Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   73
ƏS müh

Proseslər
 
Fəsildə prosesin
ə
sasını təşkil edən anlayışlar təsvir olunur, onun vəziyyəti, əməliyyat 
sistemində prosesin təsvir olunma modeli və əməliyyat sistemi tərəfindən proseslər üzərində yerinə 
yetirilə biləcək əməliyyatlar nəzərdən keçiri-lirlər.
Bu mühazirədən başlayaraq, biz əməliyyat sistemlərinin daxili quruluşu və hərəkətlər 
mexanizmləri ilə tanış olacaq, onların funksiyalarını həm ayrı-ayrılıqda, həm də qarşılıqlı əlaqədə 
bir - bir araşdıracayıq. Əməliyyat sisteminin işini öy-rənmək üçün fundamental anlayış proseslərini, 
sistemlərin müəyyən hərəkətlərinin yerinə yetirdiyi əsas dinamiki obyektlər kimi başa düşməkdir. 
Bu mühazirə bu cür obyektlərin, onların vəziyyətlər və xassələrinin təsvirinə, he-sablama 
sistemlərində onların təqdim olunmasına, həmçinin də, onlar üzərində aparıla bilən əməliyyatlara 
həsr olunmuşdur.
Proses anlayışı 
 
Birinci mühazirədə , “əməliyyat sistemi” anlayışını izah edərək və əməliyyat sistemlərinin 
qurulma üsullarını təsvir edərək, biz çox vaxt “proqram” və “tapşırıq” sözlərindən istifadə etmişdik. 
Biz belə demişdik: hesablama sistemi bir və ya bir neçə proqramları icra edir, əməliyyat sistemi 
tapşırıqları planlaşdırır, proqramlar verilənlərlə mübadilə edə bilirlər və i.a. Biz bu terminləri 
müəyyən bir hamının işlətdiyi, gündəlik mənasında istifadə etmiş və belə nəzərdə tutmuşduq ki
bütün şəxslər hər bir konkret halda o sözlər altında eyni bir mənanı başa düşürlər. Bu halda eyni bir 
sözlər həm hesablama sistemi tərəfindən emal olunmayan statiki vəziyyətdəki obyektləri (məsələn, 
diskdəki fayllar toplusu) və həm də, icra prosesində yerləşən dinamik vəziyyətdəki obyektləri işarə 
edirdilər. Bu, yalnız, daxili quruluşlarına fikir vermədən, əməliyyat sistemlə-rinin ümumi xassələri 
barəsində danışdıqda; eyni zamanda birdən artıq proqram və ya birdən artıq tapşırığı emal edə 
bilməyən və mahiyyət etibarilə, əməliyyat sisteminə malik olmayan birinci və ikinci nəsil hesablama 
sistemlərinin işi barəsində danışdıqda mümkün idi. Amma indi biz müasir kompüter sistemlərinin 
işləmə detalları ilə tanış olmağa başlayırıq və ona görə də, terminologiyanı dəqiqləşdirmək lazımdır.
Aşağıdakı misalı nəzərdən keçirək. Iki tələbə ədədin kvadrat kökünü tapmaq üçün proqramı 
yükləyirlər. Onlardan biri 4-ün, ikinci isə 1-in kvadrat kökünü hesablamaq istəyir. Tələbələrin 
nöqteyi-nəzərincə, eyni bir proqram yüklənilmiş-dir; kompüter sisteminin nöqteyi-nəzərincə, o, iki 
müxtəlif proseslərlə məşğul olmalıdır, çünki, müxtəlif ilkin verilənlər hesablamaların müxtəlif 
toplusuna gətirib çıxarırlar. Bu isə o deməkdir ki, baş verənlər səviyyəsində, hesablama sisteminin 
daxilində sözün istifadəçi mənasında “proqram” terminindən istifadə edə bilməyəcəyik.
Paket emalı sistemlərini nəzərdən keçirərək, biz, onun yerinə yetirilməsi üçün zəruri olan 
tapşırıqların idarə olunma dilinin əmrlər toplusunu və giriş verilənlərinin proqramlar toplusu kimi 
“tapşırıq” anlayşını daxil etdik. Tələbələrin nöqteyi-nəzərindən, onlar, müxtəlif ilkin verilənləri 
yerinə qo-yaraq, iki müxtəlif tapşırıqlar formalaşdırdılar. Bəlkə, kom-püter sistemlərinin daxili 
işinin təsviri üçün “tapşırıq” termini bizim üçün yaracayaq? Bunu aydınlaşdırmaq üçün gəlin başqa 
bir misalı nəzərdən keçirək. Fərz edək ki, hər iki tələbə 1 ədədinin kvadrat kökünü tapmağa cəhd 
göstərirlər, yəni, qoy onlar tam oxşar olan tapşırıqlar formalaşdırmışlar, amma, onla-rı vaxta görə 
sürüşmə ilə yükləmişlər. Yerinə yetirilən tapşırıqların biri əldə olunmuş qiymətin çap olunmasına 
başlamış və giriş-çıxış əməliyyatının bitməsini gözlədiyi halda, ikincisi isə yalnız icra olunmağa 
başlayır. Bu anda hesablama sistemi daxilində tapşırıqların tam oxşar olması barəsində danışmaq 
olarmı? Olmaz, çünki, onların yerinə yetirilmə prosesinin vəziyyəti müxtəlifdir. Bu isə o deməkdir 
ki, hesablama sistemində baş verənlərin təsviri üçün “tapşırıq” sözü də tətbiq oluna bilməz.
Bu onun üçün baş verir ki, “proqram” və “tapşırıq” terminləri statiki, qeyri-aktiv obyektlərin 
təsviri üçün təyin olunmuşlar. Proqram isə icra olunma prosesində dinamiki aktiv olan obyektdir. 


Onun işinin gedişatında kompüter müxtəlif əmrləri emal edir və dəyişənlərin qiymətlərini çevirir. 
Proqramın yerinə yetirilməsi üçün əməliyyat sistemi müəyyən qədər əməli yaddaş ayırmalı, ona 
giriş-çıxışın müəyyən qurğularını və ya faylları təhkim etməli (oradan giriş verilənləri daxil olmalı 
və oraya əldə olunmuş nəticələri çatdırmaq lazımdır), yəni, bütün hesablama sisteminin ümumi
resurslarından müəyyən resursları ehtiyatda saxlamalıdır. Onların miqdarı və konfiqurasiyası 
müəyyən vaxt müddətində dəyişə bilər. Bu cür aktiv obyektlərin kompüter sistemi daxi-lində təsviri 
üçün biz “proqram” və “tapşırıq” terminləri əvə-zində “proses” kimi yeni termindən istifadə 
edəcəyik.
Bir sıra dərs vəsaiti və monoqrafiyalarda sadəlik üçün təklif olunur ki, proses yerinə yetirilmə 
vaxtı proqramı xarakterizə edən abstraksiya (mücərrəd fikir) kimi nəzərdən keçirilsin. Bizim 
fikrimizcə, bu tövsiyə o qədər də korrekt deyildir. Prosesin başa düşülməsi icra olunan əmrlər 
toplusunun və onunla assosiasiya olunan resurslar (icra olunmaq üçün ayrılan yaddaş və ya ünvan 
fəzası, steklər, istifadə olunan fayllar və giriş-çıxış qurğuları və s.) və əməliyyat sisteminin idarəsi 
altında onun yerinə yetirilməsinin cari anı ilə (registrlərin, proqram sayğacının qiymətləri, stekin 
vəziyyəti və dəyişənlərin qiymətləri) xarakterizə olunur. He-sablama sistemi tərəfindən emal olunan 
proseslər və proqramlar arasında qarşılıqlı-bir mənalı uyğunluq mövcud deyildir. Gələcək 
mühazirələrdə göstəriləcəkdir ki, bəzi əməliyyat sistemlərində müəyyən proqramların işləməsi üçün 
birdən artıq proses təşkil oluna bilər və ya eyni bir proses ardıcıl bir neçə müxtəlif proqramları icra 
edə bilər. Bundan əlavə, hətta bir proses çərçivəsində yalnız bir proqram emal olunduğu halda
hesab etmək olmaz ki, proses özlüyündə icra olunan fayl kodunun, verilənlərin və onun üçün 
ayrılmış resursların sadə dinamiki təsvirindən ibarətdir. Proses, əməliyyat sisteminin idarəsi 
altındadır, buna görə də, orada onun nüvə kodunun bir hissəsi (icra olunan faylda yerləşməyən 
hissəsi) həm proqram müəllifləri tərəfindən xüsusi planlaşdı-rılmış (məsələn, sistem çağrışlarından 
istifadə etdikdə) hallarda, həm də, nəzərdə tutulmayan vəziyyətlərdə (məsələn, xarici kəsilmələrin 
emalında) yerinə yetirilə bilər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin