ETİK DAVRANIŞ QAYDALARININ TƏLƏBLƏRİNƏ UYĞUNLUQ ÜZRƏ MƏSUL ŞƏXSİN VƏZİFƏLƏRİ 15
DİGƏR VƏZİFƏLƏR 16
ETİK DAVRANIŞ QAYDALARI MƏCƏLLƏSİNƏ ƏMƏL ETMƏMƏK 16
A.ETİK DAVRANIŞ QAYDALARI ÜZRƏ KOMİTƏ 16
B.ETİK DAVRANIŞ QAYDALARI ÜZRƏ İŞ PRİNSİPLƏRİ 17
BİZNES ETİKASI MƏCƏLLƏMİZ
A. Dürüstlük Dürüstlük və vicdanlılıq prinsipi bütün biznes prosesləri və qarşılıqlı fəaliyyətlərimizin əsas prinsipləridir. Biz işçilərimiz və maraqlı tərəflərlə olan bütün münasibətlərimizdə dürüst və vicdanla davranırıq.
B. Məxfilik Şəxsi və məxfi məlumatlara NORM rəqabət baxımından əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnə bilən məlumatlar, kommersiya sirləri, ictimaiyyətə açıq maliyyə və digər növ məlumatlar, işçiyə aid şəxsi məlumatlar və üçüncü tərəflərlə aktlaşdırılmış “məxfilik razılaşmaları” çərçivəsində verilən məlumatlar aiddir.
Biz, NORM işçiləri olaraq, müştərilərimiz, işçilərimiz və digər əlaqəli şəxslərin və şirkətlərin sirlərinin və onların məlumatlarının məxfiliyini qorumaq işinə böyük əhəmiyyət veririk. NORM fəaliyyətləri ilə bağlı məxfi məlumatları qoruyur, bunlardan yalnız NORM-un məqsədləri üçün istifadə edir və yalnız aidiyyəti olan səlahiyyətli tərəflərlə paylaşırıq.
Biz, NORM şirkətinə məxsus məxfi məlumatların açıqlanması yolu ilə gizli sövdələşmələr həyata keçirmək və yaxud hər hansı maliyyə və ya kommersiya marağı əldə etməyi sərt şəkildə qadağan edirik. Şirkətdəki fəaliyyətimiz başa çatdıqdan sonra vəzifə borcumuzun icrasından dolayı bizə həvalə olunan məxfi sənədləri, layihələri, normativ hüquqi-aktları və s. özümüzlə aparmırıq.
C. Maraqların toqquşması NORM MMC şirkətinin işçiləri olaraq, maraqların toqquşmasına gətirib çıxaran vəziyyət və münasibətlərə yol verməmək üçün üzərimizə məsuliyyət götürürük. Biz, biznes münasibətləri qurduğumuz şəxslər və şirkətlərdən şəxsən yaxud ailə üzvlərimiz və qohumlarımız vasitəsilə hər hansı mənfəət əldə etmək üçün hazırki mövqeyimizdən istifadə etmirik. Biz, NORM şirkətinin fəaliyyətləri xaricində maraqların toqquşması ilə nəticələnən yaxud nəticələnə biləcək şəxsi maddi mənfəət güdməyə yönəlmiş hər hansı biznes fəaliyyəti ilə məşğul olmuruq. Biz, şəxsi mənfəət naminə NORM şirkətinin adı və gücü, NORM nüfuzundan istifadə etmirik.
Maraqların toqquşmasının mümkünlüyü halında, biz, müvafiq tərəflərin maraqlarının hüquqi və etik qaydada zərərə yol vermədən qoruna biləcəyinə inandıqda, bu metodları qəbul edirik. Tərəddüd etdikdə isə, rəhbərliklə, İnsan Resursları Şöbəsi və yaxud Etik Davranış Qaydaları üzrə Komitə ilə məsləhətləşirik.