US Tədris Mərkəzi
[
ƏLAQƏ: 070-216-32-32 050-799-44-77
]
19
Dövlət qulluğu üçün online test saytı
Exam-Us.com
M a d d ə 7 6 .
Vətəni müdafiə
I. Vətəni müdafiə hər bir
vətəndaşın borcudur
.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi həqiqi
hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş
hallarda
həqiqi hərbi xidmətin alternativ xidmətlə
əvəz olunmasına yol verilir.
M a d d ə 7 7 .
Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq
hər bir şəxsin
borcudur.
M a d d ə 7 8 .
Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması
hər bir şəxsin
borcudur.
M a d d ə 7 9 .
Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına
zidd vəzifələrin
icrasına məcbur edilə bilməz.
M a d d ə 8 0 .
Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda
nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən
edilən məsuliyyətə səbəb olur.
ÜÇÜNCÜ BÖLMƏ.
DÖVLƏT HAKİMİYYƏTİ
V f ə s i l
QANUNVERİCİLİK HAKİMİYYƏTİ
M a d d ə 8 1 .
Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının
Milli Məclisi həyata keçirir.
M a d d ə 8 2 .
Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
Azərbaycan Respublikasının
Milli Məclisi
125 deputatdan
ibarətdir.