Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Respublikası Təhsil
Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid
dövlət siyasəti hazırlanmasında iştirak edir və aşağıda qeyd olunan işləri yerinə
yetirir:
- təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət
edilməsinə nəzarət edir;
- təhsii sistemi üçün informasiya xidməti təşkil edir;
- təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə
qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodik informasiya
təminatı yaradır, təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə
proqnozlaşdırmanı təmin edən, zəruri normativ sənədlər hazırlayan yüksək
ixtisaslı mütəxəssislərdən ibarət Dövlət Ali Ekspert Komissiyası yaradır;
- mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələri üçün eyni tipli
əsasnamələrin, baza təhsil planının, proqramların, dərsliklərin, dərs
vəsaitlərinin və tədris-metodik materialların hazırlanması və nəşrini təşkil
edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodik və informasiya köməkliyi
göstərir;
- təhsil müəssələri və idarələrinin maliyyələşdirilməsi və maddi-texniki
təchizatın müvafiq normalarını müəyyən edir;
- səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini ləğv edir, yenidən təşkil
edir, yaradır, onların nizamnamələrini qeydə alır, habelə tabeliyində olub-
olmamasından və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil
müəssisələri və təhsil idarələrinin yaradılmasına, ləğvinə və yenidən
qurulmasına rəy verir;
- təhsil müəssisəsinin açılması üçün lisenziya verir və onu qeydə alır;
- təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar vəsaiət qaldırır.
Təhsil Qanununun üçüncü bölməsində bu məsələlərlə yanaşı, yerli təhsil və
yerli idarə orqanlarınm, təhsil sistemində ictimai idarə, özünüidarə orqanlarının
konkret vəzifələri, təlim-tərbiyə müəssisələrinin özünüidarəsi, təlim-tərbiyə
müəssisələrinin təsisi şərtləri, dövlət və qeyri-dövlət (özəl) təhsil müəssisələrinin
idarə olunması, təhsil müəssisələrinin elmi-metodik və informasiya təminatı,
təhsil sistemində psixoloji və tibbi xidmət məsələlərinə və digər zəruri məsələlərə
geniş yer verilir.
|