Direktorun el kitabi A5 21 04 2021. indd


IV. MALİYYƏ-TƏSƏRRÜFAT SƏNƏDLƏRİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Direktorun el kitabi A5 21 04 2021

IV. MALİYYƏ-TƏSƏRRÜFAT SƏNƏDLƏRİ
Maliyyə-təsərrüfat sənədlərinə aiddir:
1. Məktəbin texniki pasportu
2. Əsas vəsaitlərin inventar siyahısı
3. Materialların anbar uçotu kitabı
4. Müəssisənin ehtiyacı üçün materialların verilməsi 
cədvəli
5. İstismarda olan ucuz qiymətli və tez işlənən əşyaların 
hərəkətinin operativ (miqdarca) uçotu cədvəli
6. Məktəbin kitabxana fondunun inventar kitabı.
Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizə-
sinə, onlardan düzgün istifadə olunmasına məsul şəxslər 
tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsər-
rüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi 


56
müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdir-
ləri, kitabxanaçılar və s.). Bundan əlavə, məktəbdə rayon 
(şəhər) təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud 
ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.
 1. MƏKTƏBİN TEXNİKİ PASPORTU
Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bü-
tün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın 
(su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qaz-
laşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası 
verilən əsas sənəddir.
Məktəbin pasportunun forması, habelə onun doldurul-
ması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi 
saxlanılır.
2. ƏSAS VƏSAİTLƏRİN İNVENTAR SİYAHISI
Əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ 
uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxs-
lərdə saxlanılır. İnventar siyahılarında uçot əsas fondların 
təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı 
və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat 
inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır. 
Daimi saxlanılır.
 3. MATERAİLARIN ANBAR UÇOTU KİTABI
Maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez iş-
lənən əşya və materialları göstərmək üçün istifadə olunur. 
Daimi saxlanılır.


57

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin