Norm Sement Zavodu – Norm mmc norm mmc-nin Biznes Etikası Məcəlləsi


D. Ədalətli iş şəraitinin yaradılması və qorunması siyasəti



Yüklə 220,5 Kb.
səhifə10/15
tarix04.12.2022
ölçüsü220,5 Kb.
#72266
1   ...   7   8   9   10   11   12   13   14   15
Etika Məcəlləsi(1)

D. Ədalətli iş şəraitinin yaradılması və qorunması siyasəti
NORM və Şirkətlər Qrupu işçilər üçün ədalətli iş şəraitinin yaradılması və saxlanmasını özünün mühüm prioriteti hesab edir. İşçilərə hörmətlə yanaşılan və bütün qayda-qanunlara riayət olunan ədalətli, sağlam və təhlükəsiz iş şəraitinin yaratmaqla məqsəd işçilərin əmək qabilyyətini, inkişafını və işə olan sədaqətini yaxşılaşdırmaq və gücləndirməkdir. Aşağıdakı prosedur qaydalarda NORM şirkətində ədalətli iş şəraitinin yaradılması və saxlanması üçün təməl prinsiplər müəyyən olunur.
Prosedur Qaydalar
1. Şirkətin iş qaydaları məşğulluq və iş şəraitinə dair hal-hazırda mövcud olan bütün qanun və qaydalara müvafiqdir. Şirkətin işçiləri öz fəaliyyətləri çərçivəsində bütün hüquqi tələbləri yerinə yetirir və qanunvericiliyə uyğun hərəkət edirlər.
2. NORM şirkətinin insan resursları siyasətləri və iş qaydaları məşğulluğa dair bütün işlər, o cümlədən işə götürmə, vəzifəyə yüksəlmə-başqa işə keçmə-əvəzetmə, kompensasiya, muzd, sosial müavinətlərin və s.ədalətli olmasını təmin edir.
3. Təşkilat daxilində işçilər arasında dil, irq, rəng, cins, siyasi baxış, etiqad, din, məzhəb, xarici görünüş və oxşar səbəblərdən hər hansı ayrıseçkilik qoymaq yolverilməzdir.
4. Əməkdaşlığa təşviq etmək üçün xoş və ahəngdar iş mühiti yaradılır, müxtəlif etiqad, inanc və fikirlərə malik insanların ahəngdarlıq şəraitində işləməsinə imkan yaradılır.
5. İşçilərin şəxsi həyatları və fərdi məsafə həddinə hörmətlə yanaşılır.

  • Fərdlərarası ünsiyyət üçüncü şəxslər tərəfindən pozula bilməz.

  • Hüquqi yolla qeydə alınsa belə şəxsi məlumatları qeyri-qanuni yolla vermək, paylamaq və əldə etmək yasaqdır.

  • İş münasibətlərinin əsasını təşkil edən və davamlılığını təmin edən işçi heyət haqqında şəxsi məlumatlardan bunun üçün nəzərdə tutulan məqsədlər və kontekst xaricində istifadə etmək yaxud üçüncü şəxslərlə paylaşmaq, həmin fərdin icazəsi olmadan qadağandır.

  • Bütün işçilərin şəxsi və ailə həyatlarına hörmətlə yanaşılır.


6. İşçilərin bütün sirlərindən əlavə, onların fiziki, cinsi və mənəvi sirləri də qorunur.

  • İş yerində yaxud iş məqsədləri üçün bir araya toplanılan hər hansı digər bir yerdə fiziki, cinsi yaxud mənəvi kobudluq yolu ilə işçilərin sirlərinin pozulması qanuna və etik davranış qaydaları haqqında məcəlləyə ziddir; Şirkət bu cür pozuntulara əsla dözüm nümayiş etdirmir. Burada məqsəd işçilərin fiziki, cinsi və mənəvi sirlərinin mühafizə olunduğu iş şəraitində çalışmasına imkan yaratmaqdır.

  • Hər hansı fərdin fiziki toxunulmazlığını cinsi təqiblə pozmaq yaxud fiziki təmasda olmadan cinsi yolla fərdə qarşı kobudluq cinsi zorakılıq hesab edilir. Müvafiq olaraq, bu kontekst çərçivəsində müəyyən olunmuş hər hansı davranış sərgilmək yasaqdır.

  • Bundan başqa zorakılıq barədə şikayət yaxud məlumat verənlərə və ya bu cür araşdırmada əməkdaşlıq edənlərə qarşı mənfi münasibət yaxud davranış sərgiləyən şəxslərin bu hərəkətləri eyni dərəcədə yolverilməzdir.

7. Heç bir işçi fərqli cins, din, dil yaxud irqə görə hər hansı imtiyaz tələb edə bilməz; heç kəsə xüsusi davranış imtiyazı verilmir. Cins, din, dil, irqə və s. görə güzəşt etmək yaxud bunu əldə etmək məqbul deyil.

Yüklə 220,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin