Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 61 Sovet Rusiyasna ilk meyl edən Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir.
Çoxmilyonlu xalqın hüquq hissələri zarafat etmək olmaz.
Mən qəti bildirirəm: Əgər bizim fikirlərimizə əhəmiyyət verməsəniz biz geri çağırılmağımız
haqqında məsələ qaldıracağıq.
Mən sizin diqqətinizə çatdırmaq istəyirəmki, əgər mərkəz qısa müddətdə daşnak
kommunistlərinin iyrənciliyinə son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir.
Bu sətirlər bolşevik ideyalarının toruna dümüş Azərbaycan rəhbərinin fəryadı idi. Lakin istefa
vermək imkanı olmayan N.Nərimaov Moskvanı Şərqin ondan üz döndərməsi ilə hədələsə də, heç bir
nəticə əldə edə bilmədi.
1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK (b) MK-nın rəyini nəzərə alaraq
aşağıdakı qərarı qəbul etdi:
―Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi
əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati
mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət verilsin‖. 1921-ci il sentyabr
ayında AK(b)MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa
geniş vilayət Muxtariyyəti verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən
qətnamə qəbul etdi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi
qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyətinin verilməsi məqsədəuyğun hesab
edilməsin. Lakin respublikanın bu məsələdə fikri mərkəz üçün həlledici deyildi. PK(b)PMK-nın
Zaqafqaziya ölkə komistəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin
təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyətinin
verilməsi barədə AK(b)MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan
MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSRin tərkibində Xankəndi olmaq şərti ilə ―Dağlq Qarabağ
Muxtar Vilayətinin yaradılması haqqında‖ dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli
fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni ola Şaumyanın şərəfinə
Stepanaket adını verdilər (1991-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və
yaşayış məntəqəsinə əvvəlki adı verildi).
Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfindən bu
torpaqların ermənilərə məxsus olmasının qismən də olan etirafı idi. Bu isə Ermənistana və onun
himayədarlarına gələcək siyasi oyunlar üçün bir ―əlyeri‖ qoymaq idi. Əslində elə belə də oldu.
Sovetlər İmperiyasının yaranmasında istifadə edilən Qarabağ oyunundan bu imperyanın
dağılması ərəfəsində və sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi qüvvələrinin
köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin əvvəlində Dağlıq Qarabağdakı azərbaycanlıları
yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və
Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20% torpağını işğal etdi və bir milyon insan
öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük
dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı ―mərkli niyyətlərini‖ həyata
keçirilməsi üçün yaralanmağa çalışırlar.