Xvi fəSİl azərbaycan sovet rejiMİ ŞƏRAİTİNDƏ


Faşist Almaniyası üzərində qələbədə Azərbaycan



Yüklə 379,92 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix29.12.2021
ölçüsü379,92 Kb.
#48814
1   ...   11   12   13   14   15   16   17   18   19
azssr muhazire

 

3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan 

neftinin həlledici rolu 

 

1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o 

cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. 1941-ci il iyu-

nun 28-dən etibarən Azərbaycanda bütün işlər müharibənin tələbl-

ərinə uyğun quruldu. İş günü 11 saat, özbaşına işdən getmək 5-8 il 

həbs cəzası ilə müəyyən edildi. Məzuniyyətlər ləğv edildi. Ərzaq və 

sənaye məhsullarınin satışı üzrə kartoçka sistemi tətbiq edildi. 

Azərbaycan müharibə dövründə ölkəyə 75 mln. ton neft, 22 mln.ton 

benzin vermişdir. Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-

ni vermişdi (102, v. 5). Azərbaycanın neft emalçıları 1941-ci ildə 

neft emalı planını 102,4 faiz, yeni növ benzin istehsalını 118 faiz 

yerinə yetirmişdilər. Cəbhə 1339 cəbhəyə min ton benzin, o cüm-

lədən 218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı 

benzin almışdır (102, v. 1-4).  1942-ci ildə Bakı neft emalçıları 

aviabenzin planını 114,4 faiz odənilmişdir. Cəbhəyə 340,1 min ton 

aviabenzin gondərilmişdi (102, v. 1-4). 1943-cü ildə hasil olunmuş 

11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 



 

276


795 min ton benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 

640 min ton donanma mazutu və solyar yağı, 420 min ton aviayağ 

və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 450 ton neft məh-

sulları istehsal olunmuşdu. 1941-1945-ci illərdə Bakının neft emalı 

zavodları bir milyon ton və ya 20540-dan çox sistern B-78 avia-

benzini göndərmişdir.  Demək olar ki, müharibədə ordunun döyüş 

texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman  əməyi 

nəticəsində  hərəkətə  gətirilmişdir (7, s. 19-20). Bakıda “Katyuşa” 

raketi, “Şnakin” pulemyotu, “YAK-3” qırıcı təyyarəsi, 130-dan çox 

silah növü və  hərbi sursat hazırlanırdı (103, v. 181). 1941-ci ildə 

böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, Salyan-

Neftçala, Papanin-Hacıqabul və s. dəmir yolu xətləri istifadəyə 

verildi. Bakı avtomobil zavodunun əsası qoyuldu. Kənd əməkçiləri 

500 min ton pambıq və digər strateji xammal məhsulları vermiş-

dilər. Azərbaycan xalqı 1941-43-cü illərdə müdafiə fonduna 15 kq 

qızıl, 952 kq gümüş, 311 mln. manatlıq istiqraz verdi, cəbhəyə 1,6 

mln.  ədəd müxtəlif  əşya, 125 vaqon isti paltar göndərdi. 1943-cü 

ilin payızında yaradılan Respublika Yardım Komitəsi 1943-44-cü 

illərdə işğaldan azad olmuş rayonlarda təsərrüfatın bərpasına kömək 

etməli idi. Beləliklə, Azərbaycan döyüşərək və arxa cəbhələrdə fəal 

istirak edərək faşizm üzərində  qələbənin  əldə edilməsinə yaxından 

kömək etmişdi. Mədəniyyət xadimləri bütün qüvvələrini qələbə 

naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəltdi. Alim-

lər hərbi sifarişləri yerinə yetirmək üçün gecə-gündüz çalışırdılar. 

1945-ci ilin maptında Azərbaycan SSR Elmlər Akademiyası 

yaradıldı. Azərbaycan  ədəbiyyatı xalqın coşğun qəzəb və  həyəca-

nını düşmənin məhv edilməsinə yönəldirdi. Azərbaycan bəstəkarları 

müharibə dövründə onlarla yeni marş, simfoniya, mahnı, opera və s. 

yaratmışdılar. Cəbhəyə xidmət üçün konsert briqadaları yaradılıb 

göndərilirdi. Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert 

vermişdilər. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli 




Yüklə 379,92 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin