Əhalinin radiasiya təhlükəsizliyi haqqında


IV f əsil. Radiasiya təhlükəsizliyinin təmin edilməsinə



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix16.05.2023
ölçüsü398,74 Kb.
#114734
1   ...   5   6   7   8   9   10   11   12   13
423 iq

IV f
əsil. Radiasiya təhlükəsizliyinin təmin edilməsinə 
t
ələblər 
Madd
ə 13. Radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi
Müvafiq icra hakimiyyəti orqanları
 ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar 
fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə 
radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların 
effektivliyinin qiymətləndirilməsi işini aparır. 
Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən həyata keçirilir: 
 
ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi;
 
radiasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena 
tədbirlərinə əməl olunmasının təhlili;
 
radiasiya qəzasının ehtimalı və onun miqyası;
 
radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə 
hazırlıq;
 
ionlaşdırıcı şüa mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları 
şüalanma dozalarının təhlili;
 
müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin 
sayı. 
Ərazi, müəssisə və təşkilatların radioaktiv təhlükəsizliyə hazırlığının vəziyyəti hər il 
ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur. 
Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib 
edilməsinin qaydası 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
Madd
ə 14. İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya 
t
əhlükəsizliyinin təmin edilməsinə dair tələblər
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və 
təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 


 
radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ 
hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və 
təlimatlara əməl edilməsi;
 
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb 
həyata keçirilməsi;
 
ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, 
texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün 
radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;
 
radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində
həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin 
təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata 
keçirilməsi;
 
işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
 
istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya 
müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin 
attestasiyasının keçirilməsi;
 
işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən 
keçirilməsi;
 
işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi 
və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat 
verilməsi;
 
radiasiya təhlükəsizliyi sahəsində 
müvafiq icra hakimiyyəti orqanlarına
 radiasiya 
təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları 
haqqında vaxtında məlumat verilməsi;
 
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində 
müvafiq icra hakimiyyəti 
orqanlarının
 qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin 
müvafiq göstərişlərinin yerinə yetirilməsi;
 
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata 
keçirilməsinin təmin edilməsi;
 
radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik 
texnikası qaydaları ilə tanış edilməsi. 

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin