Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   2   3   4   5   6   7   8   9   ...   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


I qrup: 
Qoz və fındıqları sayın və verilmiş yeşiklərə yıgın,  rəqəmi yazıb yeşiyin üstünə 
yapışdırın və sıra ilə qoyun (masanın üstünə 6 fındıq, 5 qoz qoyun). 
II  qrup:  Bir-
birinə  qarışmış  noxud  və  buğdanı  ayırıb  sayın.  Sonra  kagızdan  2  konvert 
düzəldin, içinə yığın, üstünə rəqəmi yazın və ardıcıl qoyun (masanın üstünə  9 noxud, 10 
bugda dənəsi qoyun). 
III  qrup:  Bir-
birinə  qarışmış  lobya  və  düyünü  ayırıb  sayın.  Sonra  kağızdan  konvert 
düzəldin, içinə yığın, üstünə rəqəmi yazın və ardıcıl qoyun (masanın üstünə 8 lobya, 7 
düyü dənəsi qoyun) 
IV  qrup: 
Noğul  və  konfetləri  torbalara elə  yığmaq  lazımdır  ki,  qarışqa  onları  yeməsin. 
Daha sonra sayını kağıza yazıb torbanın üstünə yapışdırın (masanın üstünə 3 konfet, 4 
noğul qoyun). 
 
İndi  isə  gedək  siçan  bəyin  anbarına.  (Sinfin  bir  künçündə  anbara  oxşar  bir  yer 
düzəldin.  Uşaqlar  anbara  işləri  elə  düzürlər  ki,  sıra  nömrəsi  düz  olsun.  Qrup  liderləri 
düzəltdiklərini  gətirir  və  təsvir  edirlər.    Suallar  verərək  nəyə  görə  belə  düzdüklərini 
soruşun. Qonşu ədədləri müqayisə etməyə təhrik edin.) 
    
Tətbiqetmə:  Müəllim  döşəməyə  rəqəmlər  dağıdır.  Uşaqlar  yerə  atılmış  rəqəmləri 
götürür. Hər uşaqda bir rəqəm olur. Müəllim onlara rəqəm sırası  ilə düzlənməyi təklif edir. 
Eyni rəqəm tutan uşaqlar yan-yana dururlar. Sıra ilə hərə bir rəqəmin tərkibini deyir.  
 
Tapşırıq  zamanı  uşaqları  müşahidə  edin,  saymaqda  çətinlik  çəkən  uşaqlara 
aşağıdakı əlavə tapşırıqları verin: 
1. 
10 dairəsində düzünə, tərsinə, cüt-cüt say. 
2. 
Tablodakı   rəqəmləri sıra ilə düz. (tablodan istifadə) 

 
 
32 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
3. 
Sırada çatışmayan rəqəmləri tap.  
S
əncə, rəqəmlərin sırasını pozsaq, nə olar? 
 
M
əşğələnin təşkili üçün forma və metodlar 
F
əal  təlim  metodlarından  istifadə  tədris  prosesinin  təşkilinə,  müəllim-uşaq 
münasibətlərinə  yeni  məzmun  gətirir,  onlar  arasında  pedaqoji  əməkdaşlığa,  qarşılıqlı 
hörmətə,  bir-birinin  ləyaqətinə,  hüquq  və  azadlıqlarına  hörmət  etməyə  əsaslanan  yeni 
münasibətlərin yaradılmasını təmin edir. Məktəbəhazırlıq siniflərində fəal təlim metodları 
il
ə aparılan məşğələlərin aşağıdakı mərhələləri olur:  
1. 
Aktuallaşdırma  (mövcud biliklərin səsləndirilməsi) və ya motivasiya; 
2. D
ərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi); 
3. T
ətbiqetmə (qazanılmış bilik və bacarıqların tətbiq edilməsi).   
Aktuallaşdırma  və  ya  motivasiya.    Məşğələ  aktuallaşdırma,  yəni  mövcud 
bilikl
ərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və 
ya mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya 
il
ə  başlanan  məşğələ  daha  cəlbedici  olur,  lakin  hər  mövzu  üçün  maraqlı  və  cəlbedici 
motivasiya  qurmaq  olmur  dey
ə  hərdən aktuallaşdırmadan istifadə etmək yerinə  düşür. 
Motivasiya  “motiv”  sözündən  götürülmüşdür.  Latın  dilindən  tərcüməsi  “hərəkətə 
g
ətirmək”, “itələmək” deməkdir. Deməli, müəllim motivasiya yaradarkən uşaqları hərəkətə 
g
ətirir,  düşünməyə  “itələyir”.  Düzgün  qoyulmuş  motivasiya  uşaqda  əqli  fəallıq  yaradan 
s
əbəbdir.  
Motivasiyanı necə qurmaq lazımdır? 
• 
diqq
əti cəlb etmək və uşağı maraqlandırmaq; 
• 
müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq; 
• 
müstəqil tədqiqat üçün imkan yaratmaq; 
• 
5 yaşlı uşağın imkanlarına müvafiqliyini nəzərə almaq; 
• 
uşağa öz bacarığını həyata keçirməyə imkan vermək. 
D
ərketmə.    Bu  mərhələdə  uşaq  yeni  bilik  və  bacarıqları  fəal  şəkildə  öyrənir: 
t
ədqiqat aparır, məlumat və fakt axtarır, müqayisə, suallar verir, əvvəlki biliklərinin köməyi 
il
ə yeni biliyi mənimsəməyə çalışır, özünəməxsus təhlil, sintez edir, müzakirələrə qoşulur 
v
ə s. Burada fəallıq deyəndə, ilk növbədə, uşağın  idraki fəallığını nəzərdə tuturuq. Fəal 
t
əlimin  ikinci  mühüm  tərkib  hissəsi  isə  əməkdaşlıqdır.  Nəzərdə  tutulur  ki,  uşaq  başqa 
uşaqlarla birlikdə öyrənir,  yəni öyrədən tək müəllim deyil, həm də uşaqlar özləridir. 
T
ətbiqetmə.  Bu  mərhələ  uşaqların  əldə  etdikləri  bilik  və  bacarıqları 
möhkəmləndirir, praktik əhəmiyyətini artırır. Bu məqsədlə uşaqlara praktik və ya yaradıcı 
tapşırıq  verilir.  Məktəbəqədər  yaş  dövründə  əsas  fəaliyyət  növü  oyun  olduğu  üçün  
t
ətbiqetmə  zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir. 
 
İş formaları  
İş formaları dedikdə fərdi, cütlərlə, qruplarla və  kollektiv iş nəzərdə tutulur. 
F
ərdi  iş  uşaqların  potensial  imkanlarının  müəyyənləşdirilməsi  və  onların  müstəqil 
f
əaliyyət göstərməsi üçün  imkan  yaradır. 

 
 
33 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Cütlərlə  iş  zamanı  uşaqların  hər  hansı  problemin  həllində  biri-birinə  köməklik 
göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk 
etm
ələrinə imkan yaranır. 
Qruplarla iş (3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq 
v
ə müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar  müstəqil 
fikir söyləmək, digərlərini dinləmək  imkanı  əldə edirlər. 
Kollektiv iş    zamanı kollektivdə  işləmək, birgə   fəaliyyət  göstərmək və    kommunikativ 
bacarıqların  inkişafı təmin edilir. 
 
F
əal  təlim üsulları 
Beşyaşlıların  məktəbəhazırlıq  təhsilində  əqli  hücum,  rollu  oyunlar,  söz 
assosiasiyası,  tap-tapmaca,  müzakirə,  nağıletmə,  diskussiya,  suallar,  şaxələndirmə 
(klaster), problemli  v
əziyyət  kimi təlim üsullarından istifadə etmək  müsbət nəticələr verir.  
Əqli  hücum.  Birgə  səy  nəticəsində  konkret  problemin  bir  neçə  həllinin  işlənib 
hazırlanması,  məhdud  vaxt  ərzində  bütün  uşaqların  problemlə  bağlı  ideyalarının 
toplanması, 
dayaq 
biliklərinin 
f
əallaşdırılması 
və 
ya 
t
əlim 
f
əaliyyətinin 
stimullaşdırılmasıdır.  Əqli hücüm uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir 
v
ə  fikir  müxtəlifliyinin  labüdlüyünü  başa  düşmək  üçün  şərait  yaradır.  Bu    üsul 
m
əşğələlərdə problemli situasiya,  fikir müxtəlifliyi yaratmaq və həll yollarını tapmaq üçün 
t
ətbiq  olunur.  Belə  şəraitdə      uşaq  düşünməli  olur,  yoldaşlarının  dedikləri  ilə 
razılaşmadıqda    öz  mövqeyini    bildirir.  Bu  mövqe  onun  əvvəllər  əldə  etdiyi  biliklər  
əsasında yaranır, düşüncə tərzi kimi  formalaşır. Bəzən  bu fikir dəqiq  olmur, lakin  o, 
uşaqların  fəallığı  baxımından  didaktik  əhəmiyyət  daşıyır.  Uşaqların  fəallığının 
artırılmasına və onlar tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan, 
dem
ək olar ki, bütün məşğələlərdə istifadə etmək mümkündür. 
Tap-tapmaca.  Oyun-
tapmaca  formasında  keçirilən  bu  üsul  uşaqlarda  yüksək 
f
əallıq yaradır. Müəllim  lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə “açar 
söz” mahiyyəti daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan  tərəfi uşaqlara 
t
ərəf asılır. Müəllim uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə aid  2 
v
ə  ya  3  yönəldici  söz  sadalayır  və  ya  kartın  ətrafında  həmin  anlayışı  açan  şəkillər 
yapışdırır. Yaxud lövhəyə kartın yanında həmin anlayışa aid şəkillər  yapışdırır. Uşaqlar 
h
əmin şəkillərə  uyğun olaraq gizlədilmiş anlayışı tapırlar (Məsələn,  qış fəslinə aid  qar, 
Şaxta  baba  və  s.).  Uşaqlar  anlayışı  tapmaqda  çətinlik  çəksələr,  əlavə  olaraq    yeni 
xüsusiyyətlər  sadalanır.  Uşaqlar  öz  fərziyyələrini  dedikdən  sonra  müəllim  kartı  çevirir. 
Anlayışın  düzgün  tapılmasında  fəallıq  göstərənlər  qeyd  olunur.  Çətinlik  çəkənlərə  öz 
fikirl
ərini əsaslandırmaq üçün imkan yaradılır.  
Nağıletmə.  Nağıletmə  məlumatın  müəllimdən    uşağa  ötürülməsi    və  dinləmə 
bacarıqlarının  inkişafı  üsuludur.  Bu  üsuldan  mövzu  ilə  bağlı    məzmunun  
z
ənginləşdirilməsi,  tamamlanması  məqsədilə    istifadə  etmək  məqsədəuyğundur.  Belə 
qısa nağıletmə 10-15 dəqiqə ərzində aparılır. Nağıletmə ilə bağlı  aşağıdakı məsələlər 
diqq
ət mərkəzində saxlanılır.  
-  nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək; 

 
 
34 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
-  nağıletmə zamanı ardıcıllığı gözləmək; 
-  nağıletmədə süjetli şəkillərdən istifadə etmək
-  digər əyani və texniki vasitələrdən  istifadə etmək.  
     
Müəllim məlumatın ötürülmə prosesini  verbal (suallar vermək) və vizual (uşaqların 
sif
ətlərinin ifadəsini və jestlərini müşahidə etməklə) tənzimləyir. 
Müzakirə. Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin 
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək  həlli yolunu tapmaq,  
düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Uşaqlar  ünsiyyət,  kommunikativ 
bacarıqlarının  formalaşdırılmasında  mühüm  rol  oynayır.  Uşaqlar    sual  və  replikalarla 
müzakirələrə  qoşulur,  fakt  və  hadisələrdən  istifadə  etməklə    inandırıcı  nitq    nümayiş 
etdirirl
ər.  Qazandıqları  bilik  və  bacarıqları    təcrübədə  tətbiq  etmək  imkanı  qazanırlar.  
Müzakirə  apararkən  əvvəlcədən  uşaqlara  müzakirə  qaydaları  deyilir.  Mövzu    aydın 
şəkildə  ifadə  olunur.  Müzakirə  prosesini  inkişaf  etdirən  suallar  vermək  və  uşaqların 
cavablarını nəzərdən keçirməklə müəllim  müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” 
v
ə  ya  “xeyr”  olan  qapalı  suallar  vermək  məqsədəuyğun  hesab  edilmir.  Müzakirədə 
mövzuya aid  “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz 
bu v
əziyyətdə nə edərdiniz? Sizin  fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə 
n
ə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi  suallardan istifadə olunur.  
Şaxələndirmə  (klaster).  Müəllim    lövhədə  və  ya  iş  vərəqlərində  dairə  çəkir  və 
onun  m
ərkəzində  yapışdırılmış  şəkil    ilə  bağlı    söz,  və  ya  şəkillər  söyləmək  və  ya 
yapışdırmaq uşaqlara tapşırılır. Mərkəzdə yapışdırılmış şəkildən başlayaraq hər növbəti 
şəkil    onunla    əlaqəli  şəkillərlə  xətlərlə  birləşdirilir.  Məşğələnin  sonunda    alınan 
şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır.  
Problemli    v
əziyyət.  Bu  üsul  tənqidi  təfəkkürü,  təhliletmə  və  ümumiləşdirmə  
v
ərdişlərini  inkişaf  etdirir.  Müəllim  əvvəlcədən  problemi  və  müzakirə  üçün  sualları 
hazırlayır.  Uşaqlar    4-5  nəfərlik  qruplara  bölünür.  Problemli  vəziyyət  təsvir    olunmuş  
v
ərəqlər  uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və 
h
əlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra qrupda ümumi müzakirə aparılır. 
Oyunlar.  Oyunlar h
ər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı 
t
ələb  edir.  Bu  üsul  uşaqlara    hadisələrin  iştirakçısı  olmaq  və  mövcud  vəziyyətə 
başqalarının  gözu ilə baxmaq  imkanı  verir. Oyun prosesində uşaqlar rola girir, mövcud 
v
əziyyəti  başqasının  gözü  ilə    görürlər.  Təlim  prosesinə  belə  oyun  elementlərinin 
g
ətirilməsi  onun    maraqlılığını,  uşaqların  yaradıcı  fəaliyyət  göstərməsi  imkanlarını 
genişləndirir. 
Suallar. 
Uşaqların  idrak  fəallığının  artırılmasında  böyük    rol  oynayır.  Sualların 
sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi  təfəkkürün 
inkişafına  doğru  yönəldilməli,  məntiqi  ardıcıllıq  gözlənilməli,  mövzu  və  məzmun  ilə 
bilavasit
ə əlaqəli olmalıdır. 
 
Söz  assosiasiyası.  Bu  üsuldan  hər  hansı  bir  mövzunun  öyrənilməsinə 
başlamazdan əvvəl, uşaqların bu barədə nə bildiklərini müəyyənləşdirir. Həmçinin mövzu 
m
ənimsənildikdən  sonra  uşaqların  bu  barədə    hansı  yeni  biliklərini  əldə  etdiklərini 
aydınlaşdırmaq üçündür. 
 
F
əal  təlim  metodları  (üsulları)  tətbiq  edilərkən  uşaqlar  məlumatın  əldə 
edilm
əsinə, şərh edilməsinə və onun transformasiyasına cəlb olunur. Bu isə daha yaxşı 
m
ənimsəməyə şərait yaradır. 

 
 
35 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
 
M
əşğələ nümunəsi 
Standart: 2.3.1. Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir.
 
Mövzu: “6” rəqəmi ilə tanışlıq  
M
əqsəd: 1. “6” dairəsində düzünə sayır.  
2. “6” dairəsində hesablama  əməliyyatları yerinə yetirir.  
4.  Hesablayark
ən diqqətli  olduğunu nümayiş etdirir.  
İnteqrasiya:  2.3.3;  3.1.8.  
İş formasıQruplarla iş, kollektivlə iş. 
İş üsuluəqli hücum, suallar. 
Resurslarr
əqəmlər, şəkillər, kiçik əşyalar, üstündə rəqəmlər yazılmış səbətlər. 
Uşaqlara  “Turp” nağılını şəkillər üzrə danışın. Nağılın personajlarını sıra ilə 
sayın.  Sonra suallarla uşaqlara müraciət edin: 
•  Sırada öndə kim dayanıb? 
•  Babadan tutan sıranın neçəncisidir? 
•  Bəs nəvədən tutan sıranın neçəncisidir? 
•  Bəs sırada sonda dayanan kimdir? 
•   Sonuncunun önündə dayanan kimdir? 
•  Toplandan tutan sırada neçəncidir? 
•  Sırada dördüncü duranın qarşısında kim dayanıb? 
•  Sırada üçüncü və beşincinin arasında kım dayanıb? 
•  Sırada dördüncü və altıncının arasında kim dayanıb? 
•  Nağılda neçə personaj iştrak edir? 
Sonra uşaqları 6 ədədi ilə tanış edin.     6 dairəsində düzünə və tərsinə sayın.  
Tapşırıqlar:   
1. 
Qruplar öz stollarındakı səbətin üstündə göstərilən rəqəmin sayı qədər 
əşyaları səbətə yığsınlar. 
2. 
Dairədə 6 dəfə əl çalmaq,  6 dəfə hoppanmaq, 6 dəfə oturub-durmaq 
hərəkətlərini yerinə yetirsinlər. 
3. 
Sinif otağındakı əşyaları saysınlar: 6-dan az əşyalar hansılardır? Hansı 
əşyalardan 6-dan çox var? 
4. 
Əgər bizim 6 konfetimiz olsa idi, sinifdəki uşaqların hamısına konfet çatardımı? 
M
əşğələni müzakirə edin. Bu məşğələni necə təkmilləşdirmək olar? 
 
Sosial-
emosional inkişaf sahəsi. Estetik və yaradıcı inkişaf sahəsi. 
Uşağın  hərtərəfli  inkişafı  onun  hissləri  -  emosiyaları  ilə  sıx  əlaqədədir.  Azyaşlı 
uşaqlar öz hisslərini tam şəkildə idarə etməyi bacarmırlar. Bu, onların davranışlarının 
impulsivliyin
ə,  həmyaşıdları  və  yaşlılarla  ünsiyyətdə  çətinliklərin  yaranmasına  səbəb 
olur. Yalnız şəxsi inkişaf nəticəsində onlarda tədricən öz hisslərini dərk və idarə etmək, 
dig
ər insanların hisslərini tanımaq və anlamaq qabiliyyətləri formalaşır, davranışlarının 
ixtiyariliyi inkişaf edir, hisslər sabitləşir və dərinləşir.  
5-
6  yaşlı  uşaqlarda  təlim  zamanı  müşahidə  edilən  çətinliklərdən  biri  də  iradə 
z
əifliyidir. Bu dövrdə iradə  yeni formalaşmağa başlayır. Başlanan işi yarımçıq qoymaq, 
çətinlikdən  hər  vəchlə  qaçmaq,  yüngül  məşğuliyyət  axtarmaq  kimi  iradi  xüsusiyyət 

 
 
36 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
uşaqların bəzilərində özünü aydın göstərir. Bu cür hallar  uşağın təlimdə geriləməsinə 
s
əbəb olur.  Ona görə də iradi keyfiyyətlərin formalaşdırılması, çətinlikdən qorxmamaq, 
başlanan  işi  axıra  çatdırmaq  əzmi  uşaqları  məktəbə  hazırlamağın  tərkib  hissəsi 
olmalıdır.   
Uşaqların  maraq  hissi  əvvəlki    illərdən  fərqli  olaraq  artıq  yeni  məlumatlara,  xəbərlərə, 
kitablara daha çox yönəlir. Əgər uşaq oynadığı zaman böyüklər onu nağıla qulaq asmağa 
v
ə  ya  yeni  kitab  oxumağa  dəvət  edirlərsə  və  o,  oyuncaqları  tərk  edərək,  bu  dəvətə 
h
əvəslə qatılırsa, demək onda oxumağa maraq hissi formalaşıb. Bu amil uşağın məktəbə 
hazırlığının bir göstəricisidir.   
 
T
əsviri fəaliyyət məşğələsinin nümunəsi 
 
Standart: 
3.1.3.  Müxtəlif  kəsmə  üsullarından  istifadə  edərək,  mövzular  və 
t
əsəvvürləri əsasında kompozisiyalar qurur. 
Mövzu: Göy qurşağı 
  M
əqsəd:    1.Göy qurşağının rənglərini sadalayır. 
2.  R
ənglərin  qarışığından  alınan  yeni  rənglərdən  istifadə  edərək  rəsmetmə  bacarıqları 
nümayiş etdirir. 
3. Müxtəli janrda olan təsviri əsərlərə münasibət bildirir.  
İnteqrasiya: 3.1. 2; 2.1.6; 2.1.3. 
İş forması:  fərdi, kollektiv 
İş üsulu: əqli hücum, sujetli-rollu oyunlar. 
Resurslar:r
əngli karandaşlar, sulu boya, rəngli kağız, qayçı, albom vərəqi, müxtəlif 
şəkillər, yapışqan, pambıq. 
 
M
əşğələnin gedişatı 
Motivasiya. 
Çoxlu rənglərin bir-birinə qarışdığı şəkil təqdim edilir.  Şəkildəki rənglər 
haqqında uşaqlara sual verilir: 

Hansı rəngləri görürük ? 

Bu rənglər sizə nəyi xatırladır? 

Göy qurşağı üzərində bu rənglərdən hansılar var? 
D
ərketmə. 

Gəlin baxaq göy qurşağının hansı rəngləri var.   Bu üç rəng (qırmızı, göy və sarı) 
təbiətin bizə verdiyi əsas rənglərdir.   

Bəs qalan rənglər hansılardır?  Gəlin verilmiş  nümunəyə uyğun rəngləri qataq 
və göy qurşağının digər rənglərini tapaq. (Uşaqlar qırmızı və sarı, qırmızı və göy, göy və 
sarı rəngləri bir-birinə qatırlar, mavi rəng almaq üçün göy rəngə su qatırlar) 
Uşaqlara suallarla müraciət edilir. 

Hansı rənglər alındı?   
- Bu r
əngləri harada görə bilərik?  

Göy  qurşağındakı  rənglərə  uygun  əşyaların  adlarını  çəkin  (Məs.,  qırmızı  alma, 
narıncı portagal, yaşıl xiyar və s.) 

 
 
37 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
T
ətbiqetmə. 
Bütün qrup iki hissəyə bölünür.  
H
ər qrupa boz karandaşla göy qurşağı konturları çəkilmiş  iri vatman verilir.    
I  qrup:   R
əngli kağız parçaları ilə  göy qurşağının içərisini bəzəyin. 
II  qrup: 
Göy  qurşağının  cızıqlarının  içərisinə  pambıq  yapışdırın.  Sonra  isə 
pambıqları göy qurşağı rənglərinə uygun boya ilə rəngləyin. 
Uşaqlara  bildirin  ki,  göy  qurşağında  rənglər  bir-birini  müəyyən  ardıcıllıqla  izləyir: 
qırmızı, narıncı, yaşıl, mavi, göy, bənövşəyi. 
Sonda  hamı  bir-birinin  işinə    baxır  və  məşğələ  uşaqlarla  birlikdə    ümumiləşdirilir    və 
yekunlaşdırılır. 
 
İnkişafetdirici və öyrədici mühit 
T
əlim  mühiti  uşaqların  təfəkkür,  sosial,  emosional,  fiziki  və  yaradıcı  inkişafına 
böyük təsir göstərir. Müəllimlər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici 
mühit yaradaraq  uşaqların müstəqil və qrup tədqiqatları, oyun, müxtəlif vasitələr və digər 
uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyirlər. Uşaqyönümlü 
inki
şafetdirici mühitdə müəllim uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və 
diqq
ətlə  yanaşır,  onları  məşğələlərin  planlaşdırılması  və  həyata  keçirilməsi  zamanı 
n
əzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkingən və passiv  uşaqlar isə 
t
əşəbbüs  göstərməyə  həvəsləndirilir.  Bunun  üçün  müəllim  “Sən  nə  ilə  məşğul  olmaq 
ist
əyərdin? ”, “Sən nə fikirləşirsən?”, “Çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi 
sual, t
əkliflərlə  uşaqları fəallaşdıra  bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət 
etm
ək  deyil,  fikir  yürütmək,  faktlar  axtarmaq,  səbəb-nəticə  əlaqələrini  soruşmaq,  izah 
etm
ək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti 
marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər. 
İnkişafetdirici mühitin psixoloji və sosial aspektləri bunlardır: 
• səmimi və mehriban mühit; 
• rəqabətlə müqayisədə daha çox əməkdaşlığın təşviqi; 
• dəstəkləyici və açıq ünsiyyətin formalaşmasına şərait; 
• yaradıcılıq imkanları; 
• fiziki zor tətbiq etmənin, qorxu və narahatçılığın aradan qaldırılması; 
• bərabər  imkanlar  və  demokratik  prosedurlar  yaratmaqla  qız  və  oğlanların 
hüquqlarının təmin edilməsi. 
İnkişafetdirici mühit həm də fiziki əşyalardan ibarətdir. 
Qrup otağında öyrədici mühitin təşkili üçün lazım olan material və vəsaitlər: 
M
əşğələlər 
Lazımi material və vasitələr 
Ətraf aləmlə tanışlıq   
coğrafi xəritə, qlobus, lupa, maqnit, dənli bitkilər
maket şəhər, ev və s.   
 Oyun f
əaliyyəti   
 
stolüstü oyunlar, oyuncaqlar, oyun maketləri, 
mulyajlar, insan v
ə heyvanların kiçik fiqurları  
Savad t
əlimi və nitq inkişafı   uşaq  ədəbiyyatı, rəsm reproduksiyaları, kəsilmiş 
v
ə maqnit əlifba, güzgü, qum və s. 

 
 
38 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Sad
ə riyazi təsəvvürlərin 
inki
şafı   
x
ətkeşlər, saatlar, həndəsi mozaikalar, müxtəlif 
fiqurlar, hesablama çubuqları, domino və s. 
Fiziki m
ədəniyyət  
h
ərəki oyunlar üçün oyuncaqlar (toplar, keqllər, 
ipl
ər, çənbərlər və s.)  
 
T
əsviri sənət  
quraşdırma üçün müxtəlif stolüstü dəstlər 
(plastmas, taxtadan, metaldan), müxtəlif formatda  
ağ, rəngli kağızlar, qrafika və rəsm materialları, 
fırçalar, boyalar, yapışqanlar və s.  
 
Musiqi   
uşaq musiqi alətləri (metallofon, ksilofon, təbillər, 
qaşıqlar, zurna, tütək və s.), musiqi mərkəzi, xalq, 
klassik v
ə uşaq mahnıları yazılmış  disklər  dəsti.  
 
Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin