Mühazirə Əməliyyat sistemi anlayışı


Əməliyyat sistemlərinin əsas anlayışları, konsepsiyaları



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   73
ƏS müh

Əməliyyat sistemlərinin əsas anlayışları, konsepsiyaları 
 
Evolyusiya prosesində əməliyyat sisteminin nəzəriyyə və praktikasının ayrılmaz hissəsi olan bir neçə vacib 
konsepsiyalar əmələ gəlmişdi. Bu bölmədə nəzərdən keçirilən anlayışlar bütün dərs vəsaiti müddətində Sizə rast 
gələcək və izah ediləcəkdir.
 Sistem çağrılmaları 
 


İstənilən əməliyyat sistemində əməliyyat sistemi nüvəsinin xidmətlərinə müraciət etməkdən 
ötrü, istifadəçi proqramlarına imkan verən mexanizm dəstəklənir. Ən məşhur keçmiş SSRİ 
hesablama maşını olan BESM-6-da nüvə ilə “ünsiyyətin” uyğun vasitələri ekstrakodlar adlanırdılar, 
İBM əməliyyat sistemlərində isə onlar sistem əmrləri adlanırdılar və s. Unix əməliyyat sistemində 
bu cür vasitələr sistem çağrışları adlanırlar.
Sistem çağrışları (system calls) – bu, əməliyyat sistemi ilə istifadəçi proqramı arasında 
interfeysdir. Onlar, ən başlıcası proseslər və fayllar olan müxtəlif obyektləri yaradırlar, ləğv edirlər 
və istifadə edirlər. İstifadəçi proqramı sistem çağrışını həyata keçirərək, əməliyyat sistemindən 
servisi sorğu edir. Müəyyən parametrli maşın registrlərini yükləyən prosedurlar kitabxanaları olurlar 
ki, onlar prosessorun kəsilməsini həyata keçirirlər, bundan sonra idarə olunma əməliyyat sisteminin 
nüvəsinə daxil olan həmin çağrışın emalçısına ötürülür. Bu cür kitabxanaların məqsədi - sistem 
çağrışını altproqramın adi çağrışına oxşar etməkdir. Əsas fərq ondan ibarət olur ki, sistem 
çağrışında məsələ imtiyazlı rejimə və ya nüvə rejiminə (kernel mode) keçir. Buna görə də, çox vaxt 
sadə kəsilmələr adlanan aparat kəsilmələrindən fərqli olaraq, sistem çağrışlarını bəzən proqram 
çağrışları da adlandırırlar.
Bu rejimdə əməliyyat sisteminin nüvə kodu işləyir və o, ünvan fəzasında və onu çağıran 
məsələ kontekstində icra olunur. Beləliklə, əməliyyat sisteminin nüvəsi istifadəçi proqra-mının 
yaddaşına tam müraciətə malik olur və sistem çağrışında kifayət edər ki, çağırış parametrli bir və ya 
bir neçə yaddaş sahələrinin ünvanı və çağırış nəticələri üçün isə bir və ya bir necə sahələr ünvanları 
ötürülmüş olsun.
Əksər əməliyyat sistemlərində sistem çağrışı proqram kəsilmənin əmri (İNT) ilə həyata 
keçirilir. Proqram kəsilməsi – bu, sinxron hadisə olub, eyni bir proqram kodu yerinə yetirildikdə, 
təkrar oluna bilər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin