Azərbaycan SSR yeni iqtisadi siyasət şəraitində Rusiyada 1918-ci ildən həyata keçirilən hərbi kommunizmi siyasəti 1920-ci ilin yayından
Azərbaycanda da tətbiq olunmağa başladı. Avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl
ticarətinin inhisara alınması haqqında fərman verdi. Sentyabr ayında isə Azərbaycanda ərzaq sapalağı
tətəbiq olundu. Kartoçka sistemi (ərzaq payı verilməsi) yaradıldı. Azərbaycanda saxlanan sovet ordu
hissəllərinin ərzaqla təmin edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırırdı. Ona görə hökümət Quba və
Cavad qəzalarını çıxmaqla qalan bölgələrdə taxıl tədarükünü dayandırdı.
Azərbaycan kəndlilərinin vəziyyətinin ağırlaşmasına gətirib çıxaran hərbi kommunizm siyasəti
uğursuzluqla nəticələndi.
1922-ci ilin yazından etibarən çanaq vergisi ərzaq vergisi ilə əvəz olundu. Beləliklə, əməli
olaraq yeni iqtisadi siyasətə (YİS) keçildi. Yeni iqtisadi siyasətin tətbiqi nəticəsində kənd təsərrüfatı,
sənaye, ticarət inkişaf etdi, maliyyə böhranı aradan qalxdı, bazar iqtisadiyyatının inkişafına imkan
yarandı, şəhərdə kənd arasında əlaqələr genişləndi və kənddə sahibkarlıq inkişaf etdi.
Yeni iqtisadi siyasət dövründə xüsusi diqqət yetirilən sahə neft sənayesi idi. ―Azərneft‖ ABŞ-ın
―Standart-Oyl‖ şirkəti ilə texniki avadanlıq və s. məhsullar almaq məqsədilə müqavilə bağladı.
Yeni iqtisadi siyasət illərində Balaxanı-Sabunçu rayonlarında yeni neft yataqlarının kəşf
edilməsi.
1925-ci ildə Bakıda və Tovuzda sement zavodu, Gədəbəydə misəritmə zavodları işə salındı,
Şərur və Yevlaxda yeni pambıq təmizləmə zavodları tikildi. Şəkidə, Ordubadda, Dağlıq Qarabağda
barama açan fabriklər, Gəncədə mahud fabriki işə salındı.
YİS şəraitində kənd təsərrüfatında da mühüm dəyişikliklər baş verdi.