sanitar-mühafizə zonası — ionlaşdırıcı şüalanma mənbəyi ətrafında mənbənin
normal istismarı şəraitində əhalinin effektiv (normal) şüalanma normasından
yüksək dozalı ərazi;
müşahidə zonası — sanitar-mühafizə zonasının hüdudları xaricində radiasiya
nəzarəti aparılan ərazi;
işçi — bilavasitə ionlaşdırıcı şüa mənbələri ilə daimi və ya müvəqqəti işləyən
şəxs;
radiasiya qəzası — texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii
fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin
itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına
və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar.
Madd
ə 2. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi
t
ənzimləmə
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi
tənzimləmə bu Qanun və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları radiasiya
təhlükəsizliyinə və onun bu Qanunla müəyyən edilmiş təminatına olan
tələblərin
səviyyəsini azalda bilməz.
Radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq
müqavilələrin nəzərdə tutduğu qaydalar Azərbaycan Respublikası
qanunvericiliyinin
mövcud müddəalarından fərqlidirsə, onda beynəlxalq müqavilələrin qaydaları tətbiq
olunur.
Dostları ilə paylaş: