Mövz Respublikamızda sülh mənşəli Fövqəladə Hallarda fəaliyyət göstərən Dövlət sistemi



Yüklə 308,03 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.05.2023
ölçüsü308,03 Kb.
#113485
1   2   3   4   5   6   7   8
dM vzu-5-FH-da-D vl t-sisteminin-rolu-v -v zif l ri

Rayonun MM qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə 
qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah rayonun 
icra başçısı və onun şöbələrinin idarələrinin və digər təşkilatların işçilərindən təşkil 
olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik 
edir.Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə 
yetirirlər. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə 
və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin 
plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır. 
Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ 
kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 
köməkçi); mühəndis – texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 
köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi).
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib 
hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı 
istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki 
müdafiənin döyüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları 
vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə 
olunmasını təmin etmək; kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik 
göstərmək və s. 
Rayonun (şəhərin) MM xidmətləri. MM tədbirlərini, dəstələrin hazırlığını 
və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını 
nəzərə alaraq, rayon (şəhər) icra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri 
yaradılır. 
Rabitə xidməti. Rayon (şəhər) rabitə kntorunun bazası əsasında təşkil olunur. 
Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin
müssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr 
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir
rayonun bütün obyektləri ilə rabitə yaradır və daim fəaliyyətə hazır saxlayır; 
rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrin idarə 
olunmasını təmin edirlər. 
Tibb xidməti. Tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət rəisi- 
rayonun baş həkimidir). Xidmət: müalicə- profilaktika, epidemiya əleyhinə və 
sanitariya – gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını 
təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, 
yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır. 

Yüklə 308,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin