırılır.
İnkişaf sahələri
İnkişaf sahələri bunlardır:
1.
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;
2.
İdrakın inkişafı (əqli inkişaf);
3.
Estetik və yaradıcı inkişaf (gözəlliyi duymaq və yaratmaq);
4. Sosial-
emosional inkişaf (insanlarla ünsiyyət və əlaqələr qurmaq, hisslərini
(emosiyalarını) tanımaq və idarə etmək).
5
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
İnkişaf və təlim standartları
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
M
əktəbəhazırlıq qrupu (5-6 yaş)
1.1. Fiziki h
ərəkətləri yerinə yetirir.
1.1.1Fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri (qaməti düz
saxlamaqla istiqam
əti və tempi dəyişərək yeriş və qaçış; müxtəlif əşyaların
üstü, altı və arası ilə sürünmə; məhdudlaşmış sədd üzərində müvazinəti
saxlamaqla yeriş və qaçiş; gimnastika nərdivanına pillə-pillə dırmanma;
kürəciyi diyirlətmə; qum kisəciyini atma, topu hədəfə atma) yerinə yetirir;
1.1.2Yerind
ə, uzununa, müxtəlif istiqamətlərə doğru və ip üzərindən tullanır.
1.1.3.Topu yer
ə vuraraq irəliləyir;
1.1.4 Kiçik motor hərəkətlərini (şəkil çəkir, konturdan kənara çıxmayaraq rəngləyir,
verilmiş materialı və əşyanı hissələrə ayırır və birləşdirir, kontur üzrə kəsir,
yapışdırır, quraşdırır, düzür və s.) koordinasiya edir.
1.2.
Masa arxasında davranış və gigiyena qaydalarına əməl edir.
1.2.1. Gigiyena qaydalarını özünənəzarət (ehtiyac olduqda əllərini sabunla yumaq
və qurulamaq, öz şəxsi əşyalardan- daraq. Burun dəsmalı və salfetdən istifadə
etmək) əsasında nümayiş etdirir;
1.2.2. Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir;
1.2.3.
Sərbəst şəkildə özünəxidmət vərdişləri (paltarlarını səliqə ilə yığır; müstəqil
şəkildə xarici görkəmində olan səliqəsizliyi aşkar edib və onu aradan qaldırır
və s.) nümayiş etdirir.
1.3.
Təhlükəsizlik qaydalarına əməl edir.
1.3.1. H
əyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma
qaydalarını izah edir.
1.3.2. T
əhlükəsizilik qaydalarına (həşərat, bitki və əşyalar, fövqalədə hadisələr və
t
əbii fəlakətlər (yanğınlar, zəlzələlər, daşqınlar, sel və sürüşmələr, yol
h
ərəkəti) zamanı situasiyaya uyğun davranmaq, müvafiq qurumları;
yanğınsöndürən, təcili yardım və polisə çağırışlar edərək köməyə çağırmaq;
m
əişətdə ehtiyatlı davranmaq) əməl edir.
2. İdrakın inkişafı
2.1.
Əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Özü, ailəsi və Vətəni haqqında (dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar,
milli s
ərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) kiçik təqdimatlar edir;
2.1.2. Verilmiş mövzu ətrafında danışır və səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;
2.1.3. Ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;
2.1.4. Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq,
işıq) qruplaşdırır və düzgün davranış (qorumaq, mühafizə etmək,
qiym
ətləndirmək) bacarığı nümayiş etdirir.
2.1.5. Obyektlər haqqında məlumat toplayır, müxtəlif vasitələrlə (müzakirə edir,
şəkillər çəkir, müxtəlif simvollar düzəldir və s.) şərh edir;
6
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
2.1.6.
Səma cismlərində, gündəlik havada və ilin fəsillərində, bir neçə gün/gecə,
həftə ərzində olan dəyişikliklərdə fərqli və oxşar cəhətləri müəyyən edir,
səbəb-nəticə əlaqələrini izah edir və məntiqi nəticələr çıxarır.
2.2.
Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.
2.2.1. Dinləyib-anladığı fikirləri şərh edir.
2.2.2. B
ədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.
2.2.3. Nitq etiketlərindən (“buyurun”, “xahiş edirəm”, “xoş gəlmisiniz”, “yaxşı yol”)
jest və mimikalardan istifadə edir.
2.2.4. Hərf və səsləri fərqləndirir; kəsmə əlifba vasitəsi ilə sözlər düzür.
2.2.5. Hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər
qurur.
2.2.6. Nitqində əlamət, keyfiyyət, hiss bildirən, əks və eyni mənalı sözlərdən
istifadə edir.
2.3. Sad
ə riyazi əməliyyatları yerinə yetirir.
2.3.1. Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;
2.3.2. Əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır;
2.3.3. H
əndəsi fiqurları (dairəni, üçbucağı, kvadratı) tətbiq edir;
2.3.4.M
əkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamana görə
(ilin f
əsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) anlayışları tətbiq
edir.
2.3.5. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitləri (maqnit, böyüdücü şüşə,
xətkeş və s.) tətbiq edir.
3. Estetik v
ə yaradıcı inkişaf
3.1. Sad
ə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir.
3.1.1. Sad
ə kompozisiyalar qurur.
3.1.2. T
əsvir prosesində rəng çalarlarından istifadə edir, rəngi açır, tündləşdirir.
3.1.3. Müxtəlif kəsmə üsullarından istifadə edərək, mövzular və təsəvvürləri əsasında
kompozisiyalar qurur.
3.1.4.
Yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə obrazlar yaratmaq)
bacarıqları nümayiş etdirir.
3.1.5.
Verilmiş nümunə və sxemlər əsasında (konstruktor, tikinti, tullantı, təbiət
materiallarından və kağızdan istifadə edərək, fərdi və kollektiv şəkildə müxtəlif
fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırır və sadə quraşdırma
bacarıqları nümayiş etdirir.
3.1.6.
Musiqi alətlərini (piano, qarmon, tütək, dəf, nağara, tar, kamança, metallafon)
müqayisə edir.
3.1.7.
İfaçılıq bacarıqları (solo və xorla oxumaq; musiqili-ritmik hərəkətləri yerinə
yetirmək; uşaq musiqi alətlərində tək və ansamblda sadə musiqi parçalarını ifa
etmək) nümayiş etdirir.
3.1.8.
Müstəqil yaradıcılıq (təsviri, musiqi və konstruktiv fəaliyyət, rolların ifası)
qabiliyyətləri nümayiş etdirir.
3.1.9.
Müxtəlif janrda olan bədii əsərlərin məzmununa münasibət bildirir.
3.2.
Sadə əmək bacarıqları nümayiş etdirir.
7
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
3.2.1.
Fərdi və kollektiv əməyin növləri üzrə (özünəxidmət, təbiətdə əmək, əl əməyi,
təsərrüfat-məişət əməyi) müstəqil bacarıqlar nümayiş etdirir.
3.2.2.
Əmək prosesində istifadə edilən alətləri adlandırır, parca və iynə-sapla sadə
bacarıqlar nümayiş etdirir.
3.2.3. Növbətçilik zamanı öz üzərinə düşən vəzifənin mahiyyətini anlayır və yerinə
yetirir.
4. Sosial-
emosional inkişaf
4.1.
Ünsiyyət bacarıqları nümayiş etdirir.
4.1.1. Ünsiyyətə girməyə cəhd edir.
4.1.2.
Böyüklərin mimika və jestlərinə, intonasiyasına reaksiya verir.
4.2. Sosial h
əyatla bağlı bilik, bacarıqlarını və vərdişlərini özünəməxsus tərzdə
nümayiş etdirir.
4.2.1. Öz hisslərini, baxışlarını mimika, jest və hərəkətləri ilə ifadə edir.
4.2.2.
Birgə oyunlarda iştirak edir.
4.2.3. Oyuncaqlarla oynayarkən emosional (mimika, səs tonu) reaksiya verir.
4.3. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.
4.3.1. Ətrafdakı insanlar arasındakı fərqlərə (fiziki, irqi, milli, dini, cinsi, sosial)
dözümlülük nümayiş etdirir.
4.3.2.İnsanlara qarşı qayğıkeş münasibət bəsləyir, çətinlik zamanı kömək edir.
H
əftənin günləri
M
əşğələlər
M
əşğələ-
l
ərin
M
iqdarı
Bazar ert
əsi
Savad t
əliminə hazırlıq və nitq inkişafı
Musiqi
T
əsviri fəaliyyət (Rəsm/Kəsib-yapışdırma)
1
1
1
Çərşənbə axşamı Məntiqi və riyazi təfəkkürün inkişafı
Fiziki m
ədəniyyət
B
ədii təfəkkürün inkişafı
1
1
1
Çərşənbə
Savad t
əliminə hazırlıq və nitq inkişafı
Musiqi
Ətraf aləmlə tanışlıq
1
1
1
Cümə axşamı
M
əntiqi və riyazi təfəkkürün inkişafı
T
əsviri fəaliyyət (Yapma/Quraşdırma)
Fiziki m
ədəniyyət
1
1
1
Yekun
12
5
yaşlı uşağın fiziologiyası, psixologiyası, öyrənmə xüsusiyyətləri
M
əktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və
sosial
inkişafından asılıdır. Qeyd olunanlar məktəbə hazırlığın müxtəlif növləri deyil,
8
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
onun f
əaliyyət formalarının fərqli təzahürləridir. Məktəbə getməyə hazırlaşan uşağın
anatomik-fizioloji
inkişafına diqqət yetirilməlidir. Fiziki inkişafın ləngiməsi uşağın əqli
f
əaliyyətinə mənfi təsir göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim prosesində tez
yorulur, onun t
əlimə həvəsi azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi aşağı olur,
onlar h
ərəkətli oyunlara laqeydlik göstərirlər. Beşyaşlılarda skeletin sümükləşməsi,
böyüməsi, daxili üzvlərin və sistemlərin, bütövlükdə orqanizmin inkişafı hələ davam edir.
Odur ki, m
əktəbəhazırlıq qruplarında fiziki hərəkətlərə, fəal oyunlara xüsusi diqqət
yetirilm
əlidir. Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ
sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası
çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq
n
əsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta
müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən
m
əktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini
d
əyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin
proses
ə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq
assosasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət
formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə
uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq
prosesi keçməmiş uşaqlara hərf, rəqəm və s. yazdırmağa yol verilməməlidir.
İdraki proseslər dedikdə hafizə, qavrayış, təfəkkür və təxəyyül nəzərdə
tutulur. L.S.Vıqotski məktəb təliminə hazırlığın yalnız təsəvvür ehtiyatının miqdarından
yox, daha çox idraki proseslərin inkişaf səviyyəsindən ibarət olduğunu söyləmişdi.
Vıqotski 3-7 yaşı məktəbəqədər dövrə aid edirdi. O, qeyd edirdi ki, 3 yaşından sonra
uşaqların düşüncəsində keyfiyyətcə fərqli dəyişiklik baş verir. Əgər indiyənədək uşağın
dünyanı öyrənməsində qavrayış funksiyası əsas rol oynayırdısa, məktəbəqədər yaş
dövründə yaddaş mərkəzdə durur. Buna görə 3 yaşa qədər uşaqlar spontan
öyrənirlərsə, məktəbəqədər yaşda artıq qarışıq, spontan-reaktiv öyrənmə tipi formalaşır
v
ə 7 yaşında - məktəb dövründə reaktiv öyrənmə aparıcı öyrənmə növünə keçir. Məhz
diqq
ət uşaqların hər hansı bir biliyi məqsədli əldə etməsi üçün reaktiv növə keçməyə
imkan verir.
Əgər insan etdiyi bir işin üzərində diqqətini cəmləşdirə bilmirsə, fəaliyyət
m
əqsədyönlü və səmərəli şəkildə aparıla bilməz. Diqqətin inkişaf səviyyəsi uşağın
m
əktəb təlimində müvəffəqiyyət qazanmasında çox böyük rol oynayır. Uşağı məktəbə
hazırlamaq üçün ilk növbədə onun diqqətini və müşahidəçilik qabiliyyətini tərbiyə etmək
lazımdır. 5 yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil edir: uşaq öz diqqətini idarə
ed
ə bilmir və çox hallarda xarici təsirlərdən asılı olur. Bütün bunlar onun fikrini bir yerə
c
əmləşdirə bilməməsində, fikrin yayınmasında, məşğuliyyətin tez-tez dəyişməsində
özünü əks etdirir. Psixoloqların fikrinə görə, uşaqda ixtiyari qavramanın formalaşması
ixtiyari diqq
ətin əmələ gəlməsinə və nitqin inkişafına təsir göstərir. Məktəbəqədər yaşlı
uşağa diqqətini idarə etməyi öyrətmək üçün ona ucadan mühakimə yürütməyi təklif etmək
lazımdır.
Hafiz
əni (yaddaşı) inkişaf etdirməyin bir çox yolu var. Amma məktəbəhazırlıq
qruplarında və məktəbdə heyif ki, yalnız şeir əzbərləmək üsulundan istifadə edirlər ki, bu
9
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
da düzgün deyil. Poeziyanın ilkin və ali missiyası hafizəni möhkəmləndirmək deyil, hissləri
v
ə fikirləri inkişaf etdirməkdir. Toxunma hafizəsini (yaddaşını) inkişaf etdirmək xüsusilə
vacibdir. Yaxşı inkişaf etmiş toxunma (lamisə) yaddaşı olan uşaqlar məktəbdə daha
uğurlu olurlar. 5-6 yaşlı uşaqlarda yaddaş qeyri-ixtiyarilikdən ixtiyariliyə doğru irəliləyir. Bu
dövrdə uşaq yadda saxlamaq və yadda qalanları nəql etmək üçün qarşısına məqsəd
qoyur. O, yalnız eşitdiklərini yox, eyni zamanda istədiklərini də məqsədyönlü şəkildə
yadda saxlaya bilir. Hafiz
ənin inkişafında bütün fəaliyyət növləri, xüsusilə oyun çox böyük
rol oynayır. Oyunda uşaq üçün hər şey əyani, konkret bir məna daşıdığı üçün oyun
formasında
müxtəlif
bilik,
bacarıq
və
v
ərdişlərin
m
ənimsənilməsi
daha
m
əqsədəuyğundur.Oyun zamanı uşaq, növbəti mərhələyə (İntellektual-öyrənmə)
hazırlaşır. Bu dövrdə uşaq situasiyanı (məs., məktəb oyunu) dəfələrlə oynamaqla şagird
olmaq n
ədir sualına cavab axtarır və tapır, bu rolu özününküləşdirir və qəbul edir. Qeyd
etm
ək lazımdır ki, yeni situasiya məs., məktəb rejimi uşaq tərəfindən dəfələrlə
oynanılmırsa, bu zaman uşaq üçün məktəb normaları anlaşılmaz qalır və onu qorxudur.
Bu dövrdə böyüklərin oynamağa icazə verməməsi uşağın məktəbə hazır olmasını
sürətləndirmir, əksinə ləngidir.
Vıqotskinin fikrincə, məktəbə hazır olmaq – müəyyən dərəcədə ətraf aləmin əşya
v
ə hadisələrini ümumiləşdirməyi və fərqləndirməyi bacarmaq deməkdir. Məntiqi
t
əfəkkürün əsasları uşaqların əşya və hadisələri təsnif etmək bacarıqlarında özünü
göstərir. Məktəbəqədər dövrün sonunda uşaqlar əşyaları tematik qruplara («mebel»,
«meyvə», «geyim» və s.) ayırmağı bacarır. Beləliklə, növ, cins anlayışı formalaşır (alma,
armud, heyva, nar, xurma
– meyvədir). Bütün fəaliyyət növləri ilə məşğul olduğu zaman
uşaqlarda ümumiləşdirmə, təsnif etmə, təcrid etmə, müqayisə etmə, səbəb-nəticə
əlaqələrinin qurulması kimi əqli əməliyyatlar inkişaf edir. Beləliklə, uşaq cümlənin, mətnin,
şəklin əsas fikrini anlaya bilir, bir neçə şəkli oxşar xüsusiyyətlərə görə ümumiləşdirir,
müəyyən əlamətə görə şəkilləri qruplaşdıra bilir və s.
Sensor inkişaf (hisslərin inkişafı) məktəbəqədər yaşlı uşaqların əqli inkişafının
t
əməlində duran əsas istiqamətlərdəndir. Bu yaşda uşaqların hiss orqanları daha da
t
əkmilləşir, görmə və eşitmə qabiliyyətləri yaxşılaşır, rəng seçimində dəqiqlik və
h
əssaslıq müşahidə olunur, musiqi duyumu və fonematik eşitmə qabiliyyəti inkişaf edir.
M
əkana bələdləşmə, əşyaların yerləşməsi və xüsusiyyətləri haqqında biliklər təkmilləşir.
M
əktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri
yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz
hafiz
əsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi
istifad
ə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün
simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə
inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq
dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik
m
əktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni
uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə
keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir. Məsələn, uşaq “bunu necə
etdin?” sualına fəaliyyəti təkrar edərək “belə etdim” cavabını verir (qurduğu evciyi
dağıdıb yenidən qurur). Bundan sonra müəyyən suallar verilməlidir: məsələn, “Qırmızı
10
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
kubun üstünə hansını qoydun?”, “O, hansı rəngdir?”, “Bu evdə kimlər yaşaya bilər?” və
s. Suallar vasit
əsilə uşaq düşünməyə və cavab verməyə təhrik edilir, beləliklə, əyani-
əməli təfəkkürdən əyani-obrazlı təfəkkürə keçid daha rahat baş verir.
M
əktəbəqədər dövrün sonunda obrazlı təfəkkür son dərəcə konkret və situativ
olur. Uşaq nəinki əşyanı əlamətlərinin rəngarəngliyi ilə təsəvvür edir, o, eyni zamanda
on
un mühüm xüsusiyyət və əlaqələrini də seçməyə qadirdir. Onda artıq əyani-sxematik
t
əfəkkür formalaşır. Bu təfəkkür növü uşağın əşyanın müxtəlif sxematik təsvirlərini (plan,
maket, sad
ə cizgilər və s.) anlamasını və uğurla istifadə etməsini bildirir. Uşaqlar şərti
t
əsvirlərin daha da mücərrəd əlaqələrini (cümlədə sözlər arasında, sözlərdə hərflər
arasında əlaqələri və s.) anlamağa başlayırlar. Əgər məktəbəqədər dövrdə uşaqda
əyani-obrazlı təfəkkür kifayət qədər formalaşmayıbsa, I sinifdə o, söz və cümlələrin
sxeml
ərini tərtib etməkdə, şərti işarələr və oxlar vasitəsilə riyazi məsələlərin şərtini
düzgün yazmaqda çətinlik çəkir.
M
əktəbəqədər dövrdə uşaqlarda məntiqi-mücərrəd təfəkkürün əsasları qoyulur.
Bu, mücərrəd mühakimə yürütmə bacarığı tələb edir. 5-6 yaşlı uşaqlarda məntiqi-
mücərrəd təfəkkürün əsasları əyani-obrazlı təfəkkürə əsaslanır və onun təbii davamı
kimi inkişaf edir. Uşaqlar ətraf mühitdə olanları sadə şəkildə təhlil edə bilirlər. Mühüm və
ikinci d
ərəcəli xüsusiyyətləri ayırmaq, sadə mühakimə yürütmək, düzgün nəticə
çıxarmaq bacarıqlarına yiyələnirlər. Bu bacarıqlar uşaqların bilik dairəsi ilə məhdudlaşır.
Bilik dair
əsi çərçivəsində uşaq uğurla səbəb-nəticə əlaqələrini qurur, bu isə uşağın
nitqind
ə öz əksini tapır.
Uşağın istifadə etdiyi obrazlar yalnız əvvəllər gördüyü və ya eşitdiyi obrazlardan
ibar
ət deyil, eyni zamanda onun bilavasitə qavramadığı, təxəyyülündə canlandırdığı
obrazlardan ibar
ətdir. Obrazlar uşağa real aləmin zaman və məkan çərçivələrindən
çıxmağa imkan yaradır. Məhz bu obrazlar təxəyyülün əsas xüsusiyyətlərindən sayıla
bil
ər. Təxəyyül insana keçmiş təcrübəsinə əsaslanaraq yeni obrazların yaradılmasına
imkan verir.
T
əxəyyülün inkişafında əsas məsələ, gözlənilən nəticəni onun həyata
keçirilməsindən əvvəl təsəvvür etməkdir. Təxəyyül bərpaedici (əşyanın təsvirinə görə)
v
ə yaradıcı (yeni obrazların yaradılması) ola bilər. Uşaqda ilkin təxəyyül bütünlüklə zahiri
vasit
ələrə əsaslanır, real hərəkətlərdən ayrılmır. Tədricən zahiri vasitələrə ehtiyac
qalmır. Təxəyyülün inkişafına uşaqların bütün fəaliyyət növləri, xüsusilə də rəsm,
quraşdırma, ədəbi əsərlərin oxunması, oyun və digər fəaliyyətlər təsir göstərir.
T
əxəyyülün uşağın psixi inkişafında rolu çox böyükdür; o, uşağın ətraf aləmi daha yaxşı
d
ərk etməsinə, şəxsiyyətinin inkişafına imkan yaradır.
5-
6 yaşlı uşaqlarda nitqin inkişaf xüsusiyyətləri. Uşağın təfəkkürünün
inkişafında nitq böyük rol oynayır. Təfəkkürlə bilavasitə bağlı olan nitq iki funksiyanı
yerin
ə yetirir: o, bir tərəfdən başqaları ilə ünsiyyət vasitəsidir, digər tərəfdən təfəkkür
formasıdır. Belə ki, insan daxili nitqin köməyi ilə sözlərlə fikirləşir. Daxili nitqin əmələ
g
əlməsi 4-5 yaşından formalaşmağa başlayır və onun köməyi ilə uşaq gələcək işi
planlaşdırmağı öyrənir. Bu dövrdə nitq inkişafı üzrə iş səs mədəniyyətinin tərbiyəsi, lüğət
11
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
ehtiyatının zənginləşdirilməsi, nitqin qrammatik quruluşunun təkmilləşdirilməsi, dialoji və
monoloji nitqin formalaşdırılması, həmçinin savad təliminə hazırlığı nəzərdə tutur.
Nitqin düzgün formalaşması üçün artikulyasiya aparatının inkişafı mühümdür.
Artikulyasiya orqanlarının işi nəticəsində nitq səsləri əmələ gəlir. Səslərin aydın tələffüz
edilm
əsi üçün nitq orqanlarının vəziyyətinin və hərəkətinin düzgünlüyü, fonematik eşitmə
z
əruridir. Nitqeşitmə qabiliyyəti dedikdə, diqqətli dinləmə və sözlərin başa düşülməsi,
nitqin müxtəlif keyfiyyətlərini qavramaq və fərqləndirmək nəzərdə tutulur. Nitqeşitmə
qabiliyy
ətinə yiyələnmək yaxşı fonematik eşitməyi, yəni ana dilinin bütün səslərini düzgün
eşitməyi, səslənməsinə görə yaxın səsləri fərqləndirməyi təmin edir.
Uşağı məktəbə hazırlamaq üçün onun yaş xüsusiyyətlərini bilmək zəruridir. Amma
müəllim nəinki ümumi yaş xüsusiyyətlərini, eyni zamanda fərdi keyfiyyətlərini də nəzərə
almalı, inkişafını izləməli və məktəb təliminə hazır uşaqlar yetişdirməyi bacarmalıdır.
Dostları ilə paylaş: |