US Tədris Mərkəzi [ ƏLAQƏ: 070-216-32-32 050-799-44-77 ] 2
Dövlət qulluğu üçün online test saytı Exam-Us.com BİRİNCİ BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR I f ə s i l
XALQ HAKİMİYYƏTİ M a d d ə 1 . Hakimiyyətin mənbəyi I. Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan
xalqıdır .
II. Azərbaycan xalqı Azərbaycan Respublikası
ərazisində və ondan
kənarda yaşayan ,
Azərbaycan
dövlətinə və onun
qanunlarına tabe sayılan Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir ; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna
etmir.
M a d d ə 2 . Xalqın suverenliyi I.
Sərbəst və
müstəqil öz
müqəddəratını həll etmək və öz
idarəetmə formasını müəyyən
etmək Azərbaycan xalqının
suveren hüququdur .
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə
ümumxalq səsverməsi - referendum və
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında
sərbəst ,
gizli və
şəxsi səsvermə yolu ilə
seçilmiş
nümayəndələri vasitəsi ilə həyata keçirir.
M a d d ə 3 . Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər I. Azərbaycan xalqı öz
hüquqları və mənafeləri ilə bağlı olan
hər bir məsələni referendumla
həll edə bilər.
II. Aşağıdakı məsələlər
yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə