Zərərsizləşdirici komanda 2- 4
qrupdan ibarət olub ərazini, tikintiləri və
texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m
2
sahəni v ya 80- 120 min m
2
tikintini deqazasiya edə bilər.
Sanitar drujinaları dəstəsi 4 – 5 sanitar drujinasından
ibarətdir və kütləvi
zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə
tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200 – 2700 şəxsə ilk tibbi yardım
göstərə bilər. Dəstə zədələnmə ocağında MM-nin xilasedici
bölmələri ilə birgə
işləyir.
Sanitar drujinaları 5 manqadan ibarətdir. Kənd təsərrüfatı
və orta təhsil
müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar
zərər çəkmiş şəxslərə
zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
vasitəsilə və
obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə
zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq
və bu barədə obyektin mülki
müdafiə qərargahına məlumat vermək üçündür.