Mühazirə Əməliyyat sistemi anlayışı


Əməliyyat sistemlərinin təsnifatı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   73
ƏS müh

Əməliyyat sistemlərinin təsnifatı 
 
Əməliyyat sistemləri təsnifatının bir neçə sxemləri mövcuddur. Aşağıda istifadəçi nöqteyi-
nəzərindən, bir neçə əlamətlərə görə təsnifat verilmişdir.
Çox məsələliyin həyata keçirilməsi 
 
Eyni zamanda yerinə yetirilən məsələlərin sayına görə əməliyyat sistemlərini iki sinfə bölmək 
olar:
-çox məsələli (Unix, OS/2, Windows); 
-bir məsələli (məsələn, MS-DOS). 
Çox məsələli əməliyyat sistemiresursların paylaşdırılma və rəqabət problemlərini həll edərək, 
tam şəkildə multiproqram rejimini həyata keçirir.
Vaxt bölüşdürülməsi ideyasını özündə həyata keçirərək, çox məsələli rejim sıxışdırıb 
çıxartmaq (preemptive) adlanır. Hər bir proqrama prosessor vaxtının kvantı ayrılır, həmin vaxt 
bitdikdən sonra, idarə digər proqrama ötürülür. Belə deyirlər ki, birinci proqram sıxışdırılıb 
çıxarılmışdır. Sıxışdırılıb çıxa-rılmış rejimində əksər kommersiyalı əməliyyat sistemlərinin istifadəçi 
proqramları işləyirlər.
Bəzi əməliyyat sistemlərində (məsələn, Windows 3.11) istifadəçi proqramı prosessoru inhisara 
ala bilər, yəni, sıxışdırılıb çıxarılmamış rejimdə işləyə bilər. Bir qayda olaraq, əksər sistemlərdə 
əməliyyat sisteminin öz kodu sıxışdırılıb çıxartmağa məruz qala bilməz. Məsul proqramlar, xüsusi 
halda, real vaxt məsələləri, həmçinin, sıxışdırılıb çıxartmağa məruz qala bilməzlər.
Göstərdiyimiz misallar əsasında təsnifatlanmanın təqribi olmasını göstərmək olar. Belə ki, MS 
DOS əməliyyat sistemində qızlıq məsələsinin işə salınmasını və yaddaşda eyni zamanda iki və daha
çox məsələlərin olmasını təşkil etmək olar. Lakin, bu əməliyyat sistemi ənənəvi olaraq, bir məsələli 
hesab olunur, çünki, burada mühafizə mexanizmləri və kom-munikasiya imkanları olmurlar.
Çox istifadəli rejiminin dəstəklənməsi 
 
Eyni vaxtda işləyən istifadəçilərin sayına görə əməliyyat sistemini aşağıdakılara bölmək olar: 
-bir istifadəçili (MS-DOS, Windows 3.x); 
-çox istifadəçili (Windows NT, Unix). 
Bu əməliyyat sistemləri arasındakı ən əhəmiyyətli fərq çox istifadəçili sistemlərdə hər bir 
istifadəçinin fərdi verilənlə-rinin mühafizə mexanizmlərinin olması təşkil edir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin