yaradılması; hüquqi şəxslər və təhsil subyektlərini hüquq və vəzifələrinin,
səlahiyyət və məsuliyyətinin müəyyən olunması; vətəndaşların təhsilə dair
Konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.
Bunlar onu göstərir ki, Azərbaycanda təhsil sistemi milli zəminə,
ümumbəşəri dəyərlərə, eləcə də müasir beynəlxalq və yerli praktikanın üzvi şəkildə
əlaqələndirilməsinə əsaslanır, tam demokratik xarakter daşıyır.
Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının
məcmuyundan, onları həyata keçirən təhsil orqanlarından, təlim-tərbiyə prosesi ilə
məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.
Azərbaycan Respulikasının Təhsil Qanununa görə təhsil sisteminin başlıca
vəzifələri «Dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək
mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malik olan və onu
daim inkişaf etdirməyə çalışan
şəxsiyyət formalaşdırmaq, soykökünə ... xalqımızın
milli, əxlaqi, humanist, mənəvi-mədəni dəyərlərinə dərindən yiyələnən... biliyinə,
əxlaqi-mədəni keyfiyyətlərinə, demokratikliyinə görə yüksək səviyyəli
vətəndaşlar
yetişdirmək, ... Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən
birinə çevirməyə qadir olan
insan tərbiyə etməkdir» (Azərbaycan
Respublikasının Təhsil Qanunu, Bakı, 1992, səh.6).
Beləliklə, Azərbaycan Respublikasında təhsil sisteminin əsas vəzifəsi yeni
Respublika quruculuğunu müvəffəqiyyətlə reallaşdıracaq insan, vətəndaş və
şəxsiyyət tərbiyə edib formalaşdırmaqdan ibarətdir.
Dostları ilə paylaş: