Tapşırıqların planlaşdırması proseslərin uzun müddətli planlaşdırması kimi istifadə olunur. O,
sistemin multiproqram-laşdırma dərəcəsini, yəni, orada eyni zamanda yerləşən proses-lər sayını
təyin edərək, sistemdə yeni proseslərin törənməsinə cavabdehlik daşıyır. Əgər sistemin
multiproqramlaşdırma dərəcəsi daimi olaraq dəstəklənirsə, yəni, kompüterdəki proseslərin orta
miqdarı dəyişmirsə, o zaman yeni proseslər yalnız əvvəllər yüklənilmiş proseslər bitdikdən sonra,
əmələ gələ bilərlər. Buna görə də, uzun müddətli planlaşdırma kifayət qədər nadir hallarda həyata
keçirilirlər, yeni proseslərin əmələ gəlmələri arasında dəqiqələr və hətta on dəqiqələr vaxt ola bilər.
İşə salmaq üçün bu və ya digər prosesin seçimi barəsində qərar kifayət qədər uzun vaxt müddətində
hesablama sistemi-nin işləməsinə təsir göstərir. Buradan da planlaşdırmanın bu səviyyəsinin adı
götürülmüşdür- uzun müddətli. Bəzi əməliyyat sistemlərində uzun müddətli proqramlaşdırma
minimuma endirilmiş və ya tamamilə yoxdur. Belə ki, bir çox interaktiv sistemlərdə proses
törənməsinin vaxta görə bölünməsi uyğun sorğu əmələ gəldikdən dərhal sonra, baş verir.
Multiproqram-laşdırmanın ağıllı dərəcəsinin dəstəklənməsi sistemdə işləyə biləcək istifadəçilərin
sayının məhdudlaşması və insan psixolo-giyasının xüsusiyyətləri hesabına həyata keçirilir. Əgər
klavia-turada düymənin sıxılması ilə simvolun ekranda görünməsi 20-30 saniyə vaxt ərzində baş
verirsə, o zaman bir çox istifadəçilər işi dayandırmağa üstünlük verirlər və sistem daha az yüklənmiş
olduqda, həmin işi davam etdirirlər.
Prosessordan istifadə olunmanın planlaşdırması
proses-lərin qısa müddətli planlaşdırmasında
tətbiq olunur. O, misal üçün, icra olunan prosesin giriş-çıxış qurğularına müraciəti zamanı və ya
sadəcə olaraq, müəyən vaxt intervalı bitdikdə aparılır. Buna görə də, qısa müddətli planlaşdırma bir
qayda olaraq, 100 millisaniyədə 1 dəfədən az olmayaraq, həyata keçirilir. İcra olunmaq üçün yeni
prosesin seçimi növbəti analoji hadisə başlayana qədər, yəni, qısa vaxt müddətində sistemin
işləməsinə təsir göstərir ki, bununla da planlaşmanın bu səviyyəsinin adı – qısa müddətli
adlandırılmışdır.
Bəzi hesablama sistemlərində faydalı olur ki, məhsul-darlığın artırılması üçün hər hansı bir
qismən yerinə yetirilmiş proses əməli yaddaşdan diskə müvəqqəti olaraq ləğv olunmuş olsun,
sonradan isə, onu sonrakı yerinə yetirilməsi üçün geri qaytarmaq lazımdır. Bu cür prosedur ingilis
dilli ədəbiyytda “swapping” adını almışdı ki, bunu da “çəkib vurma” kimi tərcümə etmək olar,
baxmayaraq ki, o tərcüməsiz istifadə olunur – “svopinq”. Nə vaxt və proseslərin hansından diskə
çəkib vurmaq və əksinə etmək proseslər planlaşdırmasının əlavə aralıq səviyyəsi ilə - orta müddətli
ilə həll olunur.
Dostları ilə paylaş: