Üsyanın məğlubiyyətinin əsas səbəbləri: 1. Hərəkətın qeyri-mütəşəkkilliyi;
2. Mir Həsən xanın əyalətin mahallarında keçmiş nüfuz və imkanlarından kifayət qədər istifadə
etməməsi;
3. Üsyançıların həlledici məqamda ləng hərəkət etməməsi‖
4. Nizami orduya qarşı üsyançıların yaxşı silahlanmaması;
5. Əhalidəolan ruh düşkünlüyü və s.
Quba üsyanı. XIX əsrin 30-cu illərində Azərbaycanda çarizimin müstəmləkə əsarətinə qarşı baş vermiş
üsyanlar içərisində iştirakçıların sayına və təsirinə görə ən güclüsü Quba üsyanıdır. Üsyanda çar
hökumətindən narazı olanlar iştirak edirdi. Car-Balakən, Lənkəranda baş verən üsyanları doğuran
sosial-iqtisadi səbəblər Quba əyalətində özünü daha qabarıq şəkildə göstərirdi. Quba komendantı
polkovnik Gimbut əhalidən acgözcəsinə normadan artıq vergi toplayıb mənimsəyirdi. Əhalini rus
əsgərləri üçün bazar qiymətindən üç dəfə az qiymətə ərzaqlar satmağa məcbur edir, hətta məscidlərdən
yığılan zəkatıda mənimsəyirdi. Qubada üsyanın əsas səbəblərindən biri də iltizam sisteminin tətbiqi
idi. İltizamçılar əhalidən nəzərdə tutulduğundan 5 qat çox pul yığırdılar.
Gündüz qalaya toplaşan üsyançılar hakimiyyət qarşısında aşağıdakı tələbləri irəli sürdülər: 1. Əyalətdə süvari toplanmasını dayandırmaq;
2. Dövlət mükəlləfiyyətlərini azaltmaq;
3. Komendant Gimbutu və onun ən yaxın adamları Cəfərqulu ağa Bakıxanovu, Məhəmməd xan
Alpanskini əyalətdən qoymaq və s.
Birinci mərhələdə vaxt qazanmaq istəyən hökumət güzəştə gedərək, mükəlləfiyyətlərin
azadılması istisna olmaqla qalan tələbləri qəbul etdi.
Üsyanın ikinci mərhələsi 1937-ci ilin avqust-sentyabrında başlandı. Şeyx Şamil üsyan rəhbərləri-
Hacı Məhmməd, İlyas bəy, Xurşud bəy, Həsən bəy üsyana qalxmağa çağırır və onun çağırışı müsbət
qarşılandı. 1837-ci il avqustun 20-də Hacı Məhəmməd üsyana rəhbər seçildi. Yarəli onun köməkçisi
seçildi.