MƏKTƏB LİDERLİYİ VƏ MƏKTƏB DİREKTORUNUN
LİDERLİK ROLLARI
XXI əsrin 20-ci illərini yaşadığımız indiki zamanda
məktəb sisteminin mürəkkəbləşərək transformasiyaya uğ-
radığı görünür. Kurikulum və qiymətləndirmədəki dəyişik-
liklər, bir-birindən fərqli müxtəlif tədris üsullarının istifa-
dəsi, təhsildə tətbiq olunan texnoloji yeniliklər, monitorinq
ilə əlaqəli dəyişikliklər və s. məktəblərin yenidən qurul-
ması zərurətini ortaya qoyur. Sadalanan dəyişikliklər təbii
ki, məktəb idarəçilərinin də dəyişiklik və transformasiyaya
uyğun olaraq təkmilləşmələrini tələb edir. Məktəb idarə-
çiləri məktəbin idarə olunması işindən birbaşa məsul olan
şəxslərdir. Xüsusilə, son illərdə beynəlxalq ədəbiyyatlarda
idarəçilik anlayışı ilə bağlı bir dəyişikliyin olduğunu qeyd
etmək mümkündür. Bu dəyişiklik “idarəçi” yerinə “lider”
ifadəsinin istifadə olunması ilə əlaqəlidir. İdarəçi anlayışının
yerinə lider anlayışına üstünlük verildiyi və beləliklə də təh-
sil idarəçiliyindən təhsil liderliyinə doğru bir tendensiyanın
yarandığı ifadə edilə bilər. Qloballaşma ilə bağlı baş verən
dəyişikliklər və yeniliklər məktəb direktorlarının rəhbərlik
etdiyi qurumların sadəcə idarəçisi deyil, eyni zamanda lideri
olmasını zəruri edir.
Məktəb liderliyi qarşıya qoyulmuş məqsədlərin reallaş-
dırılmasına fürsət tanıyan və yön verən bir proses olaraq
qiymətləndirilir. Müvəffəqiyyətli liderlər məktəbləri üçün
daima fərdi və peşə dəyərlərinə əsaslanan bir baxış yaradır.
Eyni zamanda yaratdığı bu baxışa da mümkün olan hər
fürsətdə qeyd edir və paylaşmaq üçün həm işçiləri, həm də
digər maraqlı tərəflərə təsir etməyə səy göstərir. Məktəbin
76
strukturu, fəaliyyətləri və fəlsəfəsi bu baxışa nail olmaq is-
tiqamətində qurulur (Bush & Glover, 2014).
Ümumiyyətlə, maddi və insan resurslarının məktəbin
qarşısına qoyduğu məqsədlərə uyğun olaraq səmərəli isti-
fadə olunmasında idarəçinin bilik və bacarıqları ilə yanaşı,
liderlik xüsusiyyəti də vacibdir. Məktəb direktoru rəhbərlik
etdiyi qurumda təkcə idarəçi deyil, həm də bir lider ola-
raq fəaliyyət göstərməlidir. Bunun reallaşa bilməsi üçün
isə məktəb direktorundan müəyyən liderlik rollarını icra
etməsi gözlənilir. Son illərdə, xüsusilə inkişaf etmiş ölkələr-
də, yeni əsrin məktəblərini idarə edə biləcək direktorlar
üçün ehtiyac duyulan rolları müəyyən etmək məqsədi ilə
fərqli tədqiqatlar aparılmışdır. Məktəb direktorunun bir
təhsil lideri olaraq hansı rolları icra etməli olması haqqında
beynəlxalq ədəbiyyatlarda hər kəs tərəfindən qəbul edil-
miş təməl bir təsnifat yoxdur. Lakin ədəbiyyatlarda ən çox
tədqiq olunan və haqqında genişmiqyaslı müzakirələr apa-
rılan liderliklə əlaqəli rolları aşağıdakı kimi təsnif etmək
mümkündür:
məktəb direktorunun uzaqgörən liderliyi, məktəb
direktorunun təlimat liderliyi və məktəb direktorunun transfor-
mativ liderliyi.
Uzaqgörən liderlər olaraq adlandırılan liderlər insanlara
təsir edə bilən və hərəkətə keçirəcək hədəflər yarada bilən
və bunu ötürə bilmək bacarığına sahib olan şəxslərdir (Er-
doğan, 2002: 48). Uzaqgörən bir lider kimi məktəb direk-
toru məktəbin gələcəyi ilə əlaqəli görüşə sahib olmalı, uzaq-
görənliyi sayəsində məktəblə əlaqəli müsbət fikir yaradaraq
rəhbərlik etdiyi məktəbdəki müəllimlərə və digər perso-
77
nala təsir edə bilməlidir. Eyni zamanda, yaratdığı hədəflə-
rini digər işçilərlə paylaşaraq məktəbin gələcəyi haqqında
onlarda fikir yarada bilər. Qeyd etmək lazımdır ki, aparı-
lan tədqiqatların nəticələri hədəfin məktəbdəki pedaqoji
kollektiv və digər personal arasında entuziazm və bağlılıq
yaratdığını, məktəbin gələcəyinin təsvir edilməsinə şərait
yaratdığını, həm məktəb direktoruna, həm də müəllim və
digər personala müsbət enerji vediyini göstərmişdir (Er-
doğan, 2002). Bu baxımdan məktəb direktorundan uzaq-
görən liderlik bacarıqlarına sahib olması gözlənilir. Uzaq-
görən liderlik bacarığına sahib olan direktorun rəhbərlik
etdiyi pedaqoji kollektivin və digər personalların işlədikləri
məktəbə qarşı müsbət fikir bəslədiyi, onlarda müsbət ener-
jinin olacağı təxmin edilir.
Məktəb direktorundan həm də təlimat liderliyi xüsusiy-
yətlərini özündə ehtiva etməsi gözlənilir. Təlimat liderliyi
direktorun məktəbin qarşısına qoyduğu nəticələrə nail ola
bilməsi üçün həm özünün məsul olduğu, həm də digərlə-
rinə təsir edərək onların vasitəsilə ilə tapşırıqların yerinə
yetirməlisini təmin edən davranışlarla əlaqəlidir. Ümu-
miyyətlə, məktəbin əsas funksiyalarından biri hamı üçün
öyrənməni həyata keçirməkdir. Bu baxımdan məktəblə-
rin sadəcə şagirdlər deyil, eyni zamanda müəllimlər, digər
personal, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün bir
öyrənmə mərkəzi olması gözlənilir. Bu səbəbdən bir təhsil
lideri olaraq məktəb direktoru təhsil təşkilatında öyrənmə
prosesinin həyata keçirilməsini təmin etmək üçün lazımi
resursları təmin edən, müvafiq şərait yaradan və prosesi
asanlaşdırmağa səy göstərən şəxs olmalıdır (Şişman, 2002).
78
Təlimat liderliyi məktəb direktorunun ən əsas və vacib və-
zifələrindən biri olmalıdır. Çünki bu liderlik tərzində əsas
fokus nöqtəsi məktəbdəki öyrənmə və öyrətmə proseslə-
ridir. Məktəb direktoru bir təlimat lideri olaraq vəzifənin
tələb etdiyi tapşırıqlardan əlavə məktəbdə öyrənmə və öy-
rətmə fəaliyyətlərində bilavasitə iştirak etməli və həm öy-
rənməni, həm də öyrətmə fəaliyyətlərini məktəbin birinci
dərəcəli prioritetinə çevirməlidir.
Uzaqgörən liderlik və təlimat liderliyindən başqa, mək-
təb direktorundan həm də transformativ liderlərə xas
olan xüsusiyyətlərə malik olması gözlənilir. Transforma-
tiv liderlik əsasən işçilərə bir hədəf qazandıran və hədəfə
töhfə verə bilmələri üçün əlavə missiyalar verən bir liderlik
tərzidir (Eren 2001). Bu liderlik tərzi xüsusilə dəyişiklik,
qeyri-müəyyənlik kimi vəziyyətlərdə effektiv bir liderlik
tərzi olaraq qəbul edilir (Nemanich & Keller, 2007: 50).
Transformativ liderlərə xas olan xüsusiyyətlərlə əlaqəli ədə-
biyyatlardakı fikirlər bir-birindən fərqlənir. Əsas olaraq,
transformativ liderlərin hədəf və missiyaları ilə xarizma-
tik xüsusiyyətlərə malik olduqları qeyd edilir. Həmçinin,
transformativ liderlər işçilərə yüksək gözləntilərlə ilham
verirlər. Bu tip liderlər həm də araşdırmaçı, problemləri
həll etməyi bacaran və yaradıcıdırlar. Transformativ lider-
lər işçilərinə dəstək verirlər (Bass, 1985; Collet & Furham,
1995). Sadalananlardan da göründüyü kimi transformativ
liderlər əsasən dəyişiklik etmək üçün həvəsli olan və dəyi-
şikliklərin reallaşmasını həyata keçirən, izləyənlərinə ilham
verən liderlər olaraq qəbul edilirlər. Bu baxımdan məktəb
direktorlarından da transformativ liderlik xüsusiyyətlərinə
79
sahib olması gözlənilir. Məktəb direktorları daima yeni-
likləri öyrənməyə və tətbiq etməyə çalışmalı, dəyişiklik-
lərin əhəmiyyətini məktəb personalı ilə paylaşmalıdırlar.
Transformativ liderliyin əsas xüsusiyyətlərindən biri olaraq
qiymətləndirilən qeyri-müəyyənlik mühitində effektiv bir
liderlik tərzi olması fikrinə əsasən, qloballaşan dünyada baş
verən sürətli və müxtəlif dəyişikliklər qarşısında yaranan
mürəkkəb situasiyalarda bu liderliyin effektiv olacağı təx-
min edilir. Ona görə də məktəb direktorlarının bu liderlik
tərzini mənimsəmələri və tətbiq etmələrinin olduqca böyük
əhəmiyyət kəsb etməsi qeyd oluna bilər.
Dostları ilə paylaş: |