Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 59 Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağa, Naxcıvana, Zəngəzura və b. bölgələrə
erməni təcavüzü davam edirdi.
Əslində Azərbaycan Sovet Rusiyası tərəfindən hərraca çıxarılmışdı. 1920-ci il avqustun 18-də
Şuşada Zəngəzur qəza və sahə İnqilab Komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ
nümayəndələrinin qurultayı keçirildi. Bu qurultayda sovetlərin təkidi və təklifi ilə gələcəkdə
ermənilərin bu torpaqları daha asan yolla ələ keçirə bilmələri üçün Zəngəzur iki hissəyə-Bərgüşad
(Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) qoyuldu. Bununla da Sovet Rusiyası Ermənistan və
Azərbaycan arasında mübahisəli məsələrinin həllindən Azərbaycanı kənarlaşdırdı, onu təmsil etməyi
öz üzərinə götürdü. Sovet Rusiya ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi lahiyəsi
hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi
planlaşdırılmışdı.
1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin mürəkkəbliyindən istifadə edən
Ermənistan hökuməti təcavüzü gücləndiridi. İyulun axırlarında erməni hərbi hissələri Zəngibasarı
dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması
ermənilərin qabağında sipər oldu. İyunun 6-da XI Ordu hissələri Zəngəzur istiqamətində hücuma
keçən erməni qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları-avqustanun əvvəllərində Ermistanda
məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi altında Ermənistan qoşunları Zəngəzura yenidən
hücum etdi və Zəngəzurun böyük bir hissəsini zəbt etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar
işğalçı XI Orduda elə hiddət yaratmışdı ki , onlar ermənilərin Azərbaycan sərhəddinə təcavüzünə və
onların törətdiyi cinayətlərə biganə qalırdı. Səbəb də məlum idi. Ermənilər tərəfindən azərbaycanlılar
nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti bir o qədər artardı. Həmçinin Sovet Rusiyasını
o torpaqların hansı millətin əlində olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq maraqlandırıdı.
Məlumdur ki, Azərbaycandan sonra Rusiyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi. 1920-ci il
noyabrın 29-da Ermənistanda ―inqilab‖ baş verdi. Noyabrın 30-da AK( b ) P MK-nın siyasi və təşkilat
bürolarının birgə iclası keçirildi. İclasda Q.Orconikidze, Sarkis, Y.Stasova, Q.Katipski və b. iştirak
edirdilər. Məhz onların təzyiqi ilə Azərbaycanın əleyhinə olan qərar qəbul edildi. N.Nərimanova
xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda deyilird : ―Zəngəzur və Naxçıvan qəzalarının ərazisi
Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını
təyin etmək hüququ verilir. Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet
Azərbaycanın qoşunları isə buradan çıxarılır‖.
Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin və Naxçıvanın işğalı ilə
razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını
təyin etmək hüququ verirdi.
1920-ci il dekabrın 1-də elan olunmuş belə bir məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan
ermənilərin işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının iştahası daha böyük idi.
Qarabağın dağlıq hissəsi və Naxcıvan məsələsi gündəlikdə qalırdı.
Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz çıxışları baş verdi. Ermənistanın
nümayəndələri diyara buraxılmadı. B.Vəlibəyov dekabrın 24-də Yerevana çağrıldı, həm də Ermənistan
İnqilab Komitəsi tərəfindən Naxçıvanda Fövqəladə Komissar təyin edildi. Ancaq xalq onun gəldiyi
vaqonu Şahtaxtı stansiyasında qatardan açaraq Naxçıvana buraxmadı. Dekabrın 28-də Ermənistan
İnqilab Komitəsi Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıdı. 1921-ci ilin əvvəllərində burada
RSFSR, Azərbaycan və Ermənistan nümayəndələrinin iştiraki ilə əhalinin rəy sorğusu keçirildi.
Naxçıvan camaatının 90 %-i Azərbaycanın tərkibində qalmaq arzusunu bildirdi. 1921-ci ilin
yanvarında Naxçıvan statusu 1921-ci il martın 16-da Naxçıvan RSFSR və Türkiyə arasında
imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycanın
tərkibində qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərilirdi ki, bu
topağı üçüncü dövlətlə güzəştə getmək olmaz, əks təqdirdə onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt
edilə bilər. Aprel ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə İnqilab Komitəsi
1921-ci il sentyabrın 10-da səlahiyyətlərini Naxçıvan MSK və XSK-nə verdi. 1921-ci il sentyabrın 13-
də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o bir tərəfdən Azərbaycan, Gürcüstan və
Ermənistan respublikaları birlikdə ( Moskva onların hər birinin ayrılıqda müqavilə bağlanasına icazə
verməzdi) dostluq haqqında müqavilə imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunur ki,