277
oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısa-
müddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möh-
kəm zəmin vermişdi.
4. Cənubi Azərbaycan II
Dünya müharibəsi illərində
Müharibənin əvvəllərində İran hökuməti öz bitərəfliyini elan
etsə də, Rza şah və onun dairələri açıq nasistpərəst mövqe tutmuş,
ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər.
Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə
görə, 1941-ci il avqustun 25-də SSRİ, az sonra Böyük Britaniya,
1942-ci ilin dekabrında ABŞ İrana qoşun yeritdilər. Bütövlükdə
İran, habelə Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi
sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteri-
yasına çevrildi.
Rza şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sent-
yabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və
nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri
əhatə edən I mərhələsində dərketmənin, milli şüurun misilsiz in-
kişafı oldu. Xalq kütlələri ana dilində danışmağa, yazıb-oxumağa,
yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə
İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün
vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızış-
dırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər.