Hikmət Əlizadə
88
GİRİŞ
Tədris prosesi mürəkkəb bir prosesdir və bir çox fərqli
və dəyişən amillərdən təsirlənir. Təhsilalanlarla, öyrənmə
metodu və tədris materialları ilə əlaqəli amillər tədrisin
təşkilində ən vacib amillərdir. Tədris prosesinin əvvəlində
təhsilalanların hazırlıq səviyyəsi, əvvəlki bilikləri, öyrənmə
sürəti, öyrənmə tərzi və anlama qabiliyyəti təyin edilməlidir.
Effektiv tədrisin təşkili üçün birinci olaraq təhsilalanın
əvvəlcədən yaşadığı təcrübələrə əsaslanaraq onun marağını
artırmaq, nailiyyət hissini ön plana çıxaracaq qarşılıqlı əla-
qə yə əhəmiyyət vermək və onu məktəbdəki iştirakı üçün
mərkəzə qoymaq vacibdir (Beydoğan, 2016). Başqa sözlə,
təd risin təşkilinə təsir göstərən amillərdən biri olan təh-
si lalanlarla əlaqəli amilləri bilmək təhsilalanların xüsu-
siyyətlərinə uyğun təhsil təcrübələrinin dizaynı və tədris
pro sesinin səmərəli idarə edilməsi baxımından xüsusi əhə-
miy yətə malikdir.
Tədrisdə vacib olan təkcə təhsilalanlara məlumat ötü-
rülməsi deyil, həm də onlarda araşdırma, tənqidi düşüncə
və problem həll etmə bacarıqlarının inkişafıdır. Bu baxım-
dan öyrənmə metodu, rəy, mövzunun quruluşu, öyrənməyə
ayrılan vaxt, aktiv iştirak kimi amillər əhəmiyyətli dərəcədə
təsir göstərir (Bacanlı, 2015). Belə ki, effektiv tədrisi təşkil
89
edərkən, təhsilalanların öyrənmə məsuliyyətlərini öz üzər-
lərinə götürmələrini və bunun üçün səy göstərmələrini
təmin edəcək uyğun metodlar, texnika və yanaşmalardan
istifadə edilməlidir. Təhsilalanların öyrənmə proseslərində
fəal iştirakının təmin edilməsi, təhsilalanlara səmərəli rəy
verilməsi, kifayət qədər vaxt ayrılması və məzmunun mövzu-
nun quruluşuna və təhsilalanların xüsusiyyətlərinə uyğun
şəkildə hazırlanması kimi məsələlər yaxşı planlaşdırma və
həyata keçirilməklə təmin olunur (Driscoll, 1994).
Tədris materialları ilə bağlı təlim prosesinə təsir edən
amillər çox müxtəlifdir. Bunlar ümumi olaraq qavrayış
fərqliliyi, semantik birləşmə və konseptual qruplaşdırma
olaraq ifadə edilir. Beləliklə, tədrisin təşkilində tədris ma-
teriallarının seçimində təhsilalanın inkişaf xüsusiyyətləri və
fənnin məzmun xüsusiyyətləri, habelə maddi xüsusiyyətləri
nəzərə alınmalıdır (Öztemel, 2016).
Yuxarıda deyilənlərə əsaslanaraq, tədrisin təşkili prosesi
maddi-texniki bazanı seçmə, metod və texnikanın mü əyyən-
ləşdirilməsi, sinif otağında oturma formasının tənzimlənmə-
si, hansı prosedurların nə vaxt ediləcəyinə qərar verilməsi,
təhsilalanların monitorinqi və qiymətləndirilməsi, inkişafa
nəzarət kimi proses və hərəkətləri əhatə edir. Tədrisin təşkili
prosesində fərqli tədris strategiyaları, metod və üsulların-
dan istifadə olunur. Tədris metodları tədris strategiyaları
ilə uyğun şəkildə istifadə olunur. Hər bir strategiya tədris
metodlarının istifadəsi üçün lazımi çərçivə yaratsa da, is-
tifadə olunan tədris metodları və üsulları bu strategiyanı
təşkil prosesində canlandırır. Təlim strategiyaları daxilində
90
tətbiq olunan öyrənmə təcrübələri, təhsilalanların mövcud
mənbələrdən məlumatları tapmalarını, təhlil etmələrini,
qiymətləndirmələrini, sintez etmələrini, şərh etmələrini və
anlamalarını asanlaşdırır və yeni məlumatları ilkin məlu-
matlarla əlaqələndirir. Metod tədris və təlim fəaliyyəti-
nin müəyyən üsulları və alətləri seçərək bir plana uyğun
şəkildə təşkil edilməsini nəzərdə tutur (Fidan, 2014). Digər
tərəfdən tədris texnikaları tədris metodunu tətbiqetmə
yolu və ya sinifdaxili praktikanın bütünü kimi ifadə edilir
(Demirel, 2004).
Öyrənmə və öyrətmə nəzəriyyələrinə əsaslanan müxtəlif
modellər və yanaşmalar vardır. Tədris prosesinin daha
effektiv təcrübəyə çevrilməsində fərqli xüsusiyyətlərə və
dəyişkənlərə əsaslanan bu nəzəriyyələrdən, modellərdən və
yanaşmalardan bəzi əsas və ümumi təlim-tədris prinsipləri
formalaşdırılmışdır. Məktəb direktorları effektiv bir təd-
risi təşkil edərkən, bu nəzəriyyə və modellərdən və müx-
təlif prinsiplərdən istifadə edərək hədəf davranışlarını təh-
silalanlara ən yüksək səviyyədə çatdırmaq üçün lazımi
tənzimləmələri və tədbirləri görürlər. Effektiv bir tədrisin
təşkilinə məktəb direktorlarının düşünməli olduqları əsas
prinsiplər belədir:
• Təhsilalan prinsipi;
• Aktuallıq prinsipi;
• Məqsəd üçün uyğunluq prinsipi;
• Fəaliyyət prinsipi (edərək və yaşayaraq öyrənmək);
• Yaxından uzağa prinsipi;
91
• Sadədən mürəkkəbə (asandan çətinə) prinsipi;
• Bilinəndən bilinməyənə prinsipi;
• Bütünlük prinsipi;
• Obyektivlik və açıqlıq prinsipi;
• Ünsiyyətlilik prinsipi;
• Mücərrəddən konkretə prinsipi;
• Qənaət (iqtisadiyyat) prinsipi.
Bir məktəbdə tədrisin təşkili və onun idarə olunması yu-
xarıda ifadə edilən prinsiplər nəzərə alınaraq təşkil edilmə-
lidir. Belə ki, təhsilalan tədrisin mərkəzində yer almalıdır.
Çünki məktəbin var olmasının səbəbi təhsilalanın bilik və
bacarıqlarının formalaşdırılmasıdır. Tədris aktuallıq əsa-
sında təşkil olunmalı, ölkənin iqtisadi və sosial tələblərinə
uyğun olmalıdır. Tədrisin təşkilində təhsilalanlar da fikir və
davranışları ilə rol almalıdır. Metod və mövzuların seçimi
asandan, bilinəndən çətinə bir bütünlük halında olmalı,
qarşılıqlı ünsiyyət və hər bir təhsilalanın fərdi və yaş xüsu-
siyyətlərinə uyğun öyrənmələrinə imkan yaradacaq şəkildə
təşkil edilərək idarə olunmalıdır.
Dostları ilə paylaş: |