Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   24   25   26   27   28   29   30   31   ...   66
Direktorun el kitabi A5 21 04 2021

̶
 5 ̶
 MƏKTƏBDƏ TƏDRİSİN TƏŞKİLİ 
VƏ İDARƏ OLUNMASI
- Dr. Rza Məmmədov -
Elmləri öyrənərkən nümunələr qaydalardan daha faydalıdır. 
İsaak Nyuton
BÖLMƏNİN MƏQSƏDLƏRİ
Bu bölmənin məqsədi ümumtəhsil məktəblə-
rində təhsil prosesinin təşkilinə dair əhəmiyyət-
li məsələləri oxucuların nəzərinə çatdırmaqdır. 
Böl mənin sonunda oxucular: 
•Tədrisin təşkilində nəzərə alınmalı olan mü-
hüm məsələlərlə tanış olacaq,
•Daha qalıcı öyrənmə reallaşdıra bilmək üçün 
tədris prosesində lazımi dəyişiklikləri öyrənəcək,
•Tədrisin effektiv təşkili və idarə olunması üçün 
prin siplərlə tanış olacaqlar.
Açar sözlər: Tədris, tədrisin təşkili, tədrisin idarə 
olunması.


86
NÜMUNƏ HADİSƏ
SƏHVİMİZİN “EPİSENTRİ” HARADADIR?
2009-cu ildə qəbul edilmiş Təhsil Qa nu nu-
nun 19.17. maddəsində yazılır: “Tam orta təh sil 
səviyyəsində təhsilalanların istedad və qa 
bi-
liyyətinin reallaşdırılması, müstəqil həyata və 
peşə seçiminə hazırlanması, fəal vətəndaş möv-
qeyinin, milli və ümumbəşəri dəyərlərə, insan 
hüquqlarına və azadlıqlarına hörmət hissinin 
və tolerantlığın formalaşdırılması, müasir infor-
masiya-kommunikasiya texnologiyalarından və 
digər texniki vasitələrdən sərbəst istifadə etmə-
si, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici 
dillərdən birində, yaxud bir neçəsində ünsiyyət 
saxlaması təmin olunur”. 
Bu maddədə “tam orta təhsil səviyyəsində 
təhsilalanların istedad və qabiliyyətinin real-
laşdırılması” məsələsi vurğulanır. Ümumi təhsil 
məktəblərində şagirdlərin istedad və qabiliyyə-
tinin üzə çıxarılmasında müəyyən çətinliklər 
müşahidə olunur. Fikrimizcə, bunun səbəbini 
ümumi təhsil məktəbinin məzmununda ax-
tarmalıyıq. Bu məsələni aydınlaşdırmaq üçün 
belə bir sualı aktuallaşdıraq: orta məktəbin 
ikinci və üçüncü səviyyələri bir-birindən nə ilə 
fərqlənirlər? 


87
Əgər dərindən təhlil etsək, məlum olar ki, 
yalnız siniflərin nömrəsi ilə fərqlənirlər, yəni 
təhsilin ikinci mərhələsində V-IX sinif, üçüncü 
mərhələdə X-XI sinif şagirdləri təhsil alırlar. 
Onlara tədris edilən fənlərin əksəriyyəti ikinci 
mərhələdə başlayır, üçüncü mərhələdə yekun-
laşır. Halbuki, Azərbaycan Respublikasının Təhsil 
Qanununda hər bir mərhələnin - ibtidai təhsi-
lin (9.9-cu maddə), ümumi orta təhsilin (19.13-cü 
maddə) və tam orta təhsil səviyyəsinin (19.17.-ci 
maddə) məqsədləri bir-birindən köklü surət-
də fərqlənir. Bu onu göstərir ki, ümumi təhsilin 
ikinci və üçüncü səviyyələrində qarşıya qoyulan 
məqsədə müvafiq olaraq təhsilin məzmunu 
daha səmərəli müəyyənləşdirilməlidir. Əlbəttə, 
hamını belə bir sual maraqlandıra bilər: -Necə? 
Maraqlıdır ki, bu sualın cavabı Təhsil Qa-
nununun 19.19. - cu maddəsində göstərilir: “Tam 
orta təhsil səviyyəsində təhsilin təmayülləşdir-
ilməsi (humanitar, texniki, təbiət və digər) təmin 
olunur”.
Pedaqogika üzrə elmlər doktoru, professor

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin