Mühazirə Əməliyyat sistemi anlayışı


Çox prosessorlu emal olunma



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
ƏS müh

Çox prosessorlu emal olunma 
 
Bu yaxınlara qədər hesablama sistemləri bir mərkəzi prosessora malik idilər. Məhsuldarlığın 
artırılmasına qarşı irəli sürülən tələblər nəticəsində əmrlərin paralel yerinə yetirilmə-sini həyata 
keçirən və ümumi təyinatlı iki və daha çox prosessorlardan təşkil olunmuş çox prosessorlu sistemlər 


əmələ gəldi. Multiprosesləşdirməni dəstəkləmək əməliyyat sistemləri-nin ən vacib xassəsi olub, bu, 
resurslar idarəsinin bütün alqoritmlərinin mürəkkəbləşməsinə gətirib çıxarır. Çox proses-sorlu emal 
olunma Linux, Solaris, Windows NT və bir sıra digər əməliyyat sistemlərində həyata keçirilmişdir.
Çox prosessorlu əməliyyat sistemləri simmetrik və asimmetrik olaraq 2 yerə bölünürlər. 
Simmetrik ƏS-də hər bir prosessorda eyni bir nüvə işləyir və məsələ istənilən prosessorda yerinə 
yetirilə bilər, yəni, emal olunma tam şəkildə mərkəzləşdirilmişdir. Bu halda prosessorların hər birinə 
bütün yaddaş açıq olur. 
Asimmetrik ƏS-də prosessorlar bərabər hüquqlu olmur-lar. Adətən, baş prosessor (master) 
və tabeçilikdə olanlar (slave) mövcud olur, onların yüklənilməsini və iş xarakterini baş prosessor 
təyin edir.
Real vaxt sistemləri 
 
Çox məsələli ƏS tərkibinə paket sistemləri və vaxta görə, bölünmə sistemləri ilə bərabər, bu 
vaxta qədər yada salınmayan, həmçinin, real vaxt sistemləri daxil olurlar.
Onlar müxtəlif texniki obyektlərin və ya texnoloji proseslərin idarə olunması üçün istifadə 
olunurlar. Bu cür sistemlər xarici hadisəyə müəyyən hədd hüdudunda buraxıla bilən reaksiya vaxtı 
ilə xarakterizə olunurlar, bu vaxt müddə-tində obyekti idarə edən proqram yerinə yetirilməlidir. 
Sistem, daxil olan verlənləri onların daxil olduğu vaxtdan daha cəld emal etməli və bunu bir neçə 
mənbələrdən eyni vaxtda əldə etməlidir.
Bu cür sərt məhdudiyyətlər real vaxt sisteminin arxitekturasına təsir göstərir, məsələn, onlarda 
virtual yaddaş olmur və onun dəstəkləməsi proqramın yerinə yetirilməsində əvvəlcədən söylənilə 
bilinməyən gecikmələr verir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin