Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   73
ƏS müh

 
 Fayllar 
 
Fayllar xarici daşıyıcılarda informasiyanın saxlanılması üçün təyin olunmuşdur, yəni, belə 
qəbul olunmuşdur ki, infor-masiya, məsələn, diskə yazılmışsa, fayl daxilində olmalıdır. Adətən, fayl 
dedikdə, informasiya daşıyıcında fəzanın ada malik olan hissəsi başa düşülür.
Fayl sisteminin (file system) əsas məsələsi – giriş-çıxışın xüsusiyyətini gizlətmək və 
proqramçıya qurğulardan asılı olmayan faylların sadə abstrakt modelini verməkdir. Faylların 
oxunması, yaradılması, ləğv olunması, yazılması, açılması və bağlanılması üçün, həmçinin, sistem 
çağrışlarının geniş kateqoriyası vardır (yaradılma, ləğv olunma, açmaq, bağlamaq və i.a.). Fayl 
sisteminin təşkil olunması ilə əlaqəli olan kataloq, cari kataloq, kök kataloqu, yol kimi anlayışlar 
istifadəçilərə yaxşı tanışdır. Bu obyektlərlə iş görmək üçün əməliyyat sistemində sistem çağrışları 
vardır.
 
 Proseslər, saplar 
 
Əməliyyat sstemində prosesin konsepsiyası fundamen-tal olanlardan birini təşkil edir. 
Proseslər ətraflı olaraq, mühazirə 2-7-də nəzərdən keçirilmişdir. Orada da həmçinin, saplar və ya 
yüngül çəkili proseslər təsvir olunmuşlar.
Burada onların qısa təsviri verilir. 
Muhazirə 3 
Əməliyyat sistemlərinin arxitektura xüsusiyyətləri 
 
İndiyə qədər biz kənardan əməliyyat sistemlərinə baxış haqqında, əməliyyat sistemlərinin nə 
etdikləri barəsində danışmışdıq. Bizim sonrakı mühazirələrdə onların bunu necə etmələri barəsində 
söhbət edəcəyik. Amma, biz, hələlik onların daxilində nəyin olmasını, onların qurulması üçün hansı 
yanaşmalar mövcudluğu barəsində heç nə deməmişik. İndi gəlin onları nəzərdən keçirək.
Monolit nüvə 
 
Mahiyyət etibarilə, əməliyyat sistemi – bu adi proqram-dır, buna görə də, əksər proqramların 
qurulduğu kimi, məntiqi olardı ki, onları da belə, prosedur və funksiyalardan ibarət olan kimi təşkil 
edək. Bu halda əməliyyat sisteminin komponentləri müstəqil modullar olmayıb, bir böyük 
proqramın tərkib hissələri olurlar. Əməliyyat sisteminin bu cür strukturu monolit nüvə (monolithic 
kernel) adlanır. Monolit nüvə özlüyündə bir - birini çağıra bilən prosedurlar toplusudur. Bütün 
prosedurlar imtiyazlı rejimdə işləyirlər. Beləliklə, monolit nüvə - bu, əməliyyat sisteminin elə bir 
sxemidir ki, bu halda onun bütün komponentləri bir proqramın tərkib hissələri olurlar, verilən-lərin 
ümumi strukturundan istifadə edirlər və prosedurları bila-vasitə çağırmaq yolu ilə bir-birilə qarşılıqlı 
əlaqədə olurlar. Monolit əməliyyat sistemi üçün nüvə bütün sistemlə üst-üstə düşür.
Monolit nüvəli bir çox əməliyyat sistemlərində nüvənin yığılması, yəni, onun kompilyasiyası 
hər bir kompüter üçün ayrıca həyata keçirilir və orada əməliyyat sistemi quraşdırılır. Bu halda
avadanlıqların siyahısı və dəstəklənməsi nüvəyə da-xil ediləcək proqram protokollarını seçmək olar. 
Nüvə vahid proqram olduğuna görə, yenidən kompilyasiya oluna bilər – bu, ona yeni komponentləri 
əlavə etmək və ya istifadə olunmayan-ları aradan götürməyin yeganə üsuludur. Qeyd etmək lazımdır 
ki, nüvədə artıq komponentlərin olması arzu olunmazdır, çünki, nüvə həmişə tam şəkildə əməli 


yaddaşda yerləşir. Bundan əlavə, lazım olmayan komponentlərin aradan götürülməsi bütövlükdə 
əməliyyat sisteminin etibarlığını artırır.
Monolit nüvə - əməliyyat sistemləri təşkilinin ən köhnə üsuludur. Monolit nüvəli sistemlərə 
misal kimi, Unix-sistemlərini göstərmək olar.
Hətta monolit sistemlərdə müəyyən bir strukturu ayır-maq olar. Beton nəhəng daşda çınqıl xal 
vurulmasını fərqlən-dirmək kimi, monolit nüvədə də sistem çağrışlarına uyğun gələn servis 
prosedurlarının xal vurmaları ayrılırlar. Servis prosedurları imtiyazlı rejimdə yerinə yetirildiyi halda, 
istifadəçi proqramları imtiyazsız rejimində yerinə yetirilirlər. Bir imtiyazlı səviyyədən digərinə 
keçmək üçün bəzən baş servis proqramından istifadə etmək olar, o, aşağıdakıları təyin edir:
-məhz hansı sistem çağırışı edilmişdir; 
-həmin çağırış üçün giriş verilənlərinin korrekt olması; 
-imtiyazlı iş rejiminə keçməklə, uyğun servis proseduruna idarənin ötürülməsi. Bəzən, servis 
prosedurlarının yerinə yetirilməsinə kömək edən proqram utilitləri toplusunu da ayırırlar.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin