Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   73
ƏS müh

 
 
Əməliyyat sistemi - virtual maşın kimi 
 
Əməliyyat sisteminin işlənilməsi zamanı mücərrədləş-dirmə geniş tətbiq olunur ki, o da 
sadələşdirmənin vacib üsulunu təşkil edir və sistemin yüksək səviyyəli komponentləri arasındakı 


qarşılıqlı əlaqəyə fikirləri cəmləşdirərək, onların həyata keçirilmə detallarına fikir vermirlər. Bu 
mənada ƏS istifadəçi ilə kompüter arasında interfeys rolunda çıxış edir.
Əksər kompüterlərin arxitekturası maşın əmrləri səviy-yəsində tətbiqi proqramlar tərəfindən 
istifadə üçün çox narahat olur. Məsələn, disklə işləmək onun elektron komponentinin daxili 
quruluşu barəsində biliyi nəzərdə tutur- diskin fırlanması əmrinin daxil edilməsi, çığırların axtarışı 
və formatlaşması, sektorların oxunması və yazılışı üçün kontroller. Aydındır ki, orta proqramçı 
avadanlığın işləməsinin bütün xüsusiyyətlərini (müasir terminologiyada-qurğular drayverlərinin 
işlənilməsi ilə məşğul olmaq) nəzərə ala bilməz, amma sadə yüksək səviyyəli mücərrədə malik 
olmalı və diskin informasiya fəzasını fayllar toplusu kimi təsəvvür etməlidir. Faylı oxumaq və ya 
yazmaq üçün açmaq olar, informasiyanın əldə olunması və ya ləğv olunması üçün istifadə etmək, 
sonra isə bağlamaq olar. Bu, disklər başlıqlarının yerdəyişmə detalları barəsində qayğı göstərmək və 
ya mühərrikin işini təşkil etməklə, müqayisədə, konseptual olaraq, daha sadədir. Analoji qaydada da 
sadə və aydın mücərrədlər köməkliyi ilə, kəsilmələrin təşkili, taymerin işi, yaddaşın idarə olunması 
kimi bütün lazım olmayan təfsilatlar proqramçıdan gizlədilir. Bundan əlavə, müasir hesab-lama 
komlekslərində əməli yaddaşı ölçüsünün və prosessorlar sayının qeyri-məhdudluq xülyasını 
yaratmaq olar. Bütün bu işlərlə əməliyyat sistemi məşğul olur. Beləliklə, əməliyyat sistemi virtual 
maşın kimi istifadəçiyə təqdim olunur və bunun-la da, kompüter avadanlığı ilə bilavasitə iş 
əvəzində, onunla işləmək daha sadə olur.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin