Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 67 MÖVZU 27 Azərbaycan SSR İkinci Dünya Müharibəsi illərində Şimali Azərbaycan müharibə edən dövlətlərin planında 1939-cu il sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. İngiltərə və Fransanın Almaniyaya
müharibə elan etməsi ilə İkinci dünya müharibəsi başlandı. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə
hücum etdi. ―Barbarossa‖ planına görə alman ordusu ildırım sürəti ilə Sovet ordusuna ağır zərbələr
endirməli, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi.
Azərbaycan özünün sərvətləri Qərb və Şərq arasındakı əlverişli coğrafi mövqeyinə görə
Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Almaniya Bakı neftindən istifadə etməklə bütün
Şərqi istila edəcəyinə ümid edirdi.
Rozenberqin Qafqazın idarə olunması planına görə ilk vaxtlar Azərbaycanda Komissarlıq
adlanan idarə forması yaradılmalı və o iqamətgahı Tiflisdə yerləşməsi nəzərdə tutulan Qafqaz
reyxskomissarlığına tabe olmalı idi.
SSRİ üzərində qələbədən sonra Almaniya türk xalqları ərazilərində Böyük Türküstan dövlətinin
yaradılmasını planlaşdırdı. Azərbaycan da şimallı-cənublu bu dövlətin tərkibinə daxil edilməli idi.
Bakı zəbt edildikdən sonra sonra neftin hasil edilməsi emalı və daşınması hələ 1941-ci ilin
martında Almaniyanın Kontinental neft cəmiyyətinə tapşırılmışdı. Azərbaycandakı iri sənaye
müəssisələrinə almanlar rəhbər təyin edilməli idi. Hitler Bakını aldıqdan sonra onu hərbi məntəqəyə
çevirmək haqqında şəxsən tapşırıq vermişdi.
İkinci dünya müharibəsi illərində Almaniyanın Qafqaza hücum planı Edevels adlanırdı. Bu plana
görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. SSRİ-nin müttəfiqləri olan ABŞ və İngiltərənin isə
Qafqazla bağlı Vilvet planı var idi. Bu plana görə Sovet ordusu Qafqazdan çıxardılıb Stalinqrada
aparılmalı Qafqazda isə almanlara qarşı ingilis-amerikan qüvvələri vuruşmalı idi. Onlar bu üsulla
Qafqazı xüxusilə Azərbaycanı SSRİ-dən ayırmaq istəyirdilər.
Azərbaycanlılara etibar etməyən sovet rəhbərliyi Azərbaycan əhalisini zorla Mərkəzi Asiyaya və
Qazaxıstana köçürmək istəyirdi. Lakin sovet ordusunun Stalinqrad və Qafqaz uğrundakı döyüşlərdə
qələbə qazanması və M.C Bağırov gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşındıra bildi.