WINDOWS-da proqram və faylların axtarılması. Windows 7əməliyyat sistemində
kompüterin xarici yaddaş qurğularında olan fayl, qovluq və proqramların axtarışı Start
(Başlat) menyusundan həyata keçirilir . Start menyusunun axtarış sətri kompüterdə ən
rahat axtarış vasitələrindən biridir. Axtarış əməliyyatı Start düyməsini basdıqda açılan
menyunun sol panelin aşağı hissəsindəki Search programs and files (Proqramlar və
faylları axtar) sətrinə axtarılan fayl, qovluq və ya proqramın adının daxil edilməsi ilə
aparılır. Məsələn, kompüterdə qrafik redaktor olan Paint proqramını tapmaq tələb
olunarsa, axtarış sətrinə axtarılan proqramın adının ilk hərfi yəni, “P” hərfi
klaviaturadan daxil edilir. Bu zaman adında “P” hərfi olan bütün fayl, qovluq və
proqram piktoqramları qruplar şəklində tapılır. Hərflər ardıcıl olaraq daxil edildikcə
əməliyyat sistemi axtarış üçün ən uyğun nəticələri siyahı şəklində ekranda əks etdirir.
Odur ki, axtarılan proqramın adı və işarəsini bu siyahıda tapmaq və onun üzərində
mausun sol düyməsini klikləmək kifayətdir. Əgər axtarış əməliyyatını
Windoẃs Explorer proqramında qovluq pəncərəsinin axtarış sətrində aparsaq, bu zaman cari
qovluqda daxil olunmuş simvola uyğun axtarış prosesi yerinə yetiriləcəkdir. Tapılmış
sənəd və ya proqram pəncərənin iş oblastında sarı fonla işarələnmiş formada əks
olunacaqdır. Faylların axtarışında adlarında “*”və “?”simvollarından istifadə etməklə
müəyyən əlamətə görə ayrılmış fayllar qrupunu tapmaq olar
“
*
”simvolu faylın adında və ya adın genişlənməsində istənilən sayda ixtiyari simvolun
olduğunu göstərir
Məsələn
*
.com- genişlənməsi “com”olan bütün faylları;
*
.txt- genişlənməsi”txt”olan bütün faylları ;
infor.
*
- infor adlı bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt.;
infor.docx; infor.exe;infor .com; infor.xlsx; infor .bas və. s );
in
*
.
*
- adı in ilə başlayan bütün faylları;
*or.*- adlarının sonluğu “or” hərf birləşməsi ilə qurtaran bütün mümkün
genişlənməyə malik olan fayllar qrupunu (infor.txt ; işıqfor.docx; doktor.exe;
fosfor.com ; motor.xlsx və s. );
*
.
*
-bütün faylları göstərir.
Faylın adında və ya genişlənməsində “?” işarəsinin olması onu göstərir ki bu mövqedə
ixtiyari bir simvol dura bilər. Məs