Norm Sement Zavodu – Norm mmc norm mmc-nin Biznes Etikası Məcəlləsi


ETİK DAVRANIŞ QAYDALARINA MÜVAFİQLİK ÜZRƏ MƏSUL ŞƏXS



Yüklə 220,5 Kb.
səhifə14/15
tarix04.12.2022
ölçüsü220,5 Kb.
#72266
1   ...   7   8   9   10   11   12   13   14   15
Etika Məcəlləsi(1)

ETİK DAVRANIŞ QAYDALARINA MÜVAFİQLİK ÜZRƏ MƏSUL ŞƏXS

  • Etik Davranış Qaydaları Məcəlləsi ilə bağli şirkətin işçiləri tərəfindən verilən suallar və qaldırılan məsələlərdə onlara istiqamət, məsləhət və dəstək vermək;

  • Çalışdığı şirkətdə baş verən və məlumatlı olduğu hər hansı etik davranış pozuntusunun həllinə dəstək təmin etmək;

  • Şirkət daxilində həlli mümkün olmayan istənilən şikayət yaxud bildirişi Etik Davranış Qaydaları üzrə Komitəyə ünvanlamaq;

  • Məlumatl olduğu bütün şikayətlər və bildirişlər barədə Etik Davranış Qaydaları üzrə Komitəyə məruzə etmək;

  • Etik Davranış Qaydaları üzrə Komitə tərəfindən aparılan hər hansı araşdırmada əlaqə şəxsi kimi çıxış etmək və araşdırma zamanı lazımi dəstək göstərmək;

  • Şirkətdə etik davranış qaydalarına dair məsələlər barədə Etik Davranış Qaydaları Məcəlləsindən məsul İdarə Heyəti üzvünə mütəmadi məlumat vermək;

  • Çalışdığı şirkətdə Etik Davranış Qaydaları Məcəlləsinə dair Maarifləndirmə Təlimlərinin səmərəliliyinə nəzarət etmək və tələb olunduqda dəstək və istiqamət vermək.

  1. DİGƏR VƏZİFƏLƏR

  • Şirkətin rəhbər işçiləri NORM şirkətin Etik Davranış Qaydaları yaxud bu kontekstdə hazırlanmış şirkətə məxsus Biznes Etikası Məcəlləsinin effektiv icrasından və bu məcəllələri təşviq mühitinin yaradılmasından cavabdehlik daşıyır

  • Etika Məcəlləsi və Biznes Etikası Məcəlləsinə dair bütün siyasətlərə İnsan Resursları tərəfindən Etik Davranış Qaydalarına dair Komitənin tövsiyələri əsasında baxış keçirilir, təkrar işlənir və sənədləşdirilir və baxışın nəticələri Şirkətin müvafiq əməkdaşlarına bildirilir.

  • Şirkətin İnsan Resursları aşağıdakılara görə cavabdehlik daşıyır:

    • Siyasətlər və məcəllələrə aydınılıq gətirmək, bu mövzuda işçilərlə davamlı ünsiyyət qurmaq üçün işçilərə Etik Davranış Qaydaları Məcəlləsi haqqında məlumat vermək və etik davranışlara dair mütəmadi təlimlər keçmək;

    • Yeni işə götürülmüş işçinin Etik Davranış Qaydaları Məcəlləsi ilə tanış olduğunu təmin etmək, bu mövzuda onları məlumatlandırmaq və İşçinin Etik Davranışına dair Bəyannamə Formasını imzaladığını təmin etmək;

    • İşçinin Etik Davranışlara dair İllik Yoxlama Formasını imzaladıqlarını və bəyannaməyə ən son məlumatları daxil etdiklərini təmin etmək.

  • Şirkətin idarəedilməsindən məsul şəxslər Etik Davranış Qaydaları üzrə Komitə ilə birgə aşağıdakılara görə cavabdehlik daşıyır:

    • Etika Məcəlləsi çərçivəsində verilmiş şikayət və bildirişlərin məxfiliyini təmin etmək və bu cür şikayətlər verdikdə şəxsləri qorumaq;

    • Şikayət edən yaxud bildiriş göndərən işçinin işinin təhlükəsizliyini təmin etmək;

    • Şikayət və bildirişlərin vaxtında və ədalətli, davamlı və həssas şəkildə araşdırıldığını təmin etmək və pozuntulara qarşı qətiyyətlə lazımi tədbirlər görmək.


  1. Yüklə 220,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin