Mühazirə Əməliyyat sistemi anlayışı


Əlavə 1  Kompüter arxitekturası barəsində bəzi məlumatlar



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
ƏS müh

Əlavə 1 
Kompüter arxitekturası barəsində bəzi məlumatlar 
Kompüterin əsas aparat komponentləri bunlardırlar: əsas yaddaş, mərkəzi prosessor və 
periferiya qurğuları. Öz aralarında verilənlər mübadiləsi üçün bu komponentlər magis-tral adlanan 
naqillər qrupu ilə birləşmişlər (şək.1.5). 
Şək.1.5. Kompüterin bəzi komponentləri 
Əsas yaddaş ikilik kodunda proqram və verilənlərin yadda saxlanılması üçün istifadə olunur 
və hər birisi unikal rəqəmsal ünvana malik olan nizamlanmış massiv xanaları şəklində təşkil 
olunmuşdur. Bir qayda olaraq, xananın ölçüsü bir bayt təşkil edir. Əsas yaddaş üzərində tipik 
əməliyyatlar – müəyyən ünvanlı xana tərkibinin oxunması və oraya yazılması-dır.
Verilənlərlə müxtəlif əməliyyatların yerinə yetirilməsi kompüterin təcrid olunmuş hissəsi 
olan və mərkəzi prosessor adlanan komponentlə yerinə yetirilir. Mərkəzi prosessor, həmçinin, 
informasiyanı yadda saxlayan və registr adlanan xa-nalara malik olur. Onları ümumi təyinatlı və 
xüsusiləşdirilmiş registrlərə bölürlər. Müasir kompüterlərdə registrin tutumu adətən, 4-8 bayt olur. 


Ümumi təyinatlı registrlər verilənlərin və əməliyyatlar nəticələrinin müvəqqəti saxlanılması üçün 
istifadə olunurlar. İnformasiyanın emalı üçün adətən, yaddaş xanaların-dan ümumi təyinatlı 
registrlərə informasiyanın ötürülməsi, mərkəzi prosessor tərəfindən əəməliyyatların yerinə 
yetirilməsi və əməliyyat nəticələrinin əsas yaddaşa ötürülməsi təşkil olunur.
Xüsusiləşdirilmiş registrlər prosessor işinin nəzarəti üçün istifadə olunurlar. Ən vacibləri 
aşağıda verilmişdir: proqram sayğacı, əmrlər registri və proqramın vəziyyəti barəsində 
informasiyaya malik olan registr.
Proqramlar maşın əmrləri ardıcılığı şəklində saxlanı-lırlar ki, onları da mərkəzi prosessor 
yerinə yetirməlidir. Hər bir əmr əməliyyat sahəsindən və operandlar sahələrindən, yəni, həmin 
əməliyyatın yerinə yetirildiyi verilənlərdən ibarət olur. Maşın əmrlərinin bütün toplusu maşın dili 
adlanır.
Proqramın yerinə yetirilməsi aşağıdakı kimi həyata keçirilir. Proqram sayğacının göstədiyi 
maşın əmri yaddaşdan oxunur və əmrlər registrinə surəti köçürülür. Burada o, dekodlaşdırılır və 
bundan sonra icra olunur. Əmr yerinə nyetirildikdən sonra, proqram sayğacı növbəti əmri göstərir. 
Bu hərəkətlər maşın tsikli adlanır və sonra təkrar olunurlar.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin