XVII FƏSİL
AZƏRBAYCAN II DÜNYA MÜHARİBƏSİ
DÖVRÜNDƏ (1939-1945-ci illər)
Plan:
1. II Dünya müharibəsinin başlanması və müharibə edən
dövlətlərin Azərbaycana dair planları.
2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və
partizan hərəkatında.
3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin
həlledici rolu.
4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində.
1. II Dünya müharibəsinin başlanması
və müharibə edən dövlətlərin Azərbaycana dair planları
1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücum et-
di. Bir gün sonra İngiltərə və Fransa Almaniyaya müharibə elan
etdilər. II Dünya müharibəsi başlandı. “Barbarossa” planına əsasən
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi.
Rozenberqin “Qafqazın idarə olunması planı”na görə ilk vaxtlar
Azərbaycanda komissarlıq adlanan idarə forması yaradılmalı və iqa-
mətgahı Tiflisdə yerləşən Qafqaz reyxskomissarlığına tabe edilməli
(55, s. 12), digər plana görə türk xalqları yaşayan ərazilərdən ibarət
“Böyük Türküstan” dövləti yaratmaq idi (85, s. 33).
Hitler hələ 1941-ci ilin martında Bakı zəbt edildikdən sonra
neftin hasil edilməsi, emalı və daşınmasını Almaniyanın “Konti-
nental neft cəmiyyəti”nə tapşırmaq göstərişini vermişdi. Hitlerin
“Edelveys” planına görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı
idi.
ABŞ və Böyük Britaniya da Qafqaza, xüsusilə də Azərbay-
cana sahib olmaq istəyirdilər. “Vilvet” planında Sovet ordusunun
Qafqazdan çıxarılıb Stalinqrada aparılması, burada ABŞ və Böyük
273
Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. On-
lar bu üsulla Qafqazı, xüsusilə Azərbaycanı SSRİ-dən ayırmaq istə-
yirdilər. SSRİ rəhbərliyinin planına görə isə Azərbaycan əhalisi
Mərkəzi Asiya və Qazaxıstana köçürülməli idi. Lakin M.C.Bağırov
gətirdiyi tutarlı dəlillərlə Stalini bu fikirdən daşıdıra bildi.
Dostları ilə paylaş: |