259
XVI FƏSİL
AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ
(1920-1939-cu illər)
Plan:
1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı
üsyanlar.
2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan
MSSR-in təşkili.
3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri.
Kütləvi siyasi represiyalar.
4. Azərbaycanda mədəni quruculuq.
1. Azərbaycan sovet rejiminin bərqərar olması
və ona qarşı üsyanlar
1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist
Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İn-
qilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları So-
veti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev,
Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Və-
zirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı,
Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goy-
çayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında
isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi
donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komi-
təsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və
kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli
milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dek-
reti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz
kəndlilərin istifadəsinə verildi (6, s. 18). 1920-ci il mayın 7-də ordu
və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dek-
retlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər
260
milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may ta-
rixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan,
knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli
qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra
olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Föv-
qəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu (12, s.
119-120). 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan
yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə
əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi
milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndə-
rilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi
(sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet
Rusiyasının ixtiyarına keçdi.
1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və
balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbay-
candan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal
olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda
keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSR-
in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv
edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici
orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) se-
çildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağa-
malıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icra-
edici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti
(sədri N.Nərimanov) yenidən təşkil olundu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşe-
viklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək
rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-
1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin
keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr
müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b.
öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək
Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı
qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən
261
azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya,
oradan Türkiyəyə mühacirət etmişdir.
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qa-
nundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə
rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə ar-
tırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə
Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üs-
yançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıx-
linski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Ka-
zımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da
üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti
Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə
arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın
31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyan-
çılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin
adasında güllələndi.
Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyu-
nun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini
Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerlə-
şən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı piyada alayları,
2 topçu diviziyası təşkil edirdi. İlk hərbi toqquşma Ehsan xan
Naxçıvanskinin komandanlıq etdiyi Şəki alayı arasında olmuşdu.
Bu döyüşdə Naxçıvanski və onu müşaiyət edən bir qrup hərbiçi ələ
keçirilib XI Qırmızı ordu qərargahında güllələndilər. Qarabağ üs-
yanı amansızlıqla yatirildi.