1.
Mühazirə
Əməliyyat sistemi anlayışı
1.1. Hesablama sisteminin strukturu
İstənilən hesablama sistemi nədən təşkil olunmuşdur? Birincisi,
ondan ki, ingilis dilli
ölkələrdə “hardware” sözü və ya şin adlanan magistral
xətlə birləşdirilmiş prosessor, yaddaş,
monitor, disk qurğuları və i.a. kimi texniki təminat adlandır-maq qəbul olunmuşdur. Kompüterin
arxitekturası barəsində bəzi məlumatlar bu fəsilin əlavə 1-də verilmişdir.
Ikincisi, hesablama sistemi proqram təminatından təşkil olunmuşdur.
Bütün proqram
təminatını iki hissəyə bölmək qəbul edilmişdur: tətbiqi proqram təminatı və sistem proqram
təminatı. Tətbiqi proqram təminatına,
bir qayda olaraq, müxtəlif cür bank və digər biznes-
proqramları, oyunlar, mətn prosessorlarını və s. aid edilirlər. Sistem proqram təminatı kimi adətən,
tətbiqi proqramların işləməsinə və işlənilməsinə səbəb olan proqramlar başa düşülürlər. Belə demək
olar ki, tətbiqi və sistem proqram təminatına bölünmə çox vaxt şərti
olur və bu cür bölünmənin
kimin tərəfindən həyata keçirilməsindən asılı olur. Belə ki, proqramlaşdırmada təcrübəsi olmayan
adi istifa-dəçi, Microsoft Word-ü sistem proqramı
kimi hesab edə bilər, proqramçının nöqteti-
nəzərindən isə, bu - əlavədir. Adi proqramçı üçün Ci dilinin kompilyatoru - sistem proqramıdır,
sistem proqramçısı üçün isə - tətbiqi proqramdır. O qədər dəqiq olmayan sərhədə baxmayaraq, bu
vəziyyəti qatlar ardıcıllığı şəklində əks etdirmək olar (şək.1.1-ə bax),
burada sistem proqram
təminatının ümumi hissəsi olan əməliyyat sistemini ayrıca götürmək olar.
Əksər istifadəçilərin əməliyyat sistemlərinin istismar olunma təcrübəsinə malik olmasına
baxmayaraq, onlar bu anlayışa dəqiq təyinat verməkdə çətinlik çəkirlər. Gəlin, əsas nöqteyi-
nəzərləri nəzərdən keçirək.
Şək.1.1. Kompüter sistemi proqram təminatının qatları