Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
64
İnzibati-amirlik sisteminin bərqərar olması və kütləvi repsesiyalar
Sovet rejimi yarandığı vaxtdan diktatura tipli idarə sistemi idi. Təsadüfi deyil ki, onu proletar
diktaturası adlandırırdılar.
1930-cu illərin ortalarınadək Azərbaycanda partiya rəhbərlərinə tez-tez
bir-birini əvəz edən
digər millətlərin nümayəndələri (S.M.Kirov, L.Mirzoyan, N.Giqalo, V.Polanski, R.Ruben) təyin
olunurdular. 1934-cü ilin yanvarından Azərbaycan Kommunist Partiyasına Mir Cəfər Bağırov başçılıq
etməyə başladı və 1953-cü ilədək partiya rəhbərliyindən sabitlik bərqərar oldu. Beləliklə, kommunist
partiyasının diktatorluğu şəraitində Azərbaycanda da inzibati-amirlik sistemi formalaşdı.
1920-ci illərin ortalarından başlanan sosialistcəsinə yenidənqurmaların başlıca nəticəsi olaraq
Azərbaycanda da Stalin modelli totalitar sosailizm cəmiyyəti quruldu.
Sosialistcəsinə yenidənqurmaların ən başlıca siyasi nəticəsi
sərt mərkəzləşdirilmiş, avtoritar
dövlətin bərqərar olması, Kommunist partiyasının diktaturasının yaradılması oldu. Bütün bunlar 1936-
ci il dekabrın 5-də qəbul olunmuş SSRİ-nin yeni Konstitusiyasında təsbit olundu. Bu konstitusiyaya
görə Azərbaycanın da daxil olduğu ZSFSR ləğv olundu. Azərbaycan birbaşa SSRİ-nin tərkibinə daxil
edildi. Həmin Konstitusiya əsasında 1937-ci il martın 10-da Azərbaycan SSR-in də yeni Konstitusiya
qəbul edildi.
Bütün ölkədə, o cümlədən Azərbaycanda avtoritar rejim açıqfikirli, istedadlı, qabaqcıl
ziyalılara, partiya və dövlət xadimlərinə qarşı kütləvi represiayalar başladı.
Represiya illərində
Azərbaycanın 51 rayonunda 31-nin Xalq Daxili Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. 1937-
ci ildə Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. 1937-ci ildə R.Axundov,
Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bunyadzadə kimi partiya xadimləri
güllələndilər. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min ―xalq düşməni‖ güllələndi. 1937-1939-cu
illərdə Azərbaycannın minlərlə ziyalısı, o cümlədən H.Cavid, M.Müşfiq, Əli Nəzmi,
Əhməd Cavad,
T.Şahbazi, S.Mumtaz, S.Hüseyn, B.Talıblı, Ə.Razi və b. xarici dövlətlərə casusluqda və ―panturkizm‖
də günahlandırılaraq represiya qurbanları oldular.
1938-1940-cı illərdə Azərbaycan üçün çox dəhşətli nəticələrə gətirib çıxaran hadisələrdən biri
də vaxtilə bir tikə çörək dalınca Cənibu Azərbaycandan baş götürüb şimala gələn soydaşlarımızın zorla
geri qaytarılması oldu. Geri qayıdanlar İranda da yaxşı qarşılanmadılar.
Siyası müraciət 1920-1930-cu illər tariximizdə mühüm yer tutur. Siyası mühacirlər o şəxslər
idilər ki, onlar Azərbaycandan 1920-ci ilin aprel işğalından sonra, kollektivləşmə illərində və 1937-
1940-cı illərdə çıxıb getmişdilər. Həmin insanlar Türkiyə İran, Fransa, Polşa, Almaniya və digər
Avropa ölkələrində məskunlaşmışdılar. Azərbaycan Cumhuriyyətinin liderləri (F.Xoyski, Mustafa
Vəkilov,
Şəfi bəy Rüstəmbəyli, Nağı Şeyxzamanlı) qonşu Gürcüstana getmişdilər. F.Xoyskini və
H.Ağayevi Tiflisdə ermənilər öldürdülər.
Ə.Topçobaşov, M.Mehdiyev, C.Hacıbəyli, M.Məhərrəmov, Ə.Şeyxülislamov, Ataməlibəyov
Avropada qalmışdılar. İkinci dünya müharibəsi başlanana qədər Azərbaycandan kənarda 50 min siyasi
mühacir yaşayırdı. M.Ə.Rəsulzadənin 1922-ci ildə Türkiyəyə gəlməsinin böyük əhəmiyyəti oldu.
Bundan sonra Azərbaycan siyasi mühacirətinin təşkilatlanması və fəaliyyəti gücləndi. 1923-cü ildə
Türkiyədə M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Müsavat Partiyasının Xarici bürosu yaradıldı.
M.Ə.Rəsulzadə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzini yaratdı.
Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərmək məqsədi ilə 1924-cü ildə Azərbaycan İstiqlal
Komitəsini yaratdılar.
Dostları ilə paylaş: