Norm Sement Zavodu – Norm mmc norm mmc-nin Biznes Etikası Məcəlləsi



Yüklə 220,5 Kb.
səhifə13/15
tarix04.12.2022
ölçüsü220,5 Kb.
#72266
1   ...   7   8   9   10   11   12   13   14   15
Etika Məcəlləsi(1)

5. Qərarın davam etdirilməsi

  • Verdiyiniz qərar və bunun səbəblərini aidiyyəti şəxslərlə paylaşın.

  • Öyrəndiklərinizi paylaşın.

  • Uğur tarixçənizi başqaları ilə paylaşın.

B. 4 Baxılacaq əsas suallar
1. Bu fəaliyyət yaxud davranış qanun, qayda və adət-ənənələrə uyğundur? (Standartlar)

  • Bunlar peşəkar standartlarla ziddiyyət təşkil edir?

  • Bunlar qanunidir?

2.Bu fəaliyyət yaxud davranış proporsional və ədalətlidirmi? Rəqib (yaxud başqa biri) bu cür davranmış olsaydı siz bundan məyus olub narazılığınızı bildirərdinizmi?
Sizcə bu nə dərəcədə doğrudur?
3. Bu fəaliyyət yaxud davranış təfsilatı ilə ictimaiyyətə açıqlanarsa, sizcə bu bizim şirkət yaxud maraqlı tərəflərimiz üçün xəcalət hesab edilərmi? (Hissiyyatlar və etik normalar)

  • Sizin hərəkətiniz barədə digərləri xəbər tutsaydı özünüzü pis vəziyyətdə hiss edib xəcalət çəkərdiniz? Sizcə bunun sizə yaxud şirkətə mənfi təsirləri ola bilərdi?

  • Bundan hansı tərəflər təsirlənə bilər? (şirkətiin digər işçiləri, siz, səhmdarlar və s.)

4. Sizcə “dərk olunan faktla” “obyektiv fakt” nə dərəcədə üst-üstə düşür?

  • Qəzetlərdə bunun əks sədası necə ola bilər?

  • Bu cür vəziyyətdə normal bir insan nə edər?

  1. RƏHBƏRLİYİN VƏZİFƏLƏRİ

NORM şirkətinin rəhbər işçiləri NORM ETİK DAVRANIŞ QAYDALARI çərçivəsində işçilər üçün müəyyən olunmuş vəzifələrinə əlavə olaraq əlavə cavabdehlik daşıyırlar. Müvafiq olaraq rəhbər işçilərin cavabdehlik dairəsinə aiddir:

  • Etik davranış qaydalarına dair məcəllədə bildirilənləri təşviq edəcək şirkət mədəniyyəti və iş mühitini yaratmaq və bunu qoruyub-saxlamaq;

  • Etik davranış qaydalarına əməl etməkdə başqalarına nümunə olmaq; işçi heyət üçün etik davranışlarla bağlı maarifləndirmə işi aparmaq;

  • İşçilərin suallar verməsi və etik davranış qaydalarına dair məcəllə ilə bağlı şikayətləri, bildirişləri doldurmaqda onlara dəstək vermək;

  • Hansı məsələlərlə bağlı məsləhətləşmə aparılması lazım olduğu barədə onlara istiqamət vermək, etik davranış qaydaları ilə bağlı yaranan bütün narahatçılıqları diqqətlə nəzərdən keçirmək və zəruri hesab edildikdə ən qısa müddətdə bunları Etik Davranış Qaydaları üzrə Komitəyə ünvanlamaq;

  • Etik davranış qaydaları ilə bağlı riskləri minimuma endirmək və etik davranış qaydalarına dair məcəlləyə müvafiqliyi təmin etmək üçün zəruri metodlar və yanaşmaları tətbiq etməklə cavabdehliyində olan bütün işləri buna müvafiq qaydada qurmaq.


  1. Yüklə 220,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin