Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
ƏS müh

 Kəsilmələr 
 
Kəsilmə (hardware interrupt) – bu, hadisə olub, xarici (prosessora görə münasibətdə) qurğu 
tərəfindən generasiya olunur. Aparat kəsilmələri vasitəsilə aparatura ya mərkəzi prosessoru xəbərdar 
edir ki, o dəqiqə reaksiya verilməli olan hər hansı bir hadisə (məsələn, istifadəçi düyməni sıxmışdır) 
baş vermişdir, ya da ki, giriş-çıxışın asinxron əməliyyatının (məsə-lən, diskdən əsas yaddaşa 
verilənlərin oxunması bitmişdir) bitməsi haqqında məlumatı verir. Aparat kəsilmələrinin vacib tipi – 
taymer kəsilmələri təşkil edir ki, o, qeyd olunmuş vaxt aralarında müntəzəm olaraq, generasiya 
olunur. Taymer kəsilmələrindən proseslərin planlaşdırılmasında əməliyyat sistemi istifadə edir. 
Aparat kəsilmələrinin hər bir tipi kəsilmə mənbəini bir mənalı təyin edən özünün nömrəsinə malik 
olur. Aparat kəsilməsi – bu, asinxron hadisədir, yəni, o, həmin anda prosessorun hansı kodu icra 
etməsindən asılı olmayaraq, əmələ gəlir. Aparat kəsilməsinin emalı hansı prosesin cari olmasını 
nəzərə almamalıdır.
 
 Xüsusi vəziyyətlər 
 
 
Xüsusi vəziyyət (exception) – hadisə olub, hər hansı bir səbəbdən, sona qədər yerinə yetirilə 
bilinməyən proqram əmrinin yerinə yetirilmə cəhdi nəticəsində əmələ gəlir. Bu cür əmrlərə, kifayət 
qədər imtiyaza malik olmayanın resursa müraciət etmə cəhdləri və ya yaddaşın olmayan səhifəsinə 
müraciəti kimi misalları göstərmək olar. Xüsusi vəziyyət, sistem çağrışları kimi, sinxron hadisələr 
olub, cari məsələnin kontekstində əmələ gəlirlər. Xüsusi vəziyyətləri düzələn və düzəlməyən kimi 2 
yerə bölmək olar. Düzələnlərə, məsələn, əməli yaddaşda lazımi informasiyanın olmaması kimi 
xüsusi vəziyyətlər aiddirlər. Düzələn xüsusi vəziyyətin səbəblərini aradan qaldırdıqdan sonra, 
proqramın yerinə yetirilməsi davam edir. Əməliyyat sisteminin iş prosesində düzələn xüsusi vəziy-
yətin əmələ gəlməsi normal hadisə kimi qəbul olunur. Düzələ bilinməyən xüsusi vəziyyət çox vaxt 


proqramlarda olan (məsələn, sıfra bölünmə) səhvlər nəticəsində əmələ gəlirlər. Adətən, belə hallarda 
əməliyyat sistemi xüsusi vəziyyətin gəlməsinə səbəb olan proqramı bitirməklə, reaksiya verir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin