Mühazirə Əməliyyat sistemi anlayışı


Çox səviyyəli sistemlər (Layered systems)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   73
ƏS müh

Çox səviyyəli sistemlər (Layered systems) 
 
Strukturlaşmanı davam etdirərək, bütün hesablama sis-temini öz aralarında yaxşı təyin 
olunmalı əlaqələr olan bir sıra daha xırda səviyyələrə elə bölmək olar ki, N səviyyəsinin obyektləri 
yalnız (N-1) səviyyəsinin obyektlərini çağıra bilsin. Bu cür sistemlərdə hardware aşağı səviyyəni, 
istifadəçi interfeysi isə yuxarı səviyyəni təmsil edir. Səviyyə nə qədər aşağıda olursa, o qədər də 
imtiyazlı əmrlər olurlar və həmin səviyyədə olan modul hərəkətləri yerinə yetirə bilirlər. Bu cür 
yanaşma ilk dəfə olaraq, Deykstra və onun tələbələri tərəfindən 1968-ci ildə THE (Technishe 
Hogeschool Eindhoven) sisteminin yaradılmasında tətbiq olunmuşdu. Bu sistem aşağıdakı 
səviyyələrə malik idi (şək1.1.2). 
Şək.1.2. THE-nin qat-qat sistemi 
Qat-qat sistemlər yaxşı həyata keçirilirlər. Aşağı qatın əməliyyatından istifadə etdikdə, onların 
necə həyata keçiril-mələrini bilmək lazım deyil, ancaq onların nə etmələrini başa düşmək lazımdır. 
Qat-qat sistemlər yaxşı testlənirlər. Sazlanma aşağı qatdan başlayır və qat-qat aparılır. Səhv əmələ 
gəldikdə, biz əmin olmalıyıq ki, o, testlənən qatda yerləşir. Qat-qat sistemlər yaxşı təkmilləşirlər. 
Lazım gəldikdə, yerdə qalanlara əl dəyməyərək, yalnız bir qatı əvəz etmək olar. Amma, qat-qat 
sistemlər işlənilmə üçün mürəkkəb olurlar: qatlar qaydasını və nəyin hansı qata aid olmasını düzgün 
təyin etmək çətin olur.
Qat-qat sistemlər monolitlərlə müqayisədə, daha az effektli olur. Belə ki, məsələn, giriş-çıxış 
əməliyyatlarının yerinə yetirilməsi üçün istifadəçi proqramı yuxarıdan başlaya-raq aşağıya qədər 
bütün qatları ardıcıl keçməyə məcbur olacaq-dır.
 Virtual maşınlar 
 
Mühazirənin başlanğıcında biz əməliyyat sisteminə virtual maşın kimi baxmaq barəsində 
danışmışdıq - bu halda istifadəçiyə kompüterin daxili qurğusunun detallarını bilmək vacib deyil idi. 


O, maqnit başlıqları və mühərriklə deyil, fayllarla işləyir; o, məhdud real əməli yaddaşla deyil, çox 
böyük virtualla işləyir; maşında yeganə istifadəçi olub-olması, onu az maraqlandırır. Bir qədər başqa 
yanaşmanı nəzərdən keçirək. Tutaq ki, əməliyyat sistemi hər bir istifadəçi üçün onun həyatını 
sadələşdirmək üçün yox, əksinə, mürəkkəbləş-dirmək üçün virtual maşını həyata keçirir. Bu cür hər 
bir virtual maşın istifadəçi qarşısında bir xalis dəmir kimi durur – hesablama sistemində prosessor, 
imtiyazlı olan və imtiyazlı olmayan əmrlər, giriş-çıxış qurğuları, kəsilmələr və i.a., daxil olmaqla, 
bütün hardware-nın surəti. Bu halda istifadəçi bu dəmirlə üzbəüz qalmış olur. İmtiyazlı əmrlər 
səviyyəsində bu cür virtual dəmirə müraciət etmək cəhdi, həqiqətdə real əməliy-yat sisteminin 
sistem çağrışına oxşayır və o da bütün lazım olan hərəkətləri yerinə yetirir. Bu cür yanaşma hər bir 
istifadə-çiyə özünün əməliyyat sistemini virtual maşına yüklənməsinə və onunla istədiyini etməsinə 
imkan verir (şək.1.3).
Bu cür birinci real sistem CP/CNS sistemi və ya İBM/370 maşınlar ailəsi üçün VM/370 
olmuşdu.
Bu cür əməliyyat sistemlərinin mənfi cəhəti real kompüterlə müqayisədə, virtual maşınların 
effektivliyinin aşağı düşməsidir və bundan əlavə, bir qayda olaraq, onlar çox yer tuturdu. Üstünlüyü 
isə ondan ibarət idi ki, bir hesablama sistemində müxtəlif əməliyyatlar sistemləri üçün yazılmış 
proqramlardan istifadə etmək mümkün idi. 
Şək.1.3.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin