Madd ə 22. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilm əsi və ya pozulması üçün məsuliyyət Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan
hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.
VI f əsil. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sah əsində əhalinin və ictimai birliklərin hüquq və v əzifələri Madd ə 23. Radiasiya təhlükəsizliyi sahəsində əhalinin hüquqları Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
radiasiya təhlükəsizliyi hüququ vardır.
Madd ə 24. Əhalinin və ictimai birliklərin məlumat almaq hüququ Əhali və ictimai birliklər ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət
göstərən müəssisə və təşkilatlardan onların səlahiyyətləri dairəsində radiasiya şəraiti və
radiasiya təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər haqqında alınması məhdudlaşdırılan informasiya istisna edilməklə obyektiv məlumat almaq hüququna
malikdirlər.
Madd ə 25. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisinə daxil olma hüququ İctimai birlik nümayəndələri Azərbaycan Respublikası qanunvericiliyinin
müəyyənləşdirdiyi qayda və şərtlər daxilində ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə
əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisinə daxil ola bilərlər.
Madd ə 26. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət