Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
232 
Azərbaycan hakimiyyəti aşkara çıxır. Gördüyümüz kimi, Cümhuriyyətin işğalına 
Azərbaycanda fəhlə-kəndli hökuməti kimi təqdim edilən sovet hakimiyyətinin 
qurulması aspektindən yanaşılır.
Müəlliflər sovet rejimi senzurasına uyğun əsər yazmaqla, mənsub olduqları 
quruluşun təbliğini aparmışlar. Lakin bütün səylərə baxmayaraq, tarixi hadisələrin 
xronoloji ardıcıllığının göstərilməsi Azərbaycan Cümhu- riyyətini ortaya qoymuş, 
onun qanuni hakimiyyət stastusunu təsdiqləmişdir.
Sovet hakimiyyətinin Azərbaycandakı qələbəsinin miqyasını geniş- 
ləndirmək məqsədilə Azərbaycan SSR Elmlər Akademiyasının təşəbbüsü ilə 1977-ci 
ildə “Elm” nəşriyyatında “Великий Октябрь и расцвет экономи- ки и культуры 
Советского Азербайджана” (Böyük Oktyabr və Sovet Azərbaycanının iqtisadiyyat 
və mədəniyyətinin çiçəklənməsi) məcmuəsi çap olunmuşdur
40
. Üç bölmədən ibarət 
topluda sovet hakimiyyəti dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni 
həyatındakı yüksəlişi mədh edən məqalələr verilmişdir. Azərbaycanın görkəmli 
alimləri tərəfindən qələmə alınan, sovet hakimiyyətinin Azərbaycan xalqının 
taleyində “müstəsna rolu” fikrinin ictimai şüura yeridildiyi yazılarda Azərbaycan 
Cümhuriyyətindən sətiraltı ifadələrlə bəhs edilir.
Topluya giriş sözünü məsul redaktor, akademik Əlisöhbət Sumbat- zadə 
yazıb. Müəllif, “Заря Октября и рождение Советского Азербай- джана” (Oktyabr 
şəfəqi və Sovet Azərbaycanının yaranması) müqəddiməsində toplunun 60 illiyə həsr 
olunduğunu qeyd edərək, Leninin sözlərilə oktyabr inqilabını dünya tarixində yeni 
epoxa adlandırır
41
. 1918-ci ilin mart hadisələrini “əksinqilabi-millətçi Müsavat” 
partiyasının Bakı Sovetinə qarşı qiyamı kimi qiymətləndirərək, totalitar rejimin 
diqtəsilə məsuliyyəti milli qüvvələrin üzərinə qoyur. Bakıda sovet hakimiyyətinin iki 
tərəfdən “xarici müdaxiləçilərin və eser, menşevik, daşnak və müsavatçıların” 
hücumuna məruz qaldığını bildirir
42
. Müəllif, Azərbaycan Cümhuriyyətinin türk 
komandanlığının dəstəyilə yaradıldığını qeyd etsə də, hökumətin başçısı kimi 
F.Xoyskini vurğulayır. Müəllif, Cümhuriyyət-türk qoşunlarının xadimlərinin 
paytaxta doğru yürüşlərini Osmanlı imperiyasının Azərbaycanda genişlənmiş 
müdaxiləsi kimi təqdim edir. Ə.Sumbatzadə Bakının azad edilməsinə “türk 
müdaxiləçiləri, əksinqilabi millətçi müsavat hökumətinin himayədarı ingilis 
imperialistlərinin” istilası cümləsilə şərh verir. Müəllif, Cümhuriyyət dövrünə 
“müsavat rejiminin ağalığı” izahını verərək, Lənkəranda yaradılmış separatçı 
bolşevik 
hakimiyyətinin 
“müsavat 
hökuməti”ni 
tanımadığını 
bildirir
43

Ə.Sumbatzadə sovet tarix elminin nümayəndələrindən biri kimi Azərbaycanda 
oktyabr inqilabının “nailiyyətləri”nə gedən yolu təsvir edərkən, Cümhuriyyətin 
40
Velikiy Oktyabr i rassvet ekonomiki i kulturı Sovetskoqo Azerbaydjana. 1977, Elm, Baku.
41
A.S. Sumbatzade “Zarya Oktyabrya i rojdeniye Sovetskoqo Azerbaydjana”. Velikiy Oktyabr i 
rassvet ekonomiki i kulturı Sovetskoqo Azerbaydjana, Elm, Baku, 1977, s. 5. 
42
Sumbatzadə. a.g.m. s. 8. 
43
Sumbatzadə. a.g.m. s. 9. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin